thumb|Kovsər surəsi Əl-Kovsər (Kövsər) surəsi — Quranın 108-ci surəsi. Kovsər surəsi Məkkədə nazil olmuşdur və 3 ayədir. Qurandakı ən qısa surədir. Eniş sırasında görə 15-ci olan kövser suresi Adiyat surəsindən sonra, təkasur surəsindən öncə nazil olub.Kevser Suresi. İstifadə tarixi: 21 iyul 2026.

İlk ayətində Kövsərdən danışıldığı üçün bu ad verilmişdir. Kövsər çoxlu xeyir, bərəkət deməkdir və cənnətdə Məhəmməd peyğəmbərə verilən və ona məxsus bir çay, bulaq və ya hovuzun adıdır.Kevser Suresi okunuşu ve anlamı: Kevser Suresi Arapça yazılışı, Türkçe anlamı, meali, tefsiri ve okunuşu. İstifadə tarixi: 21 iyul 2026.

İkinci ayəsində qurban kəsməkdən danışıldığı üçün bəzən nahr surəsi də adlanır.KEVSER SÛRESİ. İstifadə tarixi: 21 iyul 2026.

Surənin mətni Surənin mətni belədir:

Bismillahir-rəhmanir-rəhim

1. (Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər (Cənnətdəki Kövsər irmağını və ya bol nemət, yaxud Quran, peyğəmbərlik) bəxş etdik!

2. Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!

3. (Ya Peyğəmbər! Oğlun Qasim, yaxud İbrahim vəfat etdiyi zaman sənə sonsuz, arxası kəsik, nəsli kəsilmiş deyən) sənin düşməninin (As ibn Vailin) özü sonsuzdur! (Sənin nəslin qiyamətə qədər törəyib artacaq, adın çəkildikdə sənə həmişə salavat deyiləcəkdir!)

Enmə səbəbi Təfsirlərə görə, As ibn Vailin məkkəli müşriklərə və ya Qureyş müşriklərinin Kab ibn Əşrəfə Məhəmməd peyğəmbər haqqında nəsli kəsik deməsindən ötrü kövsər surəsi nazil olub.Kur'an-ı Kerim Meali, Diyanet İşleri Başkanlığı Yayınları, Ankara, 2006. (dipnot)

Həmçinin bax Kövsər çayı

İstinadlar

Xarici keçidlər https://www.qafqazislam.com/index.php?lang=az&sectionid=106&id=278

Kateqoriya:Əlifba sırasına görə surələr Kateqoriya:Məkkə surələri