Mannalıların şəxs adları – Mannalıların mixi yazılı mənbələrdə qorunaraq dövrümüzə çatmış şəxs adları.
A m e k a – İranşünaslar bu adı farsca sayırlarГрантовский Э. А. Ранняя история иранских племен Передней Азии. М., 1970, səh 123–124. Q. Qeybullayev isə qeyd edir ki, bu ad türkcə amaq, omaq – qıvraq, xoş təbiətli, cəld, yaxşı əhval – ruhiyyəliСевортян Э. В. Этимологический словаоь тюркских языков.. Том I, М., 1974; том II, М, 1978; том III, М., 1982, I, səh 453 sözündədir. Midiyada Amaxar (er. əv. 821-ci il), Qara dənizin şimal çöllərində skiflərdə Amak (er. əv. VII əsr) və sarmatlarda Amaqaşəxs adları ilə müqayisə olurdu. Türk dillərində m – b əvəzlənməsinə görə Abaqa xan (Elxanilər sülaləsində xan adı, XIII əsr), XIV əsrdə Sibirdə Tumen xanlığının xanı İbak, XVII əsrdə Altayda teleutlarda AbakПогребова М. Н. Закавказье и его связи с Передней Азией в;, скифское время. М, 1964, səh 90 şəxs adları ilə müqayisə olunur.
M u s a s i n – Şumercə mu – mənim, sa, za – ürək və Sin (Ay allahının adı) sözlərindən ibarət teofor addır. Bu şəxs adı təxminən Sin (tanrısı) mənim ürəyimdir mənasını verir. Sin komponenti Şumer – Akkad çarlarından Şusin (er. əv. 2037–2029), İbisin (er. əv. 2028–2004,), Ramsin (er. əv. 1822–1763) və b. çarların adlarında vardır. Bu komponent Elamda Varadsin (er. əv. 1834–1823) və Rimsin (er. əv. 1822–1763) çar adlarında da iştirak edir. Ümumi fikir belədir ki, Şumerin Suen adlı Ay allahı vardı. Bu Allah adı türk şumerlərdən semit mənşəli akkadlara da keçmişdir. Er. əv. III minillikdə Akkad çarlarının bəzilərinin adlarında Suen sözü vardı (Bur-Suen, İbbi-Suen, Harım-Suen və b.). Şumerlərdə Amar Suen çar adı Suen (allahının) beçəsi, balası mənasında idi. İ. M. Dyakonova görə,И. М. Дьяконов. Люди города Ура, М. 1990, с. 257 sonralar Suen allahının adı akkadlarda "Sin" formasını kəsb etmişdir. Mannada Musasin, Erisin və Şarein çar adlarında sin komponentlərinin mənşəyi belədir. Güman ki, mannalarda da bu allaha sitayiş vardı və ona görə valideyn uşağa ad qoyduqda Sin sözündən istifadə edirdi. Manna və Midiyada şəxs adlarının şumer dilindən olması diqqətəlayiq məsələdir. Bunun səbəbini aydınlaşdırmaq çətindir: ya qədim mannalar və madaylar (yaxud onların müəyyən hissəsi) mənşəcə sonrakı şumerlərdir, ya da Altay-Türk mənşəli şumercə hesab etdiyimiz sözlər mannaların və madayların da dillərində vardı.
A r a ş t u a – Q. A. Melikişvili bu adı Qafqaz mənşəli saymış, lakin mənasını açmamışdır.Марр Н. Я. Избранные работы. Том IV, М, —Л., 1937; том V, VI. — Л., 1935. E. A. Qrantovski bu adın əslində Arşitavah formasında olduğunu söyləmiş, sonralar da Rşatavah şəklinə salmış və onun İran dillərində Ayı, yaxud ayğır gücünə malik olan mənasını verdiyini yazmışdırГрантовский Э. А. Ранняя история иранских племен Передней Азии. М., 1970, səh 122. Q. Qeybullayevə görə isə ad şumer dilində eriş bağışladı bəxşiş verdi və Utu (Günəş Allahı) sözlərindən ibarət teofor addır və Utu allahının (ata-anaya) bəxşişi mənasındadır.
K i r t i a r a – Q. A. Melikişvil, İ. M. Dyakonov və İ. H. Əliyev bu adı yerli adlar sırasına salmışlar. E. A. Qrantovski isə onu qədim hind dilindəki kritua – yararlı, Avesta dilində kərata – qayırma, düzəltmə sözləri ilə izah etmiş və adın fəliyyət göstərən, işgüzar mənasını verdiyini yazmışdır. Lulubelərdə Kiur allahının adından və şumercə di – tikən, ara – qul sözlərindən. Ad Kiur (allahının) tikən qulu mənasındadır.
A t a – V. İ. Abayev skiflərdə er. əv. IV əsrdə Atey şəxs adını izah edərkən bu adı da paralel gətirmiş və hər ikisini osetin dilində ədə – ata, baba sözü hesab etmişdir.Абаев В. И. Скифо-сарматские наречия. "Основы иранского языкознания. Древнеиранские языки". М., 1979 Lakin osetin dilindəki ədə sözünün özü türkmənşəlidir. Türkcə ata – ulu əcdad, ulu, müqəddəs sələfСевортян Э. В. Этимологический словаоь тюркских языков.. Том I, М., 1974; том II, М, 1978; том III, М., 1982, I, səh 200 – 201 sözündəndir. Hələ şumerlərdə Aldani – onun atası (yazılmış sami mənşəli akkad dilindədir), erkən orta əsrlərdə uyğurlarda Atay – Sili xaqanТихонов Д. И. Хозяйство и общественный строй уйгурского государства X–XIV вв. М. —Л., 1966, səh 140. 776-cı ildə Orta Asiyada ərəblərə qarşı başlanmış Xürrəmi üsyanının Müqənna ləqəbli başçısı Ata, VIII əsrdə Buxara hakimi Qisrif ibn Ata və s.şəxs adları ilə müqayisə olunur. Qədim türklərdə əcdada sitayişlə əlaqədar verilmiş addır. Azərbaycanda və Orta Asiyada bəzi övliyaların adlarının sonundakı ata sözü də bununla əlaqədardır.
S a b i n i – Yerli adlar sırasına aid etdildiyinə görə indiyədək mənası aydınlaşdırılmamışdır. Ehtimal ki, akkadca sabu – doyunca, bəs qədəri və şumercə ni – verir, mükafatlandırır, yaxud ni – mənim sözlərindən ibarətdir. Ad (Allah) mükafatlandırır, yaxud qədəri (allahın) mənasındadır.
K a k i a – Er. əv. 520-ci ilə aid bir mənbədə Midiyada Kaki adlı şəxs qeyd olunur. E. A. Qrantovski bu adları İran mənşəli saymış və əfqan dilindəki kaka, Qaqa sözü ilə bağlamışdırГрантовский Э. А. Ранняя история иранских племен Передней Азии. М., 1970, Prof. Q. Qeybullayev isə qeyd edir ki, ümumiyyətlə, İran dillərinin heç birində qaqa sözü yoxdur və əfqan dilində də bu söz türk mənşəlidir. Şumercə kiak (a) – sevimli sözündən ola bilər. Türkcə qaqa – böyük qardaş deməkdir və bu söz hunlarda Aq – KaqaАртамонов М. И. История Хазар. Л., 1962, səh 11, oğuzlarda Əmir KakaşБуниятов 3. М. Государство Атабеков Азербайджана. Баку, 1976 adlarında əksini tapmışdır.
K u n d a ş p – İ. M. Dyakanov bu adda farsca əsb – at sözünün əks olunduğunu söyləmişdirДьяконов И. М. История Мидии. М. — Л., 1956. Bu fikri E. A. Qrantovski də bəyənmişdirГрантовский Э. А. Ранняя история иранских племен Передней Азии. М., 1970, səh 133. Qədim türkcə qun – knyaz, yaxud gün – günəş ziyasıСевортян Э. В. Этимологический словаоь тюркских языков.. Том I, М., 1974; том II, М, 1978; том III, М., 1982, III, səh 101, daş – həmrəy, yoldaş (qardaş, yoldaş, sirdaş sözlərində olduğu kimi) və – bi, pi – başçı, knyaz, şahzadəСевортян Э. В. Этимологический словаоь тюркских языков.. Том I, М., 1974; том II, М, 1978; том III, М., 1982, II, səh 88–89 sözlərindəndir. Oğuznamə də Gün xan, skiflərdə Qnur (yazılışı yunancadır, qun və tükcə uri – övlad, varis, oğulДревнетюркский словарь, М., 1969 sözlərindən), Kitabi Dədə Qorqudda Qonur (əslində Qunur kimi oxunmalıdır) Qoca, oğuzlarda XII əsrdə Gün –ToqdıЯкут аль-Хамави. Муджам ал-Булдан (сведение об Азербайджане). Хамдаллах Казвини. Нузхат ал Кулуб (сведение об Азербайджане). Баку, 1983, səh 89, qazaxlarda Kunsulu, başqırdlarda Kunpılu (gün kimi gözəl) qadın adları ilə müqayisə oluna bilər.
K u ş t a ş p i – Türkcə kuş (quş), daş və "pi" sözlərindəndir. Türklərdə şəxs adlarında kuş sözü adətən qartal, alıcı quş, şahin mənalarındadır: Kuş –Təqin (Xarəzm hakimi, XIII əsr) və b. Ehtimal ki, Anqa quşu (bu quşun adı klassik Azərbaycan ədəbiyyatında tez –tez çəkilir) nəzərdə tutulur.
B u r i y a ş – Mənbədə Yanzi –Buriaş kimi qeyd olunur. Yanzi sözünün qədim türk dilində hakim mənasında işləndiyi məlumdur. Mənbədə göstərilir ki, Yanzi –Buriaş Şurdir qalasının hakimidir. Bu çarın adı türkcə böru-canavar, qurd və eş – kimi sözlərindəndir. Bu adın Buri və aş komponentlərindən ibarət olması onunla təsdiqlənir ki, türk monqollarda Buri şəxs adı vardı. Məsələn, Çingiz xanın nəvələrindən biri Buri adlanırdı. Albaniyada V əsrdə Pyorik (yazılışı ermənicədir), XII əsrdə oğuzlarda Qok-Bori, XIII əsrdə Xorasanda BurabaşИстория Туркменской ССР, том 1, Ашхабад, 1955, səh 268 şəxs adları ilə müqayisə olunur.
Ş u l u s u n – Şumercə şuluh- təmizlənmiş, saflanmış (məsələn, şumercə Şuluh-bi-uru məbəd şəhərin saflaşmasıdır) və şunu – onların sözlərindən. Belə olduqda ad Onların (yəni allahların) saflamasıdır (təmizləməsidir) mənasını verir.
D a d a – E. A. Qrantovski bu şəxs adını fars dilindəki dadən – vermiş, törənmiş feli ilə bağlayırГрантовский Э. А. Ранняя история иранских племен Передней Азии. М., 1970, səh 131. Türkcə dədə – ustad, ağsaqqal sözündəndir (məsələn, Dədə Qorqud, Dədə Ələsgər və s.). Erkən orta əsrlərdə uyğurlarda DadayТихонов Д. И. Хозяйство и общественный строй уйгурского государства X–XIV вв. М. —Л., 1966, səh 153. V əsrdə Mərkəzi Asiyada Cucan xaqanı Datan, türk runi yazılarındakı Dad Древнетюркский словарь, М., 1969, səh 158 şəxs adları ilə müqayisə olunur. Şah İsmayıl Xətainin köməkçisi, qızılbaş bəylərindən birinin adı Dədə bəy (yaxud Əbduləli bəy Dədə), XVI əsrdə Şirvan hakimi Arasxanın oğlunun adı Dədə xan idi. Er. əv. VI əsrin 20-ci illərində Midiyada da Dataş şəxs adı məlumdurГрантовский Э. А. Ранняя история иранских племен Передней Азии. М., 1970, səh 137.
N i k d i a r – Makna hökmdarı Şarsinin atasının adı. Şumer allahı Enki adından, şumercə du – yaxşı və ara (ərə) – qul sözlərindən ibarətdir. Enki (allahının) yaxşı qulu, ya da şumercə ni (k) şey, mülkiyyət, di – tikmək və ara – qul sözlərindən ibarət teofor ad olub (Allaha) şey (bina, məbəd) tikən qul mənasındadır.
U d a k i – Ad şumer dilində Utu – Günəş tanrısı və ku – qismət, pay sözlərindən ibarət olmaqla Utu tanrısının (verdiyi) pay mənasındadır. Şumer dilində ku sözü həm də mən mənasında olduğuna görə ad Mənim Utu (tanrım) kimi izah oluna bilər. Başqa bir fikrə görə bu ad şumercə atahku – kömək edən qüvvə sözündəndir.
E r i s i n – İ. H. Əliyev hürritmənşəli ad sayırАлиев И. Г. История Мидии. Баку, 1960, səh 64. Şumer dilində ere – qul (İ. M. Dyakanova görə, mənşəcə akkad dilinə mənsub bu söz er. əv. 3000–2800-cü illər arasında şumer dilinə keçmişdir) və Sin (Allahın adı) sözlərindən ibarətdir. Ad Sin (tanrısının) qulu mənasındadır. Şumercə Bursin Sin tanrısının uşağı şəxs adı ilə müqayisə edilə bilər. Adı başqa cür də izah edirlər. Türkcə ər (monqolca ərə) – kişi, igid, döyüşçü və oxşarlıq, bənzərlik bildirən sin, şin sözlərindəndir. Uyğur xaqanlığının xanı Buku – ÇinМалявкин А. Г. Уйгурское государство в IX–XII вв. М., səh 131, XIII əsrdə monqollarda Ərkəsin (türkcə ərk – iradə, güc, qüdrət, yaxud ərkə – mehriban, riqqətli, lətifДревнетюркский словарь, М., 1969, səh 324 və sin sözlərindən); Türkmənistanda monqol canişini Sankli – Sin История Туркменской ССР, том 1, Ашхабад, 1955, səh 320 adları ilə eynidir. Ad igid təki, döyüşçü kimi mənalarındadır. Y. B. Yusifov eyni sözlərə əsaslanaraq adı cəsur ər kimi mənalandırır Юсифое Ю. Б. Историческая антропонимия Азербайджана. Ономастика Узбекистана. Ташкент, 1989, səh 146.
Ş a r s i n – Q. Qeybullayevə görə bu şəxs adındakı Şar komponentinin şumerlərdə Şar tanrısının (Umma şəhərinin tanrısı), (bu sözü şumer dilindəki şar dairə, yumru sözü ilə qarışdırmaq olmaz. Azərbaycan dilindəki şar – yumru, dairəvi sözü ilə şumercə şar sözünü eyni sözdür), yaxud akkad mənşəli Sar – çar sözü ilə müqayisə olunması mümkündür. Bu adın Şar sözü Urartunun Sardur şəxs adındakı "Sar" sözü ilə eynidir (Sar və şumercə tur oğul sözlərindən). Adın Sin komponenti də şumer – akkad mənşəli Sin – Ay ilahəsi sözü olaması güman edilir və bütünlüklə Şarsin (yaxud Sarsin) Sin (ilahəsi) – çardır mənasını verir.
T e l u s i n – Y. B. Yusifov bu adı Altayda erkən orta əsrlərdə Tele tayfasının adı ilə bağlamış və onu Tele (tayfasının) adamı kimi mənalandırmışdır.Юсифое Ю. Б. Историческая антропонимия Азербайджана. Ономастика Узбекистана. Ташкент, 1989, səh 146. Q. Qeybullayevə görə, bu ad qədim türkcə telu – "qoçaq", "cəsur"Севортян Э. В. Этимологический словаоь тюркских языков.. Том I, М., 1974; том II, М, 1978; том III, М., 1982, III, səh 215 (azərbaycanca "dəli", məsələn Kitabi Dədə Qorqudda Dəli Qarcar) və Sin "tanrı"sözlərindəndir. Bu adın Birinci komponenti türk dillərindəki tuluy – "çalağan quşu", "alıcı quşu" (Kitabi Dədə Qorqudda tulu – "qırğı") sözündəndir. VI əsrdə Altayda türk xaqanı İbn TuluГумилев Л. Н. Древние тюрки. М., 1967 VII əsrdə türk bolqarların xanı Dulu (Tulu), VII əsrdə Altayda Şibi xaqanın oğlu TuliИстория Тувы. М., 1964, səh 78, Çingiz xanın oğlu Tuluy adları ilə müqayisə olunur.