Yekdar — Azərbaycan Respublikasının Quba rayonunun Rustov kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Yekdar oyk., mür. Rustov çökəkliyindədir. Kəndin adı Rustov kəndinin keçmiş məhəllələrindən birinin adından yaranmışdır. Kəndin əhalisi isə XVII əsrin axırlarında Xızı mahalının Kovxan kəndindən çıxmış ailələr olmuşlar. Məhəllənin əsasını Kəlbi oğlu Süleyman qoymuşdur. Onun adı ilə kənd əhalisi hazırda süleymanlar da adlanır. Oykonim tat dilindəki yek (bir) və dar (böyük ev, yurd) sözlərindən ibarət olub, “bir yurd” deməkdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 182 nəfər əhali yaşayır. Əhalisi tatlardır. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Quba rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Quba rayonunun kəndləri