III Vlad Tsepeş (rum. Vlad Ţepeş) və ya Vlad Drakula (rum. Drăculea) ()- Valaxiya voyevodası. Atası və babası kimi "Drakon" ("Əjdaha") ordeninin üzvü olmuşdur. 1897-ci ildə irland yazıçısı Brem Stoker Drakula əsərini yazmışdı. Bu kitab Vlad Tsepeşin şöhrətini daha da artırmışdı. Əslində "Drakula" əsərində IV əsrdə hökmranlıq etmiş İrlandiyanın qəddar hökmdarı Drakuladan danışılır.

Həyatı III Vlad Tsepeş Transilvaniyanın (Şimal-Qərbi Rumıniya) kiçik Siqişoara şəhərciyində 1431-ci ilin noyabr və ya dekabr ayında dünyaya gəlmişdir. 13 yaşı olanda Osmanlılar tərəfindən əsir götürülmüşdü. 4 il əsir qaldıqdan sonra azad edilmişdi. Lakin 4 il əsirlikdə qalması əqli qabiliyyətinə mənfi təsir göstərmişdi. Atası II Vlad vəfat etdikdən sonra hakimiyyət ona həvalə edilmişdi. III Vlad Valaxiya (Şimal - qərbi Rumıniya) voyvodası (şahzadəsi) olmuşdu. Atası və babası kimi "Drakon" ("Əjdaha") ordeninin üzvü olduğuna görə "Drakula" () ləqəbini götürmüşdü. Onun atası 1448-ci ildə öldürülmüşdür və həmin ildən başlayaraq III Vlad Valaxiyaya rəhbərlik etmişdir. Rəvayətə görə, kasıbları yedirtdikdən sonra onları diri-diri yandırarmış. 23.884 min türk və bulqarın həyatına son qoymuşdu. Ölməzlik üçün insanların qanını içərdi. Osmanlı sultanı II Mahmut Paşa söyləmişdi ki, Drakula insanları payalardan keçirərdi. Bu səbəbdən ona "Tsepeş" () ləbəbi verilmişdir. III Vlad Drakula osmanlıların ağalığını qəbul etmiş, guya özünü onlara sadiq göstərmiş, əslində isə türklərə qarşı gizli düşmənçilik siyasəti aparmışdı. 1461-ci ildə o, sultana xərac verməkdən boyun qaçırmış, türk sultanının göndərdiyi elçiləri payaya keçirməklə edam etdirmişdi. Tezliklə Macarlar ilə Osmanlı Türkiyəsi arasında müharibə başladı. Vladın sərkərdəlik bacarığına türklər belə heyran qalmışdı. Türklərlə döyüşdə III Vlad məğlub olaraq, macar kralının sarayına qaçdı. 1462-ci ildə Valaxiya taxtına Vladın kiçik qardaşı – Göyçək Radu çıxarıldı. Vladı isə türklərlə əlbir olmaqda günahlandırıb, zindana atdılar. 10 il həbsdə qalan Vlad Roma papasına müraciət edib katolik dinini qəbul etməyə razı olandan sonra azadlığa buraxıldı. 1475-ci ildə kralın qohumlarından biri ilə evlənərək yenidən Xünyadi sülaləsinin dəstəyini qazanan Vlad üçüncü dəfə, bu dəfə əbədi hakimiyyət ümidi ilə qardaşını devirdi. Ancaq 1 il sonra 1476-cı ildə döyüşlərin birindəМатей Казаку Дракула / Dracula: suivi du capitaine vampire (Переводчик: В. Удовиченко) — М.: Этерна, 2011 г. ISBN 978-5-480-00195-2 III Vlad naməlum şəkildə öldürülür. Onun kəsilmiş başını elə öz silahdaşları tərəfindən İstanbula Fateh Sultan II Mehmedə mükafat əvəzi göndərdilər və kəllə düz bir neçə ay İstanbulda ümumxalq baxışında saxlanıldı.

Maraqlı faktlar Bir dəfə yanına Vlad Tsepeşin türk elçiləri (başqa məlumatlara görə italyan elçiləri) onun hüzuruna gəlirlər. Lakin Tsepeş onların sözlərinə qulaq asmır və sonda onların papaqlarını başlarına mıxlatdırır. III Vlad Tsepeşin şərəfinə Rumıniya öz hücum təyyarəsinin adını "AH01-BO DRACULA" adlandırmışdır. III Vlad əksər hallarda öz şikarını öldürməzdən əvvəl onunla zarafatlaşarmış. Amma bu zarafatlar istehzalı, acı zarafatlar olurmuş. Vlad adamlara işgəncələr verə-verə onlarla zarafatlaşırmış.Onun ən sevdiyi alət isə paya olub.Stefan Andreescu Vlad Tepes (Dracula) intre legenda si adevar istoric. Bucharest, 1976

İstinadlar

Kateqoriya:Buxarestdə vəfat edənlər Kateqoriya:XV əsr katolikləri Kateqoriya:Avropa tarixi Kateqoriya:Roma-Katolik monarxları