Çoban Məhəmməd () — şair, ustad aşıq.Vahid, T. Çoban Məhəmmədin müdriklik dünyası: [Aşıq Ələsgərin qardaşı Aşıq Məhəmməd haqqında] //Mədəniyyət.- 2012.- 15 avqust.- S. 14.

Həyatı Aşıq Məhəmməd Alməmməd oğlu 1857-ci ildə Göyçə mahalının Ağkilsə kəndində doğulmuşdur.

Aşıq Ələsgərin qardaşıdır. Ömrünün çox hissəsini təsərrüfat işlərində, xüsusən də çobançılıqda keçirsə də, o, el arasında Şair Məhəmməd, bəzən də Çoban Məhəmməd kimi tanınıb.

Onun bədahətən şeir demək qabiliyyəti, yaxşı hafizəsi varmış.

Yaradıcılığı Ailələrində babası da, atası da, qardaşları da şer yazdıqlarından bəzən onların sənət nümunələrini biri-birindən fərqləndirmək çətinlik törətsə də, Şair Məhəmmədin şeirlərində Göyçə yaylaqlarının abı-havası duyulur. Yaylaqlarda, el-obada baş verən hadisələr onun gözündən yayınmamış, böyük sənətkarlıqla onları nəzmə çəkmişdir. Milli qırğın vaxtı dədə-baba yurdunu tərk edib Kəlbəcərə köçməli olan Məhəmməd zamanın ağır sınaqlarını "Fələk" rədifli şikayətnaməsində təfsilatı ilə təsvir edə bilmişdir. İngilis silahı ilə silahlanan erməni millətçilərinin qəddarcasına Göyçəyə divan tutması, mahalda törədilən qırğınlar, qaçanların dağlarda borana düşüb qırılması tarixi bir sənəd nümunəsidir:

İngilisdən gələn şalon, Göyçəni qoydu viran. Öləni öldü, qaçanı Dağlarda düşdü borana. Ac qaldı, uşaq ağlaşdı, Hamı yön tutdu arana. Çiynimizə xurcun verdin, Döndərdin hammala, fələk.

Şair Məhəmməd "Məhəmməd və gürcü qızı", "Məhəmmədin Qars səfəri", "Məhəmmədin Çələbiyan səfəri" və "Məhəmmədin Yalanbol vilayətinə səfəri" kimi bir neçə dastanı aşıqların dilində məclislərdə söylənilmişdir.

Şəcərəsi Heydər Əbdüləzim Təhməz Talıbxan Allahverdi Alməmməd kişi Aşıq Məhəmməd

İstinadlar

Həmçinin bax Göyçə Aşıq Ələsgər

Kateqoriya:Azərbaycanlı aşıqlar Kateqoriya:Göyçə şairləri Kateqoriya:Göyçə aşıqları Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Göyçədə doğulanlar Kateqoriya:Göyçədə vəfat edənlər Kateqoriya:Çobanlar