Minos və ya Minoy () — Kritin mifik hökmdarı Мифы народов мира. М., 1991-92. В 2 т. Т.2. С.152-153, Любкер Ф. Реальный словарь классических древностей. М., 2001. В 3 т. Т.2. С.399, Zevslə Avropanın oğlu, Pasifayanın əri. Dedal sayəsində bir çox sənət əsərlərinə sahib olmuşdur. Dedal onun üçün saraylar tikmişdir.

Minos yunanların arasında dənizlər hökmdarı kimi tanınırdı. O, öz hərbi qüdrətinə görə Dedala borclu idi. Elə ona görə də Dedalı əlindən buraxmaq istəmirdi. Dedal Siciliyaya qaçandan sonra Minos adaya qoşun yeritmişdi. O sənətkarın yerini öyrənmək üçün yumurta qabığı gətirib elan etmişdi ki, kim onun içindən sap keçirsə, böyük mükafat alacaq. Bunu yalnız Dedal edə bilərdi və beləliklə Minos onun yerini öyrənmişdi. Kokalın sənətkarı əldən buraxmaq istəməyən qızları onu dəhşətli əzablarla öldürür. Yunanların belə bir inancı var ki, o sonra Aidin yeraltı səltənətində amansız, qəddar bir hakim olub.

İstinadlar

Kateqoriya:Krit mifologiyası Kateqoriya:Krit padşahları Kateqoriya:Qədim yunan mifologiyası personajları Kateqoriya:İlahi komediya personajları Kateqoriya:Tesey mifləri