Çiləxanlı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd.
Tarixi İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Kəndin adı erməni mənbələrində Çilixanlı, ÇinaxanlıQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, "Melkonyan fond", 1932, s.50, "İrəvan əyalətinin icmal dəftəri"ndə Çinəxan formasındaİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996, s.99 qeyd edilmişdir.
Toponimi Toponim muğanlı türk tayfasından ölan çilovxanlı ("çilovxanlı" nəsil adı danışıq dilinin qanunlarına uyğunlaşdınlaraq çiləxanlı formasına düşmüşdür) nəsil adıГейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, "Элм", 1986, s.72 əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir XX əsrin əvvəllərinə aid mənbədə İrəvan qəzasında Çinəxanlu kimidir
Coğrafiyası və iqlimi Ermənistan SSR Artaşat(Qəmərli) rayonunda Gərniçayın Araz çayına qovuşan yerində, yerləşmiş kənd.
Əhalisi Kənddə qazaxlar türk tayfasından olan qafarlı tayfasıШопен И. Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи, СПб, Типография императорский Академии Наук, 1852, s.535 yaşamışdır Kənddə 1831-ci ildə 237 nəfər, 1873-cü ildə 535 nəfər, 1886-cı ildə 569 nəfər, 1897-ci ildə 698 nəfər, 1904-cü ildə 752 nəfər, 1914-cü ildə 827 nəfər, 1916-cı ildə 866 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, "Melkonyan fond", 1932, s.50–51, 130–131. 1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 131 nəfər, 1926-cı ildə 220 nəfər, 1931-ci ildə 246 nəfər azərbaycanlı yaşamışdır. SSRİ hökumətinin xüsusi qərarı ilə 1948–1953-cü illərdə azərbaycanlılar zorla Azərbaycana köçürülərək kənd ləğv edilmişdir. 1918-ci ildə kəndin əhalisi qovulmuşdur 1921-ci ildən sonra bir hissəsi geri qayıtmışdır. İndi xaraba kənddir.
Əhali qırğınları Çiləxanlı – 1918-ci il. 900 nəfər yaşamışdır. Daşnak hökumətinin soyqırım siyasəti bu kənddə də qanlı sonluqla başa çatmışdır. Kənd Yandırılmış, uşaq, qadın, qoca namərdcəsinə oda atılmlş, Kişilər qılıncdan keçirilmişdir. Sag qalan əhali haqqında məlumat yoxdur. Ölü kənddir.Eldar İsmayıl, "Zavallı ermənilər, yoxsa zalım ermənilər…", Bakı, 2014.
Ədəbiyyat Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2 Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997. B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995.
İstinadlar
Kateqoriya:Gərnibasar kəndləri Kateqoriya:Ararat mərzinin yaşayış məntəqələri Kateqoriya:Ermənistanın ləğv olunmuş kəndləri Kateqoriya:1953-cü ildə ləğv olunanlar