Boluda səhər açılır.|thumb|upright=1.14 Bolu — Türkiyənin şimal-qərbində, Ankara ilə İstanbul arasında vilayət.Bolu Vilayətin paytaxtı Bolu şəhəridir.
Tarixi E.ə. VIII-ci əsrdən sonra qərbdən gələn Vifiniyalılar bu bölgədə məskunlaşmışdılar.
Makedoniyalı İskəndərin ölümündən sonra Bolu bölgəsində müstəqil Vifiniya krallığı quruldu.
Roma dövründə Vifinium kimi tanınan şəhər, İmperator Klavdinin dövründə Klaudiopolis, eramızın II-ci əsrinin əvvəllərində Hadrianopolis adlandırılmışdır.
Roma dövründə əhəmiyyəti artan Bizans hakimiyyəti altında olarkən əlverişli yerləşməsi sayəsində VII-VIII-ci əsrlərdə ərəb basqınlarına məruz qalmışdır. XI-ci əsrdən sonra bölgə Bizanslılarla Anadolu səlcuqları arasında bölünüb, XIII-cü əsrdə Anadolu Səlcuqlarına, daha sonra Elxanilərə keçdi. Osman Qazinin dövründə (1299–1324) Osmanlı ərazisinə qatılaraq mərkəzə çevrilmişdir. I Süleymanın dövründə Bolu inzibati və hərbi əhəmiyyət qazanmış və yeni islahatlar Bolunun idarəçiliyinə təsir etmişdir. 1811–1864-cü illərdə yenidən müstəqil sancaq oldu. Kütahyada Anadolu Bəyliyinə tabe olan 14 sancaq (vilayət) mərkəzindən biri idi. Tənzimat islahatlarından sonra Kastamonuya birləşdirildi. Birinci Dünya müharibəsindən sonra düşmən işğalına məruz qalmasa da, maddi ziyana uğradı. Cümhuriyyət dövründə vilayətə çevrildi.
Coğrafiyası Bolu qərbdən Düzce və Sakarya, cənub-qərbdən Biləcik və Əskişəhər, cənubdan Ankara, şərqdən Çankırı, şimaldan Zonguldak və şimal-şərqdən Karabük ilə həmsərhəddir. Bolu şəhər mərkəzinə nisbətən şərqdə Dörtdivan, Yeniçağa və Gərədə rayonları, Məngən şimal-şərqdə; Cənub-qərbdə Göynük və Mudurnu; cənubda isə Seben və Kıbrısçıkla sərhəddir.
Türkiyənin ümumi ərazisinin 1,015%-ni əhatə edən vilayət, 8,458 km² ərazisi ilə Qərbi Qara dəniz bölgəsində yerləşir. Əhalisi 2024-cü ilə görə 326.409 nəfərdir. Əyalət torpaqlarının təxminən 18%-ı kənd təsərrüfatı sahələrindən ibarətdir. Meşə sahələri Türkiyə meşələrinin 64%-nı, ümumi meşələrin 2,55%-ni təşkil edir. Çəmənliklər və otlaqlar təxminən 15%-nı əhatə edir. Qalan 8%-i isə kənd təsərrüfatına aid olmayan torpaqlardır.
İdarəetməsi Valiliklərdə protokolda birinci yerdə olan vali (qubernator) mərkəzi hökuməti təmsil edir və Prezident tərəfindən təyin olunur. Bələdiyyə sədri seçkilərində Majoritar seçki sistemi tətbiq edilir.
İl Bələdiyyəsi qərar qəbul edən orqanıdır və öz üzvləri arasından gizli səsvermə yolu ilə sədri və beş nəfərdən ibarət icraiyyə komitəsinin üzvlərini seçir.Özel İdareİL ÖZEL İDARESİ KANUNU Mərkəzi hökumət vali (qubernator) və əyalət müdirlərindən ibarətdir.
Əhalisi Türkiyə Statistika Təşkilatının məlumatına görə, 9 fevral 2026-cı il üçün məlumat:Merkezi dağıtım sistemi
Bolu vilayətinin əhalisi 327 173 nəfərdir. Bu əhalinin 76,32%-i şəhərlərdə yaşayır (2025-ci ilin sonu). Vilayətin sahəsi 8,313 km²-dir. Vilayətdə hər km²-ə 39 nəfər düşür (mərkəzi rayonda bu rəqəm 138 nəfərdir). Əyalətdə əhalinin illik artım tempi 0,23% təşkil edir. Əhali artımının ən yüksək və ən aşağı olduğu rayonlar bunlardır: Kıbrıscık (34,63%) və Seben (-3,61%).
TÜİK-in (Türkiyə Statistika Təşkilatı) 9 fevral 2026-cı il tarixinə olan məlumatına görə, bu bələdiyyələrin tərkibində 9 rayon, 12 bələdiyyə, 95 məhəllə və mərkəz mahal daxil olmaqla 486 kənd var. 2025-ci ilin sonu üçün Bolu vilayəti və rayonlarının yaşayış məntəqələri və əhalisi haqqında statistik məlumatlar.İlçəƏhali 2024Əhali 2025FərqƏhali Artımı %Bələdiyə SayıMəhəllə SayıKənd SayıKənd ƏhaliŞəhər əhaliŞəhərdə oturan %sahəsi km2| km2'yeadam sayına görə|- |Dörtdivan | align="right" |6.407 | align="right" |6.214 | align="right" | −193 | align="right" | −3,01 | align="right" |1 | align="right" |8 | align="right" |24 | align="right" |3.683 | align="right" |2.531 | align="right" |40,73 | align="right" |634 | align="right" |10 |- |Gərədə | align="right" |36.927 | align="right" |37.196 | align="right" |269 | align="right" |0,73 | align="right" |1 | align="right" |8 | align="right" |92 | align="right" |10.544 | align="right" |26.652 | align="right" |71,65 | align="right" |1060 | align="right" |35 |- |Göynük | align="right" |14.412 | align="right" |14.257 | align="right" | −155 | align="right" | −1,08 | align="right" |1 | align="right" |6 | align="right" |66 | align="right" |9.874 | align="right" |4.383 | align="right" |30,74 | align="right" |1407 | align="right" |10 |- |Kıbrıscık | align="right" |2.810 | align="right" |3.783 | align="right" |973 | align="right" |34,63| align="right" |1 | align="right" |2 | align="right" |22 | align="right" |1.543 | align="right" |2.240 | align="right" |59,21 | align="right" |562 | align="right" |7 |- |Məngən | align="right" |13.964 | align="right" |14.152 | align="right" |188 | align="right" |1,35 | align="right" |2 | align="right" |8 | align="right" |56 | align="right" |6.365 | align="right" |7.787 | align="right" |55,02 | align="right" |874 | align="right" |16 |- |Mərkəz | align="right" |222.340 | align="right" |222.589| align="right" |249 | align="right" |0,11 | align="right" |2 | align="right" |45 | align="right" |111 | align="right" |30.427 | align="right" |192.162 | align="right" |86,33 | align="right" |1616 | align="right" |138|- |Mudurnu | align="right" |18.360 | align="right" |18.101 | align="right" | −259 | align="right" | −1,41 | align="right" |2 | align="right" |13 | align="right" |70 | align="right" |10.544 | align="right" |7.557 | align="right" |41,75 | align="right" |1314 | align="right" |14 |- |Seben | align="right" |4.604 | align="right" |4.438 | align="right" | −166 | align="right" |-3,61| align="right" |1 | align="right" |2 | align="right" |29 | align="right" |2.241 | align="right" |2.197 | align="right" |49,50 | align="right" |683 | align="right" |6 |- |Yeniçağa | align="right" |6.585 | align="right" |6.443 | align="right" | −142 | align="right" | −2,16 | align="right" |1 | align="right" |3 | align="right" |16 | align="right" |2.250 | align="right" |4.193 | align="right" |65,08 | align="right" |163 | align="right" |40 |- |-bgcolor="#AFEEEE" |Bolu| align="right" |326.409| align="right" |327.173| align="right" |764| align="right" |0,23| align="right" |12| align="right" |95| align="right" |486| align="right" |77.471| align="right" |249.702| align="right" |76,32| align="right" |8313| align="right" |39'''
Xüsusi ğünləri və tədbirləri
İzzət Baysal Şükran Günləri İzzət Baysal Şükran Günləri hər il may ayının ikinci həftəsində Bolu Qubernatorluğu, Bolu Bələdiyyəsi və Abant İzzət Baysal Universitetinin əməkdaşlığı ilə müxtəlif vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə təşkil edilən bir həftəlik tədbirdir. Bolulular tərəfindən "Bolu atası" adı ilə təltif edilən mərhum İzzət Baysal bu günlərdə keçirilən müxtəlif sənət və mədəniyyət tədbirləri ilə anılır.
Aşpazlıq və Turizm festivalı Aşpazlıq və Turizm festivalı hər il iyun ayında keçirilir. Festival çərçivəsində müxtəlif tədbirlər keçirilir.
Köroğlu yaylası festivalları Dörtdivan Köroğlu yaylası festivalları hər il iyul ayında Dörtdivana aid bir yaylada təşkil edilir, müxtəlif yarışlar, xalq oyunları nümayişləri, güləş yarışları, konsertlər kimi müxtəlif tədbirlər keçirilir.
Atatürkün Boluya gəlişi Atatürkün Boluya gəlişi 17 iyul 1934-cü ildən etibarən hər il iyulun 17-də müxtəlif sənət, mədəniyyət və idman tədbirləri ilə qeyd olunur.Atatürk ve Bolu
İdman Boluda futbol, basketbol, voleybol, həndbol kimi müxtəlif sahələrdə fəaliyyət göstərən idman komandaları var.Türkiye Futbol Federasyonu
Boluda yerli media
Bolu yerli televiziya kanalı Koroğlu TV
Bolu yerli radio kanalları Yankı FM (91.0) Koroğlu FM (93.7) Bolu Polis Radiosu (97.1) Radio 14 (92.3) Radio Uni14 (96.1)
Boluda çıxan qəzetlər Bolu qəzeti Bolu Koroğlu qəzeti Bolu Ekspres qəzeti Bolu Gündəm qəzeti Bolu Olay qəzeti Bolu Takip qəzeti Bolunun səsi qəzeti Gərədə xəbər qəzeti Gərədə MedyaTakip qəzeti Sonsöz bölgə qəzeti Gərədə qəzeti Mudurnu qəzeti
İstinadlar
Xarici keçidlər Bolu Valiliği Bolu Belediyesi
Kateqoriya:Türkiyə şəhərləri Kateqoriya:İllərinə görə Türkiyə şəhərləri Kateqoriya:Türkiyənin tarixi vilayətləri