Salar ibn Yəzid – Şirvanşahlar dövlətinin on beşinci hökmdarı, Şirvanşah Yəzid ibn Əhmədin oğlu.

Fəaliyyəti

Şirvanşah Buxtnassar Əli ibn Əhmədin hakimiyyətinin birinci ilində onun əmisi Salar ibn Yəzid hakimiyyət çevrilişi edərək Şamaxı qalasını ələ keçirmişdir. Şamaxı qalasının süqutundan sonra Şirvanşah Buxtnassar Şirvanı tərk edərək Arrana qaçmış və Beyləqan yaxınlığında əmisi Salar ibn Yəzidin döyüşçüləri tərəfindən ələ keçirilərək ölüdürülmüşdür.Mинopcкий. Иcтopия Шиpвaнa, c.56

Münəccimbaşının məlumatına görə Salar h.445 (1053)-ci ildə Malu (Maluğ) qalasını tutaraq möhkəmləndirmiş, orada qarnizon yerləşdirmiş, ərzaq və silahla təchiz etmişdi. O, qalanın yaxınlığında ətrafında istehkamlar qurulmuş şəhər (mədinə) saldırmış, oraya əhali köçürmüş və cümə məscidi tikdirmişdi. Salar "kafirlərlə", ehtimal ki, (Dağıstanın islamı qəbul etməyən əhalisi ilə) müharibəni davam etdirmiş və Şirvanı onların basqınlarından qorumuşdur.Mинopcкий. Иcтopия Шиpвaнa, s.l 17, пpимeчaниe 25

O, on beş il hökmranlıq etdikdən sonra h.455-ci il, şənbə günü səfər ayının 18-də (20 fevral 1063) ölmüşdür. Salar Şəddadi Əbüləsvar Şavur ibn Fəzllə qohumluq münasibətlərində olmuş, onun qızı ilə evlənmişdir.Mинopcкий. Иcтopия Шиpвaнa, s.56-57, ərəb mətni, §18-19, s. 12-13

Onun adına üzərində dörd sətirlik yazı olan sikkə zərb edilmişdir. "Məhəmməd Rəsulullah! Kömək edən Şah, Əbu... – ... Salar ibn Yəzid, Şirvanşah." E.A.Пaxoмoв. Apaбcкиe и пpикacпийcкo-иpaнcкиe фeoдaлы в Aзepбaйджaнe X-XI вв. Cб. Пaмя и aкaд. H.Я.Mappa. M.-Л., 1939, c.423

Salar ibn Yəzidin adı Qəffarinin "Cahan ara" əsərində də yad edilir. Bütün bu məlumatlara əsasən A. Bakıxanov onun adını çəkir.Бaкиxaнoв, c.86 Lakin akademik Minorski qeyd edir ki, Şirvanşahların Qəffari tərəfindən verilmiş şəcərəsi səhvdir, belə ki, burada Saların atasının adının Yəzid ibn Əhməd deyil, Yəzid ibn Məzyəd olduğu göstərilir.Mинopcкий, c.169, ərəb mətni, §48, s.29-30

Abşerondakı Buzovna kəndində, qədim qüllənin xarabalıqlarında üzərində yarım silinmiş kitabə olan daşlar tapılmışdır. İ.Berezin onun məzmununu belə oxumuşdur: "Bu ibnanı böyük və nəcabətli insan, hər şeyin dərin bilicisi, etiqadın parlaq ulduzu müsəlmanların ən yaxşısı, padşah Məlik Salar 53-cü ildə tikdirmişdir".K.Cпaccкий-Aвтoнoмoв. Kpeпocть, Бaкy 18 нoябpя 1851 г. Kaвкaзcкий кaıeндapь нa 1856 г., c.511-512И.П.Бepeзин. Путе-шecтвиe пo Bocтoкy, т.l, ч.III, Kaзaнь, 1849, c.65.

Hal-hazırda Sankt-Peterburqda Şərqşünaslıq institutunda saxlanılan həmin iki daş kitabədən Y.A.Paxomov da bəhs edərək, onun aşağıdakı oxunuşunu vermişdir: "İqamətgahın və ibnanın sahibi, sədr... müdrik, alicənab, kamil... icmanın və dinin məşəli, islamın kamilliyi Şah məlik Salar h.53-cü ilin (Dörd) yüz üç və beşinci ilin rəcəb ayı".E. A .Пaxoмoв. Cтapинныe oбopoнныe coopyжeния Aпшeрона Tpyды ин-тa AH Aзepб. CCP, т.l, 1947, c.70-72

İ. Berezin qeyd edir ki, "görünür, yüzlük rəqəmi pozulmuşdur və Məlik Salar haqqında mənə heç kim doğru bir söz deyə bilmədi". Бepeзин, c.65 S. Aşurbəyli isə qeyd edir ki, "İ. Berezin mətni dəqiq oxumamışdır. Münəccimbaşının məlumatına görə, Məlik Salar (ibn Yəzid) Şirvanşah olmuş və təqribən h.441 (1049)-ci ildən 455 (1063)-ci ilədək, yəni 15 il hakimiyyət sürmüşdür. Beləliklə, Y.A.Paxomovun oxuduğu h.53-cü il tarixi h.453 (1061)-cü il kimi düzəldilməlidir ki, bu da həqiqətə uyğundur." S. Aşurbəyli – Şirvanşahlar dövləti, Bakı, 2007

Ailəsi Atası Yəzid ibn Əhməd. Şirvanşah (991-1027) və Dərbənd əmiri (1019-1021). Həyat yoldaşı. Arran əmiri Əbüləsvar Şavurun qızı, Şəddadilər sülaləsindən. Oğlu I Fəribürz. Varisi. Oğlu Güzdəhəm ibn Salar Qardaşı Ənuşirəvan ibn Yəzid. Atasına qarşı üsyan qaldırdığı üçün həbs edildi, həbsdə öldü. Qardaşı Mənuçöhr ibn Yəzid. Şirvanşah (1027-1034) Qardaşı oğlu Hörmüzd. Tabasaran əmiri (?-1065). Qardaşı Əbu Mənsur Əli ibn Yəzid. Şirvanşah (1034-1043) Qardaşları Mənuçöhr və Əbu Mənsur Əlinin həyat yoldaşı Sitt bint Fəzl. Arran əmiri Fəzl bin Məhəmmədın qızı, Şəddadilər sülaləsindən. Qardaşı Qubad ibn Yəzid. Şirvanşah (1043-1049) Qardaşı qızı. Səlcuq əmiri Qaratəkinin həyat yoldaşı. Qardaşı Əhməd ibn Yəzid Qardaşı oğlu Buxtnassar Əli ibn Əhməd (1049-1050). Salar tərəfindən taxtdan salınmışdır. Qardaşı Məmlan ibn Yəzid Bacısı Şəmkuyyə. Haşimilər sülaləsindən Dərbənd əmiri II Əbdülmalikin (1034-1043) həyat yoldaşı.

Döyüş və hakimiyyət mübarizəsi xronologiyası TarixHadisəMüttəfiqlərQarşı tərəfYerVəzifəsiNəticə1050-ci ilŞamaxı qalasının fəthi—Buxtnassar Əli ibn ƏhmədYezidiyyəşahzadəqələbə1050-ci ilBuxtnassar Əli ibn Əhmədin qətli—Buxtnassar Əli ibn ƏhmədBeyləqanŞirvanşahqələbə1053-cü ilMalu qalasının fəthi——Malu qalasıŞirvanşahqələbə

İstinadlar

Həmçinin bax Kəsranilər Azərbaycan tarixi

Kateqoriya:Şirvanşahlar Kateqoriya:Şamaxıda vəfat edənlər