Simin Behbəhani (; 20 iyul 1927, Tehran – 19 avqust 2014, Tehran) – İranın görkəmli şairəsi və tanınmış feminist.

Həyatı 12 yaşında şeir yazmağa başlamış Behbəhani ilk dəfə şeirini 14 yaşında ikən nəşr etdirmişdir. Əvvəl Nima Yuşicin "çar parə" ədəbi tərzini işlədir, sonralar qəzəllərə keçmişdir. Şairənin teatr məsələlərini və müasir gündəlik hadisələri qəzəl formasında təqdim etməsi fars ədəbiyyatının inkişafında böyük rol oynamışdır. Simin Behbəhani bir arada İran Yazıçılar Birliyinin sədri vəzifəsində çalışmışdır. Nobel mükafatına ədəbiyyat üzrə 1999-cu və 2002-ci ildə namizəd seçilmişdir.

Əsərləri "Sınıq tar", 1951 "Ayaq izi", 1954 "Çılçıraq", 1955 "Mərmər", 1961 "Dirilmə", 1971 "Sürət və atəş xətti", 1980 "Dəşti-Arjan", 1983 "Kağızdan paltar", 1992 "Bir azadlıq pəncərəsi", 1995 "Şerlər məcmuəsi", 2003

İstinadlar

Kateqoriya:Fars şairlər Kateqoriya:İran şairləri Kateqoriya:Qadın yazıçılar Kateqoriya:Behişti-Zəhrada dəfn olunanlar Kateqoriya:İran feministləri Kateqoriya:XX əsr şairləri Kateqoriya:Fars dilində yazan şairlər