Sultan Qiyasəddin Balaban () —Dehli sultanı.
Həyatı
Sultan Raziyyə və əri öldürüldü. Onun yerinə keçən Şəmsiyyə ailəsindən Nəsrəddin Mahmud asayişi qorumaq, mərkəzi hakimiyyəti qurmaq üçün 40-lardan Balabanı iş başına gətirdi. Naib sifətiylə qulluq edən Balaban həqiqətən hakimiyyəti təmin etdi. 1266. ildə Nəsrəddin Mahmud öldükdən sonra isə özünü Dehli sultanı elan etdi. Beləliklə, Hindistan Türk dövlətində yenə türk olan Balaban xanədanı iş başına gəlmiş olurdu.
Balaban qüdrətli bir hökmdar idi. Monqol axınlarının qarşısını aldı. Dövlətə yeni bir nizam gətirdi və ordunu Səlcuqlu ordusunu nümunə götürərək təşkilat etdi. Ordunun komandanlığında daima türkləri saxlayır və "7-8 min türk atlısı 100 min hindli əsgərindən üstündür" deyirdi. Orduda daha çox Xələc türkləri yer tuturdu.
Həmçinin bax Müəzzilər dövləti Dehli sultanlığı
Xarici keçidlər
Ghiyas ud din Balban Biography Ghiyas ud din Balban's biography at storyofpakistan.com Image of Tomb of Balban
İstinadlar
Kateqoriya:Hökmdarlar Kateqoriya:Hindistan hökmdarları Kateqoriya:XIII əsr Asiya hökmdarları