Azərbaycan Respublikası ərazisində "E" Beynəlxalq yollar şəbəkəsinə daxil olan "E-97" nömrəli Xerson-Poti-Bakı-Trabzon ("Tarixi İpək yolu" marşrutu ilə) və "E-119" nömrəli Moskva-Mahaçqala-Bakı-Astara avtomobil yolu (Rusiya Federasiyasının sərhədi) keçir.

thumb|right|300px|E-119 magistral yoluna birləşən E-60 nömrəli avtomobil yolu

E-119 avtomagistral yolu Azərbaycan-İran sərhəddindəki Astara rayonundan Rusiyanın Moskva şəhərinə qədər uzanır. Uzunluğu 2630 km-dir.

Avtomobil yolunun keçdiyi məntəqələr: Astara - Ələt - Bakı - Quba - Maxaçqala - Volqoqrad - Povorino - Tambov - Moskva.

E-119 nömrəli avtomobil yolu Azərbaycan daxilində 2 marşrutdan ibarətdir. Bu Bakıdan şimal sərhəddinə qədər olan M1, Bakıdan Astaraya qədər olan M3 nömrəli avtomobil yolllarıdır.

Həmçinin bax Azərbaycan Respublikasının Avtomobil Yolları

İstinadlar

Kateqoriya:Azərbaycan yolları