Bakı Müasir İncəsənət Muzeyi — Bakıda fəaliyyət göstərən muzey.

Muzeyin açılışı 2009-cu il mart ayının 20-də olmuşdur. Muzeydə əsasən avanqard tərzdə işləyən azərbaycanlı rəssam və heykəltəraşların, o cümlədən Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov, Nadir Əbdurrəhmanovun əsərləri toplanmışdır.

Muzeyin dizaynının ideya müəllifi rəssam Altay Sadıqzadədir. Muzeydə uşaq incəsənəti zalı, kitabxana, həmçinin, restoran, videozal və art-kafe vardır.

Muzeyin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və UNESCO-nun Baş katibi Koişiro Matsuura iştirak etmişlər.

Həmçinin bax Azərbaycan mədəniyyəti Bakı muzeylərinin siyahısı

Xarici keçidlər Muzeyin rəsmi saytı

Kateqoriya:Bakıdakı incəsənət muzeyləri Kateqoriya:2009-cu ildə yaradılmış muzeylər Kateqoriya:20 martda yarananlar Kateqoriya:2009-cu ildə Azərbaycanda yarananlar Kateqoriya:Müasir incəsənət muzeyləri Kateqoriya:Əlifba sırasına görə muzeylər Kateqoriya:Azərbaycan mədəniyyəti