Elliot Peyc (əvvəlki adı Ellen Peyc) — kanadalı aktyor. O, "Cuno" filmindəki performansına görə "Oskar", "BAFTA" və "Qızıl Qlobus" mükafatlarına namizəd göstərilib.
Həyatı Elliot Peyc 21 fevral 1987-ci ildə Kanadanın Yeni Şotlandiya əyalətindəki Halifaks şəhərində anadan olub. Anası Marta Filpotts müəllimə, atası Dennis Peyc isə qrafik dizaynerdir. O, qadın doğulub və əvvəlki adı Ellen idi. 2020-ci ildə cinsiyyətini dəyişdirib.
Karyerası Onun 1997-ci ildə 10 yaşında çəkildiyi "Pit Pony" telefilmi sonradan serial kimi yayımlanmağa başlayır. Bir qədər sonra Kanada televiziyasında efirə çıxan aktyor kinodakı ilk mükafatını "Ghost Cat" filmindəki roluna görə alır. "Love That Boy" filmindən sonra 16 yaşlı Peyc ilk dəfə "Mouth to Mouth" adlı Avropa filminə çəkilir. 2005-ci ildə Halifaksdakı Şambala məktəbini bitirən Elliot Peyc "Wilby Wonderful" filmindən sonra "Sərt konfet" trillerində baş rolu oynayır. 2006-cı ildə isə onun iştirakı ilə bir neçə film çıxır. "İks-adamlar: Son müqavimət" və "An American Crime" filmlərindən sonra "The Tracey Fragments" filmində rol alır. "Cuno" filmi isə ona daha böyük şöhrət gətirir. Bu filmə görə Peyc "Oskar" mükafatı və "Qızıl Qlobus" mükafatına namizədlik qazanır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Kanadada doğulanlar Kateqoriya:Kanada səs aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:Kişi feministlər Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Uşaq aktyorlar