Ayvaz Məhəmməd oğlu Ayvazov və ya Eyvaz Borçalı () — şair, tərcüməçi, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1981), "Azərbaycanfilm" kinostudiyasının keçmiş rəhbəri (1984–1986).
Həyatı Eyvaz Borçalı 1938-ci il mayın 5-də Gürcüstanın Borçalı (Marneuli) rayonunun Ağaməmmədli kəndində anadan olmuşdur. Burada Qaçağan onbirillik məktəbini bitirdikdən sonra M. F. Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olmuşdur. Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə həmin institutun VI kursundan Moskvaya, M. Qorki adına Ədəbiyyat İnstitutuna, bədii tərcümə bölməsinə keçirilmişdir. Buranı bitirdikdən sonra Azərnəşrdə redaktor kimi əmək fəaliyyətinə başlamışdır (1964). "Azərbaycanfilm" kinostudiyasında ssenari redaksiya heyətinin üzvü (1970), "Mozalan" satirik kino-jurnalının baş redaktoru (1971–1984), C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru (1984–1986) vəzifəsində işləmişdir.
Ədəbi yaradıcılığa 1960-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində çıxan "Əbədi məşəl" şerilə başlamışdır. Bundan sonra dövri mətbuatda vaxtaşırı şeirlərini və bədii tərcümələrini çap etdirmişdir. Bakı şəhər Oktyabr rayonu xalq deputatları Sovetinə üç çağırış deputat seçilmişdir. "Kirpi" jurnalının baş redaktoru olmuşdur (1986–1993). Respublika mədəniyyət işçiləri həmkarlar komitəsinin üzvüdür. "Şərəf nişanı" ordeni (1980), iki dəfə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı (1978; 1988) və bir medalla təltif edilmişdir. 2005-ci ildə "Tərəqqi" medalı ilə təltif olunmuşdur
Siyasi Fəaliyyəti Eyvaz Borçalı Borçalı İctimai Cəmiyyətinin təsisçisisdir. 1993–2006-cı illər arası cəmiyyətə sədrlik edib.
Vətəndaş Həmrəyliyi Partiyasının ilk qurucularından və VHP Ali Məclisinin (Ali Şurasının) ilk üzvlərindən biri olub.
Əsərləri Üfüq yananda. Bakı: Azərnəşr, 1964, 36 səh. Sevgi radiusu. Bakı: Gənclik, 1967, 89 səh. Şah və qoca. Bakı: Gənclik, 1968, 12 səh. Qızıl anlar. Bakı: Azərnəşr, 1970, 99 səh. İnsan, zaman, izlər. Bakı: İşıq, 1974, 109 səh. İllər… pillələr. Bakı: Gənclik, 1975, 175 səh. Dünya, məni tərkinə al. Bakı: Gənclik, 1983, 168 səh. Dünyanın tərkində. Bakı: Yazıçı, 1986, 160 səh. Durnalı göylər. Bakı: Yazıçı, 1991, 360 səh.
Tərcümələri (ruscadan) N. Barataşvili. Şeirlər və poemalar. Bakı: Azərnəşr, 1968, 62 səh. A. Blok. Şeirlər və poema. Bakı: Gənclik, 1972, 71 səh. M. Kərim. Dağlar da insan kimidir. Bakı: Gənclik, 1975, 171 səh. A. Blok. Əsərləri. Bakı: Yazıçı, 1980, 126 səh. M. Kərim. Məhəbbətin dörd fəsli. Bakı: Gənclik, 1982, 78 səh. Aleksandr Puşkin. Yevgeni Onegin.
Filmoqrafiya
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 298.
İstinadlar
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Ssenaristlər Kateqoriya:Azərbaycan film redaktorları Kateqoriya:Vətəndaş Həmrəyliyi Partiyasının üzvləri Kateqoriya:"Azərbaycanfilm" kinostudiyasının direktorları