Zarıslı — Azərbaycan Respublikasının Şuşa rayonunun Zarıslı kənd inzibati ərazi dairəsində kənd.
Coğrafiyası Kənd Şuşa rayonunun mərkəzi hissəsində, 1528 metr yüksəklikdə yerləşir.
Tarixi 19-cu əsrdə Zarisli kəndi xan qızı, Azərbaycan şairəsi Xurşidbanu Natəvana məxsus olmuşdur.
Sovet dövründə kənd Şuşa rayonunun tərkibində idi və bu rayon öz növbəsində Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinə (DQMV) daxil idi.
1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı kənd ərazisi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilərək dağıdılmışdır.
2020-ci il 9–10 noyabr gecəsi imzalanmış üçtərəfli bəyanata əsasən, İkinci Qarabağ müharibəsinin nəticələrinə görə kənd Rusiya sülhməramlılarının nəzarətinə keçmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin 19–20 sentyabr 2023-cü il tarixlərində Qarabağda apardığı hərbi əməliyyatlar nəticəsində kənd Azərbaycanın nəzarətinə qaytarılmışdır.
Əhalisi Erməni işğalından əvvəl kənddə yalnız azərbaycanlı əhali yaşayırdı. Rusiya imperiyası dövründə Zarisli (Zarislu) kəndi Yelizavetpol quberniyasının Şuşa qəzasının tərkibində idi. 1912-ci il "Qafqaz təqvimi"nə görə, kənddə 1139 nəfər yaşayırdı və onların əksəriyyəti təqvimdə "tatar" kimi göstərilən azərbaycanlılardan ibarət idi. 1921-ci il siyahıyaalınmasına əsasən, kənddə 363 nəfər yaşayırdı ki, onların da əksəriyyəti azərbaycanlı olaraq "türk" kimi qeyd edilmişdir. 1986-cı ilin məlumatına görə, kənddə yaşayan 194 nəfərin hamısı azərbaycanlı idi.Азербайджанская Советская Энциклопедия, 1986 İndiki Güloğlular sakinləri və digər Azərbaycan digər əhalisi qaçqın olaraq Azərbaycan bəzi ərazilərdə məskunlaşmışdılar. Güloğlular kəndi Bərdə rayounda yerkəşir. Məskunlaşmış insanlardan kəndin ağsaqqalı rəhmət etmiş Qəribov Süleyman Mikayıl oğludur!
Görməli yerlər Kəndin yaxınlığında Zaris qalasının xarabalıqları yerləşir.
İstinadlar
Həmçinin bax
Buğadaş
Xarici keçidlər
Kateqoriya:Şuşa rayonunun kəndləri