Paşa Yunis oğlu Paşayev () — Azərbaycanlı şair.Qəsəbova, İlhamə. "Paşa Salahlı". // Ozan dünyası. — 2010. — № 3. — Səh.107–110.
Həyatı 1924-cü ildə Qazax rayonunun Daş Salahlı kəndində doğulub. 1930-cu illərdə anadan olduğu Daş Salahlı kəndində təhsil almış, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş, uzun illər dövlət hüquq-mühafizə orqanlarında çalışmışdır.Namazov, Qara. Aşıqlar (I kitab). Bakı: Səda, 2004. səh.336
2003-cü ildə vəfat etmişdir.
Yaradıcılığı Erkən yaşlarından el ədəbiyyatına, aşıq yaradıcılığına həvəs göstərmiş, 1942-ci ildən şeir yazmağa başlamışdır. 1950-ci illərdən xalq arasında istedadlı sənətkar, xalq şeiri üslubunda yazıb-yaradan şair kimi tanınmağa başlamışdır.
Sonrakı dövrlərdə ayrı-ayrı toplularda el şairinin şeirlərindən nümunələr çap olunmağa başlamışdır. "Aşıqlar" (1960), "Səhər şəfəqləri" (1976), "Aşıq Pəri məclisi. Aşıqlar. El şairləri" (1991) və s. toplularda şeirlərindən nümunələr getmişdir.
"Aşıq ədəbiyyatı antologiyası. Aşıq poeziyası" (2017), "Ustad nəfəsli saz-söz ərməğanı" (2020), "Aşıq deyişmələri (2022) və s. toplu-külliyyatlarda gedən poetik örnəklər P. Salahlının yüksək təfəkkür intelleksiyasının göstəricisidir.Mahmud Allahmanlı. Xalqın sevimli saz şairi – Paşa Salahlı. "Ozan dünyası" jurnalı, № 1 (39), 2026. səh.50
"Göyəzən çiçəkləri" (1990), "Salahlı, sözünü qanana söylə" (2006) kitabları çap olunaraq geniş ictimaiyyətə təqdim olunmuşdur.
Kitabları Göyəzən çiçəkləri. Bakı: Yazıçı, 1990. 120 səh. Salahlı, sözünü qanana söylə. Bakı: Nurlan, 2006. 584 səh.
İstinadlar
Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:XX əsr Azərbaycan şairləri Kateqoriya:Azərbaycan Aşıqlarının III Qurultayının nümayəndələri