Çin Kommunist Partiyası (ÇKP) () — Çin Xalq Respublikasının əsas və hakim partiyası və üzvlərinin sayına görə dünyanın ən böyük partiyası. 1921-ci ildə təsis edilib və Çin vətəndaş müharibəsində Homindanın məğlubiyyətindən sonra hakimiyyətə gəlib.
Partiyanın rəhbər rolu ÇXR-in konstitusiyasında qeyd olunur.2018-ci ildən bəri bu, konstitusiyanın preambulasına köçürülüb
Tarix ÇKP-nin mənşəyi Çin intellektualları arasında qərbdən gələn marksizm və anarxizm fikirlərinin populyarlıq qazandığı dövrdə baş verən 1919-cu il 4 may hərəkatından gəlir. Rusiyada Oktyabr inqilabı və bolşeviklərin qələbəsi də ÇKP-nin yaranması üçün ilham mənbəyi olub. Leninizmi və dünya inqilabını tərifləyən ilk qabaqcıl Çin intellektualı Li Daçjao idi. Partiyanın başqa həmtəsisçisi olan Çen Duşüdən fərqli olaraq, Li Çin Respublikasının işlərində iştrakından imtina etməyib. İkisi də inanırdı ki, Oktyabr inqlabı hər yerdə əzilən ölkələr üçün yeni dövr başladıb. ÇKP Vladimir Leninin avanqardizm strategiyasına əsaslanırdı.
Partiyanın ilk qurultayı 1921-ci il iyulun 23-dən 31-dək keçirilmişdir. O zaman ÇKP-nin 57 üzvü var idi və qurultayda cəmi 13 Çinli nümayəndə iştirak etdişdir.
Xarici keçidlər
People's Daily
Kateqoriya:Çindəki siyasi partiyalar Kateqoriya:Ölkələrinə görə kommunist partiyaları Kateqoriya:1 iyulda yarananlar Kateqoriya:1921-ci ildə yarananlar Kateqoriya:Çin tarixi Kateqoriya:Birpartiyalı sistemdə hakimiyyətdə olmuş siyasi partiyalar