Məzmun Animasiya filmi Stalin repressiyasına və repressiya qurbanlarına həsr edilmişdir.

Festivallar və mükafatlar 1) 1991-ci ildə Oberhauzen Beynəlxalq kinofestivalı Filmə Diplom verilmişdir. 2) 1991-ci ildə Kiyevdə "KROK-91" Beynəlxalq Animasiya filmləri federasiyasının (ASİF) festivalı Quruluşçu rejissor Şamil Nəcəfzadəyə ən uğurlu debüt üçün Mükafat verilmişdir. 3) 1991-ci ildə Bakıda "Şərqdən Baxış" Beynəlxalq kinofestivalı Film ən yaxşı animasiya filminə görə Mükafat almışdır.

Nümayiş 2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, kuratorunun “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyevin olduğu “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama daxil edilmiş digər keçmiş və müasir milli animasiya filmlərilə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən I Daşkənd Beynəlxalq Animasiya Forumunda (Tashkent International Animation Forum) göstərilib.

Film haqqında Film quruluşçu rejissor Şamil Nəcəfzadənin cizgi kinosunda ilk işidir.

Filmdə Hüseyn Cavidin "Qəzəl" şeirindən və Azərbaycan xalq musiqisindən istifadə olunmuşdur.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Şamil Nəcəfzadə Kinorejissor: Şamil Nəcəfzadə Quruluşçu rəssam: Şamil Nəcəfzadə Kinooperator: Ramiz Ağayev Cizgi rəssamı: Vahid Talıbov Bəstəkar: Cahangir Zülfüqarov Səs operatoru: Akif Nuriyev Rejissor assistenti: Dilarə Balaxanova Rəssam assistenti: Mehriban Əfəndiyeva Operator assistenti: Səidə Rəhimova Rəssam: Əli Əliyev, Xuraman Əkbərova, Əli Məmmədov Montaj edən: Gülarə İsmayılova Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Faiq Abdullayev Kadrarxası mətn: Rasim Balayev (titrlərdə yoxdur)

Filmi səsləndirən Nəcibə Hüseynova — ana (titrlərdə yoxdur)

İstinadlar

Mənbə Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 368-370.

Xarici keçidlər Filmi izlə İthaf (Film ENG, 1990) RTÜK 11.Gelecekle İletişim Çalıştayı — Azerbaycan`ın bağımsızlık mücadelesi animasyon filmlerde rtuk.gov.tr

Kateqoriya:1990-cı ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Qısametrajlı cizgi filmləri