thumb|right|300px|Əkinlə məşğul olan kəndlilər. Təqvim əs-sıhha əsərindən, XV əsr. Orta əsrlər mətbəxi — V əsrdən XVI əsrə qədər Avropa mətbəxinin ərzaq, tərəvəzlərinə, yemək vərdişlərinə və yemək hazırlamaq adətlərinə verilən ümumi ad. Orta əsrlər boyu, qidalanma və yemək hazırlamaq sahəsində, böyük dəyişikliklər baş vermişdir. Bütün dəyişikliklər nəticəsində, müasir Avropa mətbəxi formalaşmışdır.

Bu dövrdə ən çox istifadə olunan çörək məmulatı idi. Yulaf və makaron kimi taxıl məmulatlarından hazırlanan yeməklər isə ikinci dərəcəli yer tuturdu. Ət məmulatlarından, gündəlik şəkildə nisbətən daha yüksək təbəqələr istifadə edirdi. Orta və yuxarı təbəqənin ümumi istifadə, etdiyi tərəvəzlər ən çox istifadə olunanlar arasında idi. Ərzaq və tərəvəzlərdən başqa, şərab, gülab və sirkədən gündəlik şəkildə istifadə olunurdu. Yeməklərə əlavə dad vermək, üçün baldan və şəkər tozundan istifadə edilirdi. Ət məmulatlarından ən çox toyuq və donuz ətlərinə tələbat vardı. Əkinçilik işlərində, iri buynuzlu heyvanların əməyindən istifadə olunduğundan, iri buynuzlu heyvanlar nadir hallarda kəsilirdi. Şimali Avropa əhalisi ətə olan tələbatını morina və ringa balıqlarını ovlamaqla ödəyirdilər. Yeməklərin hazırlanmasında həm şirin həm də acı badamlardan istifadə olunurdu. Badamlar əsasən, əzilərək şorbaların və digər sulu yeməklərin üzərinə səpilirdi. Orucluq aylarında, heyvan südünün əvəzinə badam südü içilirdi.

Orta əsrlərdə, ticarət karvanları bir şəhərdən digərinə bir neçə həftəyə gedirdi. Bu səbəbdən təzə ərzaq əldə etmək uzaq şəhərlərdə yaşayan insanlar üçün daim böyük çətinlik olmuşdur. Bəzi hallarda karvanlarda əhali üçün zəruri olan ərzaq malları yox, yalnız yuxarı təbəqənin ala biləcəyi ətir və ədviyyatlar gətirilirdi. Bu səbəbdən varlı və kasıb təbəqənin mətbəxi, xariçi ədviyyat tacirlərinin təsirinə məruz qalırdı. Orta əsrlərin özünə məxsus cəhətlərindən biridə, aşağı təbəqənin yuxarı təbəqədə olan insanların həyat tərzlərini yamsılamaları idi. Bu yamsılama böyük ölcüdə mətbəx sahəsindədə hiss olunurdu. Aclıq və qıtlıq illərində əhalinin ərzağa olan tələbatı sürətlə artırdı. Bu dövrdə daha çox ərzaqı və ya taxıl ehtiyatı olan şəxslərin cəmiyyətin ən varlı və ən nüfuzlu nümayəndələri hesab olunurdu. Bəzi ərzaqlar baha qiymətə satılırdı və hər şəhərdən əldə etmək olmurdu. Əsasən yuxarı təbəqə üçün nəzərdə tutulmuş, bu ərzaqları kütləvi şəkildə istifadə etmək, sonradan varlananlar (nouveau riche) üçün qadağan edilmişdir. Digər tərəfdən hər bir şəxsin yediyi, ərzağın qiymətinə uyğun həyat tərzi keçirdiyi güman olunurdu. Bir çox hallarda bu səbəbdən, günəmuz işləyən şəxslər eyni yemək yeməli olurdular. Kəndlilərin yeməkləri, iri həcimli olsa da, qiyməti ucuz olurdu, bu səbəbdən kəndlilər tərəfindən istifadə olunan ərzaq bir qayda olaraq insan sağlamlığı üçün təhlükəli idi. Müxtəlif ədviyyatlarla insanları müalicə edən həkimlərdə, hər bir təbəqəyə uyğun dərman preparatları hazırlayırdı. Az tapılan, bahalı ədviyyatlar yuxarı, gündəlik həyatda istifdə olunanlar isə aşağı təbəqəyə verilirdi.

Qidalanma arasındakı vaxt intervalı thumb|200px|right|Berri knyazı Con böyük ziyafət zamanı. Knyaz, kardinalla birliktə böyük stol arxasında əyləşərkən təsvir edilib. Ətrafda çox sayda, xidmətçi qonaqlara müxtəlif mətbəxdən olan yeməklər təklif edir. Diqqəti cəlb edən, knyaz tərəfdə, stolun üzərində gəmi formasıda olan duz qabıdır. (1410-cu illərin ortası)

Orta əsrlərdə, gündüz vaxtlarda, günorta yeməyi və axşamaya yaxın axşam yeməyi olmaqla gündə iki dəfə yemək yeyilirdi. Adət və ənənələrdə, günorta və axşam yeməklərinin vaxtından əvvəl yeyilməsi mənfi qarşılanırdı. Bu səbəbdən dindarlar və kübar cəmiyyətin nümayəndələri, vaxtından əvvəl yemək yeməmək məsələsində daha diqqətli davranırdılar. Səhər yeməyi, işçi sinfindən olan hər bir şəxs tərəfindən gündəlik formada hazırlanır və yeyilirdi. Qadınların, uşaqların, yaşlıların və xəstələrində səhər yeməyi vacib sayılırdı. Kilsə orta ərslərdə, insanları çox yeməkdən qaçınmağı və yeyərkən diqqətli olmağı məsləhət görürdü. Bu məqsədlə müxtəlif dini mərasimlərdə, insanların qədərində yemələri barədə rəvayətlər danışılır və ya nəsihətlər verilirdi. Buna baxmayaraq, dəb-dəbəli ziyafətlər, müxtəlif növlü alkoqollu içkilərin istifadəsi, yeyilməsi məsləhət görülməyən məmulatların yeyilməsi hər bir kübar məsclisində baş verirdi. Kilsə spirtli içkilərin çox içilməsinə qadağa tətbiq etmişdi. İnsanlar spirtli içkinin təsirindən, qumar oyunları, pozğun hərəkətlər, oğurluq kimi kilsə tərəfindən lənətlənən işlərlə məşğul olduğundan kilsə bu qərarının icra edilməsində daim nəzarət edirdi. Gündəlik iş həyatında iş vaxtının müəyyən bir hissəsində nahar saatı olurdu. İşçilər nahat vaxtı nuncheon adlı bir neçə məmulatdan ibarət olan yeməkləri yeyirdilər. Bu tipik işçi yeməyi hesab olunurdu.Henisch 2: Mealtimes

Ədəb qaydaları Orta əsrlərdə, bütün ailə üzvüləri birlikdə yemək yeyirdi. Bura azyaşlı uşaqlar və xidmətçilərdə daxil idi. Gizli şəkildə yemək yemək və ya öz yeməyini kimdənsə gizlədərək, bölüşməmək insanlar arasında ən şərəfsiz hərəkətlərdən bir hesab olunurdu. XIII əsrdə yaşamış ingilis pisixoloqu Linkoln Kontesi adətlərə zidd olduğu üçün qonaq və ya mətbəxdən başqa otaqda yemək yeməyi qadağan etməyi təklif etdi. Təkliflər arasında, gizli şəkildə yemək yeməkdə daxil idi. Kontesi xidmətçilərin ağaların mətbəxindən ərzaq oğurlamağıda qadağan edilməsini təklif edirdi. Varlı insanların mətbəxləri böyük olurdu və burada bir neçə nəfər xidmətçi çalışırdı. Ərzaq məmulatları kisələrdə gətirildiyindən, ev sahibləri üçün hazırlanan ərzaqdan gizlincə oğurlamaq adi hal sayılırdı. Orta ərslərdə təşkil edilən ziyafətlərin hər birinin özünə məxsus ədəb qaydaları vardı. Ədəb qaydaları əsasən, ziyafətin hansı təbəqənin nümayəndəsi tərəfindən verilməsinə bağlı idi. Yuxarı təbəqdən olanların məclisləri bir qayda olaraq kübar şəraitdə keçirdi. Bütün bunlara baxmayaraq, orta əsrlər Avropasında kasıb, orta və yuxarı təbəqənin ədəb qaydaları haqqında məlumatlara tarix mənblələrində az rast gəlinmişdir. Sonrakı dövrlərə nisbətən, ziyafətlərdə orta əsrlərə nisbətən israfçılığın qarşısı xeyli alınmışdır. Yaxın dövrlərdə orta əsrlərdən fərqli olaraq, bir neçə növ ləziz yeməklər, bahalı ədviyyatlar, nadir tapılan kürülər və xüsusui formada hazırlanmış şərablar süfrələrə gətirilmirdi.

Varlı ailələrin ziyafət məclisləri digər təbəqlələrədən köklü şəkildə fərqlənirdi. Qonaqlara, yeməyə başlamazdan əvvəl və yemək fasilələrində əllərini yumaq üçün xüsusi içərsi su dolu qablar verilirdi. Adətlərə əsasən kübar cəmiyyətdə olan qadınlar öz davranışlarına, ədəb qaydalarına daha çox önəm verməlidilər. Bu səbəbdən qadınlar birinci öz aralarında yemək yeyirdilər. Burada ədəb qaydalarının gözlənilməsi, mütləq deyildi. Qadınlar öz aralarında yemək yedikdən sonra, qonaqlara qoşulurdular. Ən bahalı axşam yeməkləri bir qayda olaraq, kişilər tərəfindən təşkil edilirdi. Belə məclislərdədə, əsasən kişilər iştirak edirdililər. Qadınların belə məclislərə aparılması nadir hallarda baş verirdi. Cəmiyyətdə olan müxtəlif təbəqələrin arasında maddi fərqlərin artdıqca, hər bir təbəqənin özünə məxsus ədəb qaydaları formalaşmışdır. thumb|200px|left|Bir qrup səyahətçinin sadə nahar. Nahar çörək və sudan ibarətdir. XIV əsr. Adətlərə əsasən aşağı təbəqə, yuxarı təbəqənin qulluğunda durmalı, gənçlər böyükərə kömək etməli, kişilər qadınların paltarlarına hər hansısa bir ləkə salmamaq üçün diqqətli olmalı və ən əsası qadınlar yemək yeyərkən zərif olmaları tələb olunurdu. İçki qədəhlərini bir-birinə vurmaq və ya qonaqlara içki təklif etmək, ən kübar davranışlardan hesab olunurdu. Yeməyə başlamazdan əvvəl, çörəyi bölmək və qonaqları masaya dəvət etmək ev sahibinin vəzifəsi idi.Adamson, pp. 161–164.

Yeməklər adətən boşqab və kasalarda verilirdi. Qonaqlar ümumi yemək qabından, taxta və ya dəmir qaşıqlarla özlərin və ya yaxınlarına xidmət göstərirdilər. Süfrənin üzərinə bıçaqda qoyulurdu. Ancaq qonaqların özləri ilə bıçaq gətirmələri daha məqbul sayılırdı. Orta əsrlərdə ziyafətlər zamanı, qonaqlar bəzi yemək əşyalarının, xüsusən də bıçağı özləri ilə birlikdə gətiridilər. Məşhur və ya nüfuzlu qonaqlar üçün evdə olan bıçaqlardan istifadə olunurdu. Bəzən bir bıçaqdan bir neçə qonaq faydalana bilərdi. Məşhur şəxslərin yanlarında olan az tanınmış insanlar, nüfuzlu şəxslərin bıçaqlarından istifadə edə bilərdilər. Bunun üçün ilk növbədə nəzakətlə icazə almaq lazım idi. Çəngəl Avropada XV əsrə qədər istifadə edilməmişdir. Yalnız İtaliyada kübar cəmiyyətin nümayəndələri tərəfindən, istifadə edilirdi. İtaliyada çəngəldən istifadə, XIV əsrə qədər mövcud olmamışdır. Bütün təbəqələrdə çəngəldən istifadə edilməsi eyni anda baş vermişdir. Çəngəldən və digər növ dövrünə görə yeni hesab olunan süfrə əşyalarından istifadə edilməsi, Bizans imperiyasının imperatorunun qızı Teodora Dukenin adı ilə bağlıdır. İlk dəfə yeni vasitələrdən XI əsrdə istifadə olunmuşdur. Ostia knyazının xanımı olan Teodora Duken ziyafətlər zamanı şirniyyatlarının yeyilməsində, çəngəldən istifadə etməsi böyük marağa səbəb olmuşdur.Henisch, pp. 185–186.

Yeməklərin hazırlanma qaydaları thumb|150px|right|Ceffri Kruserin Canterbury hekayələri adlı kitabının üz qabığında aşpaz təsvir edilmişdir. Aşbazın sol əlində tutduğu maşaya bənzər alət, orta əsr aşpazları tərəfindən ən çox istifadə, olunan mətbəx əşyalarından biri idi. Avropada yeməklər odda bişirilirdi. Orta əsrlərdə, sobalar mövcud olmadığından, aşpazlar yeməyin yanmaması və tam pişməsi üçün diqqətli olmaları tələb olunurdu. Sobalar XVIII əsrdə kəşf edildi, sobaların kəşfindən sonra aşpazların yemək pişirmə işləri nisbətən yüngülləşdi və təkminləşdi. Sobalar yeni ixtira ediləndə, bir neçə malikanədə vardı. Bu səbədən sobadan istifadə etmək, kübarlıq göstəricisi sayılırdı. İlk vaxtlar sobaların böyük çətinliklə hazırlanması və geniş yayılmaması səbəbindən sobalarda yeməklərin hazırlanması azlıq təşkil edirdi. Avropada orta əsrlərdə, yemək oçağının qonşular tərəfindən birlikdə istifadə edilməsi, geniş yayılmışdı və bu əbədi dostluğun bir nümunəsi kimi təqdim olunurdu. XIX əsrin əvvəllərində daşınması mümkün olan kiçik ölcülü sobalar yaradıldı. Belə sobaların içərsinə odun və kömür atılması üçün kiçik qazanxanaları olurdu. Daşına bilən sobalarla küçələrdə təzə çörək bişirilib satılırdı. Evlərdə yeməklər, dərin formalı qablarda, sobaların üzərində pişirilirdi. Qablar əsasən gildən hazırlanırdı. Belə qablar istini uzun müddət saxlamağa və yeməyi tez pişirməyə malik idi. Gil qablardan sulu yemək hazırlananda, mis qablardan fərqli olaraq, qabın dibində olan sulu hissəsi, ailə üzvüləri tərəfindən şorba kimi içilirdi.Adamson, 2: Food Preparation Bu dövrə aid bir çox sübutlar hazırlanan yeməklərin çox yağlı olduğunu göstərmişdir. Ancaq gündəlik şəkildə yeməyə olan böyük tələbat və köklüyün zənginlik hesab olunması, səbəbindən yağlı yeməklərin hazırlanması davam etmişdir. Bu dövrdə yalnız orta və aşağı təbəqədən olan insanlar, xəstələr və dindarlar fiziki baxımdan arıq bədənə sahib olurdular.Dembinska, p. 143.

Meyvələr, ət, balıq və yumurta kimi məmulatlar, yeməklərin hazırlanmasıda əsas yer tuturdu. Tart de brymlent adlı yeməyin hazırlanmasında əncir, üzüm, alma, armud, ərik və somon balığından istifadə edilirdi. Bu yemək tez hazırlandığından gündəlik formada pişirilirdi.Scully, p. 113. Yeməklər pişirilərkən, ərzaqlardan qədərində istifadə olunmasına xüsusi diqqət yetirilirdi. Ədviyyatların və duzun miqdarının normada olduğunu yoxlamaq üçün aşpazlar tez-tez yeməyin dadına baxırdılar. Balığın təzəsi və ədviyyat vurulmuşu, ətin qırmızısı və parıldayanına üstünlük verilirdi. Donuz əti sobada bişirilidiyindən, ətin tam qurumaması üçün müntəzəm şəkildə çevrilirdi.Scully. pp. 44–46. Bu dövrə aid bəzi yemək reseptlərində, müxtəlif növ ərzaqların bir-birini əvəzlədiyi görünür. Məsələn Adi heyva yerinə kələmdən istifadə edilməyə başlanılmışdır.Scully, p. 70.

Orta əsr mətbəxi