Ziyadxanovlar — Azərbaycan xalqının tanınmış soylarından biri.

Soyun yaranması Gəncə xanlığının məşhur simalarından olan Ziyad xanın övladları rus üsul-idarəsi dönəmində Ziyadxanov soyadını qəbul etdilər.

Soyun tanınmış nümayəndələri Şahverdi sultan Ziyadoğlu-Qacar — Qızılbaş sərkərdəsi, bəylərbəyi. İbrahim sultan Ziyadoğlu-Qacar — Qızılbaş sərkərdəsi, Qarabağ bəylərbəyi. Yusif xəlifə Ziyadoğlu-Qacar — Qızılbaş sərkərdəsi, bəylərbəyi. Peykər sultan Ziyadoğlu-Qacar — Mənşəcə Azərbaycan türklərindən olan böyük dövlət xadimi, sərkərdə, Səfəvilər dövlətində Gəncə-Qarabağ bəylərbəyi. Məhəmməd xan Ziyadoğlu-Qacar — Mənşəcə Azərbaycanlı olan böyük dövlət xadimi, sərkərdə, Səfəvilər dövlətində Qarabağ bəylərbəyi. Uğurlu xan Ziyadoğlu-Qacar — şair, Qacar elinin Ziyadoğlu oymağının başçısı, Qarabağ bəylərbəyi, Cavad xanın ulu babası. Abbasqulu xan Ziyadoğlu-Qacar — Qarabağ bəylərbəyi, Səfəvi ordusunun komandanı, səfir. Kəlbəli xan Ziyadoğlu-Qacar — şair, Qacar elinin Ziyadoğlu oymağının başçısı, Qarabağ bəylərbəyi, Kaxetiya hakimi, elçi, Cavad xanın babası. II Uğurlu xan Ziyadoğlu-Qacar — Qızılbaş sərkərdəsi, Qarabağ bəylərbəyi. İsmayıl xan Ziyadxanov — Azərbaycan Xalq Cümhuriyyətinin hökumət üzvü, diplomat. Şahverdi xan Ziyadxanov — Çar ordusunun zabiti, İsmayıl xan Ziyadxanovun qardaşı. Adil xan Ziyadxanov — Gəncə xanı Cavad xanın və Qacar vəliəhd-şahzadəsi Abbas Mirzənin soyundan gələn Azərbaycanın görkəmli dövlət xadimi, alimi və diplomatı.

Həmçinin bax Gəncə xanlığı Ziyadlı oymağı Ziyadxanovlar mülkü Qacarlar

Kateqoriya:Gəncə bəy soyları