Salyan rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Salyan şəhəridir.

Tarixi left|300px|thumb|Salyan rayonu ərazisində tapılmış çıraq left|300px|thumb|Salyanda Səfəvi–Osmanlı döyüşü Salyan sözünün etimologiyası haqqında müxtəlif mülahizələr var. 1880-ci ildə Salyanda olmuş rus tədqiqatçısı K. Sadovski Salyan sözünün fars dilindəki "sal"–il, yaxud "salyane" – yəni, illik bac mənasını verən sözdən yarandığını iddia etmişdir. "Tam fars, ərəb rus lüğəti"nin müəllifi İ. Yaqello, "Burhane Qate" kitabının müəllifi Məhəmməd Hüseyn ibn Xələf Təbrizi, "Lüğəti Naci"nin müəllifi Naci də K. Sadovski ilə eyni fikirdə olmuşlar. "Coğrafi adlar" kitabının müəllifi Nəbi Nəbiyev isə Salyan sözünün mənasını "bərə yeri" (salların sahilə yan aldığı yer) və ya sal tayfasının adı ilə bağlayır. Sal tayfası Azərbaycanda yaşamış türkdilli tayfa adıdır. Dünya şöhrətli türkoloq Murad Acı da Salyan sözünün sal tayfasının adı ilə bağlı olduğunu iddia edir. Dilçi alim K. Ramazanov bu coğrafi adın sal–bərə sözündən ibarət olub "salın yan aldığı yer"lə bağlı yarandığını deyir.

Salyandan Ərdəbilə, Təbrizə, Dərbəndə və başqa şəhərlərə balıq, kürü, Babazənən dağı yaxınlığından çıxarılan neft və duz ixrac olunurdu. Tarixi mənbələr göstərir ki, 1295–1304-cü illərdə Elxani hökmdarı, islamı qəbul etdikdən sonra Mahmud adını almış Sultan Məhəmməd Qazan xan tərəfindən 1295-ci ildə Kür çayının mənsəbində, indiki Salyanın yerləşdiyi ərazidə şəhər salınmışdır. Şəhər Qazan xanın şərəfinə Mahmudabad adlandırılmışdır. Ehtimal olunur ki, şəhər zaman–zaman Muğan, Hüştəsfi və Mahmudabad adını daşımış və sonradan Salyan adını almışdır.

Amma nəzərə alsaq ki, Salyanın indiki ərazisindən hələ qədim dövrlərdən köhnə karvan yolları keçmişdir və bu karvan yollarından istifadə edən karvanlar istər–istəməz Kür çayını keçməliydilər. O da məlumdur ki, həmin vaxtlarda Salyan ərazisində Kür çayı üzərindən heç bir körpü olmayib və çayı keçmək yalnız və yalnız "sal, bərə" vasitəsilə mümkün olub. Çox güman ki, Salyan adı da yuxarıda göstərildiyi kimi salın, bərənin sahilə yan aldığı yer mənasında Salyan olmuşdur. Əlavə olaraq onuda nəzərə almaq lazımdır ki, Salyan şəhərində, Kür çayının sahilində hamının tanıdığı "Köhnə bərə ağzi" deyilən məhəllə bu gün də mövcuddur. Ümumiyətlə, Salyan rayonunun ərazisindən Kür çayının üzərindən keçid 1946-cı ilə qədər, yəni birinci Salyan körpüsünün istifadəyə verildiyi ilə qədər yalnız sal və bərə vasitəsilə mövcud olmuşdur. Bütün bunlar onu deməyə əsas verir ki, Salyan sözünün şəhər adı kimi tarixi, Mahmudabad və Hüştəsfidən də qədimdir.

1680-ci ildə şahın fərmani ilə Salyan və Quba xanlığı birləşdirilib və mərkəzi Xudat şəhəri olmaqla 1-ci Hüseyn xanın hakimiyətinə verilmişdir. (Salyan qazisi Hüseyn xan Rüdbarinin qızıyla evlənib və şiəliyi qəbul etdiyinə görə ərmağan olaraq) Quba xanı 1-ci Hüseyinin, Salyan qazisının qızıyla nikahindan qızı doğulur. Sonralar bir qayda olaraq Salyan valiləri Hüseyn xanın həmən qızının nəslinin nümayəndələrindən təyin olunurdular.

Nadir şahın hökmranlığı dövründə 1735-ci ildə Salyan Quba xanlığının tərkibindən ayrılmış və müstəqil inzibati varlıq kimi birbaşa mərkəzi hakimiyyətə tabe olmuşdur. Həmin illərdə şəhərin valisi Həsənbəy xan olmuşdur.

1747-ci ildə Nadir şahın ölümündən sonrakı dövrlərdə Azərbaycanda xaotik formada yaranmağa başlayan yeni xanlıqlar və sultanlıqlar dövrundə Quba xanı 1-ci Hüseyinin uzaq qohumu olan İbrahim Rüdbari Salyanda öz hakimiyətini bərpa edərək, Quba xanlığından ayrıldığını və özünü müstəqil xan olduğunu elan edir. Amma cox keçmir ki, Rüdbarilərin hakimiyyətindən narazı qalan Salyanın əhalisi Quba xanlığından yardim istəyir. 1757-ci ildə hələ o zaman Quba xanlığının taxtina oturmamış vəlihəd Fətəli xan başçılıq etdiyi döyüşçü dəstələri ilə Salyanlıların köməyinə gəlir İbrahim Rüdbarini Salyandan qovur. Beləliklə İbrahim Rüdbarinin 8 illik hakimiyyətinə son qoyulur və Salyan xanlığı yenidən Quba xanlığının tərkibinə keçir. 1757-ci ildən 1768-ci ilə qədər Salyanın hakimi Kəlbə Əli xan olur. Ondan sonra 1782-ci ilə qədər Salyanın xani Qubad xan olur. 1782-ci ildən 1791-ci ilə qədər Salyanın xanı olmuş Şeyx Əli xan isə sonradan Quba Xanı olmuşdur.

1760-cı ildə Salyanda olan səyyah Biberşteyn öz yazılarında göstərir: "Salyanın əhalisi çoxdur və onların əksəriyyəti zəngin və varlı yaşayırlar. Burada Kür çayında balıq ovundan yaxşı gəlir əldə olunur. Vətəgələrin çoxusu Astarxan vilayətindən gələn tacirlərə icarəyə verilmişdir. İcarə haqqı ildə 50 min gümüş pulla ölçülür" 1774-cü ilin yayında Qaytaq üsmisi Əmir Həmzə Qubaya hücumu və Dərbənd qalasını mühasirədə saxlayan zaman Fətəli xan Salyana sığınır və 10 ay burada yaşayır və qoşun toplayır.

Tarixi mənbələrdə göstərilir ki, miladi təqvimi ilə 1795-ci ildə Ağa Məhəmməd şah Qacar 60 minlik qoşunla Qafqaz üzərinə yürüş edir. Şamaxı istiqamətində hücum zamanı Qacar ordusu Salyanda ciddi müqavimətlə rastlaşır. Qanlı döyüşlərdə şah ordusu coxsayli itkilər verdikdən sonra şəhər əhalisinin böyük bir hissəsi öldürülmüş, Salyan şəhəri isə tamamilə yandırılıb dağıdılmışdır. 1797-ci uldə isə Quba Xanı Hüseyn Əli xanin təşəbüsü ilə Salyanın aşağı kəndləri olan Boyat və Qaraimanlı kəndlərinin əhalisi Salyana köçürülmüş və şəhər yenidən tikilməyə başlanmışdır. (Həmin kəndlər indi Neftçala rayonunun ərazisindədir.)

1852-ci ildə Salyan şəhərinin ərazisi 150 desyatin (təqribən 1 600 km²) olmuşdur ki, bununda 95 des. tikinti altinda olub. 1852-ci ildə Salyanda 1125 şəxsi ev olub. Bunun 1118-i müsəlmanlara, 7-si isə digər millətlərə məxsus olmuşdur. Həmən ildə Salyanda 7 məscid, 3 karvansara, 1 bazar, 5 hamam, 28 özəl müsəlman məktəbi, 5 meydan, 32 küçə, 24 bağ olmuşdur.

1863-cü ildə şəhər idarəçiliyi polis–pristav üsul idarəsinə verilib və həmən ildən şəhərin genişlənməsi başlayıb. 1863-cü il kameral siyahıya alınmada aydın olur ki, Salyan şəhərində 1292 ev 10634 nəfər sakin olmuşdur. 1868-ci ilin fevralında Çar Rusiyası zamanında Bakı quberniyası daxilində Cavad qəzası yaradılır və Salyan bu qəzanın inzibati idarəçilik və mədəni mərkəzi olur.

1881-ci ildə şəhərin ümumi torpaq sahəsi 800 desyatin olmuşdur. Həmin ildə Salyanda 12 kvartaldan ibarət olmaqla 35 küçə, 2 meydan, 1 bazar, 2 müsəlman və 1 xristian qəbirstanlığı, 1 rus və 12 türk məktəbi olduğu bildirilir. 1881-ci ildə Salyanda 2323 kərpic ev olmuşdur. 1897-ci ildə Salyanın 11787 nəfər əhalisi olub.

AXC dövründə Bakıda mənzillənən erməni-rus qüvvələri bir neçə dəfə Salyana hücum etməyə cəhd etmişdilər. 1918-ci ilin iyun ayında Bakıdan 2 zirehli, 4 nəqliyyat gəmisi ilə Xəzər dənizi vasitəsilə Kür çayının mənsəbinə gəlib çatmışdılar. Sənədlərdə gəmilərin adları da qeyd olunur: "Krasnovodsk", "Yelets", "İraq", "Bakinets", Salyanets", "Demosfen". Gəmilər Kür çayına keçmiş və erməni–daşnak quldurları çayın ətrafında olan kəndləri qarət etmiş, insanları vəhşicəsinə qətlə yetirmişdilər. Onlar Salyan yaxınlığında yerləşən Kür Qaraqaşlı kəndinə qədər gəlib çatmışdılar. Quldurlarının keçdiyi istiqamət Bankə, Seyidlər, Uzunbabalı, Tatarməhəll, Xıllı, Abasallı, Qaralı, Qəzvinli, Qarabucaq, Surra, Ərəbbəbirxanlı, Cəngən, Kür Qaraqaşlı kəndləri üzrə sıralanırdı. Ermənilər Kür çayı boyunca olan bu kəndlərdən başqa, digər yaxın kəndlərə də soxulmuşdular. 540-dan çox evi dağıtmış, yüzdən çox evi yandırmışdılar. Çoxlu sayda ərzaq məhsulları, qiymətli məmulatlar, bəzək əşyaları, qızıl və kağız pulları qarət etmişdilər. Erməni silahlılarına qarşı Salyan qəzasının vətənpərvər insanları özünümüdafiə dəstələri təşkil etmişdilər. Bu işdə Salyanın nüfuzlu ruhaniləri böyük rol oynamışlar. Onlar qəza əhalisini azğın kafirlərə qarşı cihada çağırmışdır. Mirbağır ağa Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərlərinə kömək üçün məktubla müraciət etmişdir. Erməni–rus hərbi qüvvələri Kür Qaraqaşlıya çatdığı gündən bir gün əvvəl köməyə gələn türk hərbi qüvvələri Salyanda Kür çayı boyunca yerləşib mövqe tutmuşdular. Yerli könüllülərlə birlikdə keçmiş çar ordusunda xidmət etmiş vətənpərvər azərbaycanlı mayor Nazim Ramazanovun hərbi qüvvələri də onlara qoşulmuşdular. 5-ci Qafqaz ordusundan 100 nəfərə yaxın türk hərbi qüvvələri Salyana – köməyə gəlmişdi. Kür Qaraqaşlı kəndində Kür çayının Qaraboğaz adlanan ərazisində yerli könüllülər və türk əsgər və zabitləri döyüşə hazır vəziyyət aldılar. Qazılmış səngərlərdə türk əsgərləri ilə yerli özünümüdafiə qüvvələri birlikdə yerləşirdilər. Döyüş 1918-ci il iyunun 28-də baş verdi. Nəsir Yücəərin "Birinci Dünya müharibəsində Osmanlı ordusunun Azərbaycan və Dağıstan əməliyyatı" kitabının 106-cı səhifəsində oxuyuruq:

İyunun 28-də türk dəstəsinə hücum edən düşmən qoşunları bir nailiyyət əldə edə bilmədi, iyunun 29-da düşmənin sağ tərəfdən mühasirəyəalma təşəbbüsü milis atlıları tərəfindən dəf edildi. İyulun 2-nə dəqər davam edən toqquşmada düşmən çox pis biçimdə parçalandı və pərişan bir vəziyyətdə, milis süvari alayının təqibi altında cənuba çəkilmək məcburiyyətində qaldı.

Türklərin atdığı top atəşləri nəticəsində düşmənin bir gəmisi–"Demosfen, vurulub sıradan çıxarılır. Gəmilərin daha 3-ü ağır, 2-si isə yüngül zədə aldı. Salyanda baş vermiş birinci döyüşdə türk dəstəsindən 12 süvari şəhid olmuş, 17 süvari isə yaralanmışdı. Düşmən tərəfdən isə 192 nəfər ölmüş, 408 nəfər yaralanmışdı. Bu faktlar 5-ci Qafqaz piyada firqəsi ərkanı hərb rəisi Rüşdü Türkərin "Böyük hərbdə Bakı yollarında" kitabında qeyd edilmişdir. Salyanda ikinci ağır vuruşma 1918-ci il iyulun 12-də Novavasilyevka–Bankə xəttində olmuşdur. Döyüşdə düşmənin böyük hissəsi məhv edilmişdir. Xilas ola bilənlər isə gəmilərlə qaçmışlar. Milli dövlətimizin hərbi qüvvələri və onlara köməyə gələn qardaş türk hərbçilərinin köməyi olmasaydı, Salyanda insan qırğınlarının sayı daha da çox olardı.

XX əsrin əvvəllərində Mirxalıq Abdullayev burada illik istehsal gücü 3–4 min tona çatan 3 pambıq təmizləmə məntəqəsi tikdirmişdir. Bununla yanaşı Salyanda istilik elektrik stansiyası, 4 ibtidai məktəb və kitabxana fəaliyyət göstərmişdir. Bu vaxt şəhərdə bez istehsal edən 20 kiçik toxucu müəssisə, 200 dükan, 5 ticarət bankı, 3 karvansara, gəmi körpüsü, poçt stansiyası, karantin gömrükxana, 11 mədrəsə, yeraltı hamam və xəstəxana fəaliyyət göstərmişdir. Bütün cənubi Rusiyada və Qafqazda ilk dəfə olaraq 1864-cü ildə Salyanda metroloji stansiya yaradılmışdır. 1973-cü ilə qədər indiki Neftçala rayonun ərazisi də (1939–1959 illər istisna olmaqla) Salyan rayonuna aid olmuşdur.

Coğrafi mövqeyi Bakıdan Salyan rayonunun mərkəzinədək məsafə 126 km-dir. Rayonun ərazisi Kür-Araz ovalığında Muğan və Cənub–Şərqi Şirvan düzlərində yerləşir. Rayonda 16 yaşayış məntəqəsi var.

Relyefi Rayon Şərqdən kiçik sahədə Xəzər dənizi ilə hüdudlanır. Tirə və təpəliklər Babazanlı, Xıdırlı, Bəndovan və s. var. Ərazinin çox hissəsi okean səviyyəsindən 28 metrə qədər aşağıda yerləşir. Neogen və Antropogen çöküntüləri yayılmışdır. Kürsəngi, Qalmas, Xıdırlı, Babazanlı və s. palçıq vulkanları var. Rayonun ərazisi neft və qaz yataqları ilə zəngindir. Boz–qonur, boz–çəmən, çəmən–bataqlıq, şoran torpaqlar yayılmışdır.

Geoloji quruluşu Neogen və Antropogen çöküntüləri yayılmışdır.

Çayları və su hövzələri thumb|370px|Bala Kür Rayon ərazisindən Kür çayı axır. Onun keçmiş qolu olan Bala Kürdən suvarmada geniş istifadə edilir. Akuşa çayının axmazlarında nadir və nəsli kəsilməkdə olan Azərbaycanın, o cümlədən bir sıra ölkələrin Qırmızı Kitabına salınmış şanagülə (Nelumbo caspica (DC.) Fish.) bitir. Şirvan Milli Parkının əsas hissəsi Salyan ərazisində yerləşir.

Fauna Ceyran, safsar, çöl pişiyi, qırmızıquyruq qum siçanı, Kiçik Asiya qum siçanı, levant irigürzəsi, ilanbalığı, turac, qamışlıq belibağlısı qızılı qızlarquşu, qağayı, suriya sarımsaqiyli qurbağası, fərat çapağanı, kəlləşəkilli haf o cümlədən adı Beynəlxalq Qırmızı Kitaba salınmış bir çox su–bataqlıq quşları – çəhrayı qutan, qara leylək, qızıl qaz, kiçik qu və s. canlılardan ibarətdir.Hacıyev V. C. Azərbaycan florası bitkiliyinin istifadəsi və qorunması, Bakı; Eim, 1999.

Landşaftları və bioloji xüsusiyyətləri thumb|right|Salyan Pallas təlxəssi