Güneyməhlə — Azərbaycan Respublikasının Quba rayonunun Rustov kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Güneyməhlə oyk, mür. Çağacıq çayının sahilindədir. Yaşayış məntəqəsi Rustov kəndinin məhəlləsi kimi yaranmış, sonra müstəqil kəndə çevrilmişdir. Oykonim "güneydə yerləşən məhəllə, kənd" mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 351 nəfər əhali yaşayır. Kəndin əhalisini tatlar təşkil edir.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Quba rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti azerbaijanphoto.com saytındakı şəkilləri

İstinadlar

Kateqoriya:Quba rayonunun kəndləri