İbaxlı — Azərbaycan Respublikasının Qax rayonunun Əlibəyli kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Tədqiqatçılar bu oykonimi qədim türk dillərindəki "yüksək yer, yüksəklik" mənalı obux sözü ilə əlaqələndirirlər. Keçən əsrdə Qəbələ rayonu ərazisində Obuxlu adlı kənd qeydə alınmışdır.
Coğrafiyası və iqlimi Kənd Alazan–Əyriçay vadisində yerləşir. Kəndlə rayon mərkəzi arsında 11 km məsafə var.
Kəndin relyefi düzənlik və xırda təpəliklərdən ibarətdir. Kəndin mərkəzindən və şimal-qərb tərəfindən Kürmükçay keçir. Yaz aylarında bu çay daşaraq əhaliyə ziyan vurur. Kənd dörd tərəfdən meşə ilə əhatə olunmuşdur. Məşələrdə əsasən palıd, qovaq, qızılağaz, qoz, yabanı şəkildə bitən zoğal və.s ağaclarına rast gəlinir.
Əhalisi 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 154 təsərrüfatda hər iki cinsdən toplam 594 nəfər əhali yaşayır. Əhalisi milliyətcə etnik Azərbaycan türkləri olan muğallardan ibarətdir. Gün ərzində İbaxlı kəndinə 3 dəfə marşurut avtobusu işləyir. Kənddə 1 məktəb, 1 klub, 1 kitabxana və 9 mağaza fəaliyyət göstərir.
İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyətini tütünçülük, baramaçılıq və taxılçılıq təşkil edir. Bundan başqa əhali qərzəkli meyvələrin və müxtəlif kənd təsərrüfatı məhsullarının da satışı ilə məşğul olur.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Qax rayonunun kəndləri