() — aləminin dəstəsinin fəsiləsinə aid bitki cinsi.
Təbabətdə Yusif İbn İsmayıl Xoyinin (XIII–XIV əsrlər) yazdığına görə, baş əsməsini müalicə etmək üçün gündə 2 dəfə başa bişmiş qarayonca ilə kompres qoymaq lazımdır. Əgər qarayoncanın otu və toxumları mütamadi yeyilərsə, bu, insanı kökəldir və qanı artırır. Qarayonca tozunun bal ilə kompresi soyuq şişləri, sirkə ilə qarışığı isə isti şişləri çəkir. Qarayoncanın toxumları başqa hissələrinə nisbətən daha faydalıdır. Onlar mədəni möhkəmlədir, sperma və süd yaradır, aybaşını qovur, öskürəkdə xeyirlidir.
Elmi təbabətdə qurudulmuş və toza çevrilmiş qarayonca qansaxlayıcı və yarasağaldıcı xüsusiyyətə malikdir. Əkin qarayoncası şəkər xəstəliyində, qalxanvari vəzinin funksiyasının azalmasında, oraqvari qarayonca isə sətəlcəm, diarreya (mədənin pozulması) və ürəkdöyüntüsü zamanı istifadə edilir.
Sinonimləri Heterotipik sinonimləri
Növləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Asiya florası Kateqoriya:Bitki modelləri Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları