Meşəbaş — Azərbaycan Respublikasının Qax rayonunun Qax İngiloy kənd inzibati ərazi dairəsində kənd.
Əhalisi 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Meşəbaş kəndində milli tərkibi ingiloylardan ibarət 16 ailə yaşayırdı.Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 168 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik ingiloylardan ibarət hər iki cinsdən toplam 171 nəfər əhali yaşayırdı."Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А. А. Эльзенгера и Н. П. Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е. И. В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа, стр. 158 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 102 təsərrüfatda hər iki cinsdən toplam 382 nəfər əhali yaşayır.Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat
Toponimikası Oykonim meşə və başı (yəni yuxarısı, yuxan hissəsi) sözlərindən ibarət olub "meşənin üstü, yuxansı" mənasındadır. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində İlisu sultanı Sultan Əhmədxan Xəlilbəy meşəsinin üstündə Meşəbaşı adlı yerdə 20 ingiloy ailəsini məskunlaşdırması nəticəsində yaranmışdır. Kənd öz coğrafi mövqeyinə görə belə adlandırmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Həmçinin bax Qax rayonu
Xarici keçidlər
Azərbaycan Respublikasi Qax Rayon İcra Hakimiyyəti
Mənbə Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II hissə. Bakı,2007.
İstinadlar
Kateqoriya:Qax rayonunun kəndləri