349x349px|thumb|right|1886-cı ildə alman kartoqrafı Qustav Droysenin tarix atlasında buraxılan "Xilafət dövləti 945-ci ilədək" xəritəsi. Xəritənin yuxarı küncündə Arran bölgəsinin adı qeyd olunub. Arran və ya Aran — antik dövr və orta əsrlərdə Cənubi Qafqazın bütün şərq hissəsini, sonralar isə tədricən yalnız Kür və Araz çaylarının qovuşduğu ərazini, Qarabağ (dağlıq hissəsi də daxil olmaqla), Mil düzü və Muğan düzünün bir hissəsini əhatə etmiş tarixi-coğrafi bölgə. Eramızın XV əsrinə qədər Arran adı geniş yayılmamışdı, çünki ərazi Azərbaycan tərəfindən mənimsənilmişdi. Monqol istilasından sonra islamlaşma və türkləşmə prosesi sürətləndi. Çaylar arasındakı torpaq Qarabağ adlandırılmağa başladı. Kanalların tikintisi və təmiri ilə məşğul olan Teymurun fəthlərindən sonra Arran yalnız bir xatirə kimi görünür və onun işləri Azərbaycan tarixinin bir hissəsidir.
Keçmişdə Arran adlanan ərazinin çox hissəsi hazırda Azərbaycan Respublikası ərazisinin bir hissəsidir.
Müasir dövrdə Azərbaycan Respublikasında 7 iyul 2021-ciilədək bu bölgənin adını daşıyan Aran iqtisadi rayonu mövcud idi. Onun ərazisinə Mingəçevir və Şirvan (keçmiş Əli-Bayramlı) şəhərləri, habelə Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Yevlax və Zərdab rayonları daxil idi.
7 iyul 2021-ci ildə isə qeyd olunmuş iqtisadi rayonun yerinə Mərkəzi Aran iqtisadi rayonu yaradıldı. Bu iqtisadi rayonun ərazisinə Mingəçevir şəhəri, habelə Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları daxildir. Keçmiş Aran iqtisadi rayonunun tərkibində olan Ağcabədi və Bərdə rayonları keçmiş Yuxarı Qarabağ iqtisadi rayonunun yerinə yaradılmış Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edildilər. Bundan əlavə, Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarının ərazisində yeni Mil–Muğan iqtisadi rayonu, Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonlarının ərazisində isə yeni Şirvan–Salyan iqtisadi rayonu yaradıldı.
Etimologiyası Bəzi rəvayət və qədim tarixi mənbələr (Musa Kalankatlı) Arran sözünün Qafqaz Albaniyasının banisi Arranın adından götürüldüyü qeyd edilir. Bəzi rəvayətlərə görə bu şəxs Nuh peyğəmbərin oğlu Yafət olmuşdur. Arrandan keçən Araz çayı hələ qədim zamanlardan antik dövr coğrafiyaçılarına bəlli olmuş və qədim yunan coğrafiyaçıları Araz çayını Arakses kimi xatırlamışlar.
Britaniyalı tarixçi və şərqşünas Klifford Edmund Bosvort (Clifford Edmund Bosworth) Arran əhalisini yunanların "alban", gürcülərin isə "rani" adlandırmasını, sonralar isə bu adın ərəb dilində ər-Ran şəklinə düşməsini qeyd edir.
Tarixi coğrafiyası Arran bölgəsinin tarixi coğrafiyasına dair müxtəlif ilkin mənbələr və rəsmi sənədlər mövcuddur.
Bölgənin coğrafi sərhədləri tarix boyu dəyişmişdir. Arran ərazisi bir müddət müasir Azərbaycan Respublikası ərazisinin yarısından çoxunu və Dağıstanın cənub bölgələrini əhatə etmiş, sonralar isə kəskin kiçilərək, bütövlükdə Kür çayının Araz çayına qədərki sağ sahilini əhatə etmişdir, çayın sol sahili isə tədricən Şirvan adı ilə tanınmış və Şirvanşahlar dövləti tərəfindən idarə olunmuşdur. Orta əsr ərəb tarixçi, səyyah və coğrafiyaçıları Arran və onun Bərdə, Beyləqan və Gəncə kimi bəzi böyük şəhərləri haqqında ümumi məlumat vermişdir.
11-ci əsrdən etibarən, ərazisi tədricən yalnız Kür çayının Araz çayına qədərki sağ sahiliylə məhdudlaşan Arran bölgəsi iqtisadi-strateji qüdrəti və əhəmiyyətini itirməyə başlayır. Nəticədə "Arran" adı tarixi mənbələrdə daha nadir hallarda işlənməyə başlayır, və bu ad Kür çayının sağ sahili üçün bir coğrafi ad olaraq 13-14-cü əsrlərdən başlayaraq get-gedə "Qarabağ" adıyla əvəz olunmağa başlayır.
Erkən islam dövrü və Ərəb xilafəti dövrü Hazırkı Azərbaycan ərazisi və ətraf bölgələr 642-ci (hicri 22-ci) ildə Ərəb xilafəti ordusu tərəfindən fəth edildi. Ərəb hakimiyyəti dövründə üç tarixi-coğrafi ərazi – Azərbaycan, Arran və Ərməniyyə bir inzibati vahidə birləşdirilərək idarə olunmuş, sonrakı dövrlərin ərəb coğrafiyaçıları isə bu səbəbdən bu inzibati vahidi və onun bütövlükdə əhatə etdiyi bölgəni bəzən "əl-Cərbi", bəzən "ər-Rihab", bəzən "Ərməniyyə", bəzən də "Azərbaycan" adlandırırdılar.
Ərəblərin hakimiyyəti dövründə müəyyən bir inzibati bölgü mövcud idi. Xilafət dövründə ölkə vilayətlərə, vilayət quralara, qura (kura) nahiyələrə, nahiyə isə rustaqlara bölünürdü. Rustaqlar bir neçə kənddən və mülklərdən ibarət bir inzibati bölgü təşkil edirdi. Hər rustaqın tərkibində bir neçə qəryə (kənd) və ziya (mülk) var idi.
Əl-İstəxrinin "Kitab əl-məsalik vəl-məmalik" əsəri 10-cu əsr coğrafiyaçısı əl-İstəxri 930–933-cü illər arası yazdığı "Kitab əl-məsalik vəl-məmalik" əsərində qeyd edir:
فأما أرمينية والران وأذربيجان فإن جمعناها فى صورة واحدة ، وجعلناها إقليما واحدا ، والذي يحيط بها مما يلى المشرق الجبال والديلم وغربى بحر الخزر ، والذي يحيط بها مما يلى المغرب حدود الأرمن واللان وشىء من حد الجزيرة ، والذي يحيط بها مما يلى الشمال اللّان وجبال القبق ، والذي يحيط بها مما يلى الجنوب حدود العراق وشىء من حدود الجزيرة.
فأما أذربيجان فإن أكبر مدينة بها أردبيلMəsalik əlməmalik , İstəxəri, Lidən şəhəri, 1870-inci il (Miladi), S 236–237
Tərcüməsi:"Biz Ərməniyyə, Arran və Azərbaycanı xəritədə birləşdirir və ona bir iqlim (ərazi) kimi baxırıq. Buraları əhatə edən yerlər: şərqdən – Cibal və Deyləm, habelə Xəzər dənizinin qərb hissəsi; qərbdən – Ərmən hüdudu, Alanlar hüdudu və Cəzirə ərazisinin bir hissəsi; şimaldan – Alanlar və Kəbk (Qafqaz) dağları; cənubdan – İraq hüdudu və Cəzirə hüdudunun (şərq) hissəsidir.
Azərbaycana gəlincə, onun ən böyük şəhəri Ərdəbildir.Burada ərəbdilli mətndə istifadə olunan "iqlim" (إِقْلِيم) sözü, mənşəcə yunan dilindəki "klíma" (κλίμα) sözündən gəlir, və müsəlman şərqinin orta əsr kosmoqrafiya elmində işlənən bir coğrafi bölgünü əks etdirir. Həmin dövrün təsəvvürlərinə görə, Yer kürəsi yeddi qurşağa (iqlimə) bölünürdü: birinci iqlim təqribən Hind-Çin və Hindistan yarımadalarının cənubundan başlanır, yeddinci iqlim isə şimal qütbü qurşağına yaxınlaşmaqla indiki İrlandiya (əl-İrland) adasından keçirdi. Bu bölgü üzrə Azərbaycan torpaqları dördüncü və beşinci iqlimlərdə yerləşirdi. Dördüncü iqlim gündüzlə gecə bərabərləşdikdə, günorta çağı kölgənin uzunluğu 4 qədəm, 3/5 qədəm və 1/5 qədəmin 1/3 hissəsi qədər olduğu yerdə başlanır; qurtarması isə yenə gündüzlə gecə bərabərləşdikdə, günorta çağı kölgənin uzunluğu 5 qədəm, 3/5 qədəm və 1/5 qədəmin 1/3 hissəsi ölçüdə olan yerdə başa çatır.
Əl-İstəxri əsərinin digər yerində Azərbaycan və Arran sərhədlərinə yenidən toxunur:
وحدّ الرّان من باب الأبواب إلى تفليس إلى قرب نهر الرسّ مكان يعرف بحجيران ، وأذربيجان حدها حتى ينتهى إلى ظهر الطّرم إلى حدّ زنجان إلى ظهر الدّينور ، ثم يدور إلى ظهر حلوان وشهرزور حتى ينتهى إلى قرب دجلة ، ثم يطوف على حدود أرمينية ، وقد بيّنا حدّ أرمينية قبل هذا.
Tərcüməsi:Və Arranın həddi Bab əl-Əbvabdan Tiflisədək və Araz çayı yaxınlığında Həciran (yəni Naxçıvan) adı ilə məşhur olan məkanadək uzanır, və Azərbaycanın sərhədləri Tarım və Zəncanın son həddinə çatan dağ silsiləsidir. Sonra bu silsilə Dinəvərin son hüduduna çatır, sonra Hülvan və Şəhrizorun o tərəfinədək uzanır, nəhayət, Dəcləyə yaxınlaşır, sonra isə Ərməniyyə hüdudlarını əhatə edir."
İbn Hövqəlin "Kitab Surət əl-ard" (Kitab əl-məsalik vəl-məmalik) əsəri thumb|350x350px|İbn Hövqəlin 10-cu əsrdə çəkdiyi və "Kitab Surət əl-ard" əsərinə daxil etdiyi bir xəritə. Xəritədə Xəzər dənizi və ətrafı təsvir edilib. Azərbaycanın sərhədləri Xəzər dənizinin boyunca əl-Bab (yəni Dərbənd)(الباب) şəhərindən Muğan (موقان) bölgəsinədək uzanır, və Araz (نهر الرس) və Kür (نهر الكر) çayları Azərbaycan sərhədləri içində verilir. thumb|264x264px|İbn Hövqəlin 10-cu əsrdə çəkdiyi xəritə. Xəritədə (burada xəritənin göy rənglə işarələnmiş hissəsində) Azərbaycan və Arran ərazilərinin adları ("Azərbican vərran" yazılışında)(اذربيجان والران) bir yerdə, yanaşı olaraq çəkilir. thumb|264x264px|İbn Hövqəlin 10-cu əsrdə çəkdiyi xəritənin ingiliscəyə tərcüməsi. Azərbaycan və Arranın adları ingiliscə "Adharbayjan & Arran" şəklində verilib. 10-cu əsrdə yaşamış, Azərbaycanın hər tərəfini gəzib onun xəritəsini tərtib edən tarixçi İbn Hövqəl, İstəxrinin dediklərini tamamlayaraq, Azərbaycan, Arran və Ərməniyyənin ümumi xəritəsini yaratmış və bunu "Surət Ərməniyyə və Azərbaycan vər-Ran", yəni "Ərməniyyə, Azərbaycan və Arranın surəti (burada xəritəsi)" adlandırmışdır. O, bir digər xəritəsində Xəzər dənizi və ətrafını da təsvir edərək, bütün sahil ərazisini Dərbəndədək Azərbaycan adlandırmışdır.
İbn Hövqəlin "Kitab Surət əl-ard" (bu əsər də həmçinin "Kitab əl-məsalik vəl-məmalik" adıyla tanınır) əsərində bu sətirləri oxuyuruq:فلنرجع الان الي حد بلد الروم غرباً فنصف اقاليمها الي آخر الاسلام في حد المشرق و الذي نبتدا به ارمينيه و الران و اذربيجان و قد جعلنا هذا اقليماً واحدا لانه لا يملكه الا ملك واحد فيما شاهدته في عمري و من تقدمني كابن ابي الساج و مفلح غلامه وديسم بن سادلوبه و امرزبان بن محمد المعروف باسلارأنفا وسالفا لمثل الفضل بن يحيى وعبد الله بن مالك الخزاعي وغيرهما.
والذي يحيط به مما يلي المشرق الجبال و الديلم و غربي بحر الخزر والذي يحيط به مما يلي المغرب حدود الارمن واللان وشي من حذ الجزيره والذي يحيط به من جهه الشمال اللان وجبال القبق والذي يحيط به من الجنوب حدود العراق و شي من حدود الجزيرهKitab əl-məsalik vəl-məmalik , Əbülqasım İbn Havqəl, Layden şəhəri, 1872 inci il. S 236–237
Tərcüməsi:"İndi qərbə, Rum sərhədlərinə tərəf dönüb, onun şərq hüdudlarında, islamın ən uzaq hədlərində olan vilayətləri təsvir edək. [Haqqında] yazmağa başlayacağımız ilk ölkələr Ərməniyyə, Arran və Azərbaycandır. Bu ölkələri biz bir iqlim (ərazi) hesab etmişik, və onlar həqiqətən də tək hökmdar tərəfindən idarə edilir, hansına ki özüm öz həyatımda şahid olmuşam, və həmçinin məndən əvvəl gələnlər [də şahid olublar]. Belə hökmdarlar [bunlar idi]: İbn əbil-Sac və onun qulu Müflix, Dəysəm bin Şazələvəyh, əl-Mərzuban bin Məhəmməd, hansına ki əs-Sallar deyirlər, və ən əsası əl-Fəzl bin Yəhya və Abdulla bin Malik əl-Xuzai və başqaları.
Buraları əhatə edən yerlər: şərqdən – Cibal və Deyləm, habelə Xəzər dənizinin qərb hissəsi; qərbdən – Ərmən hüdudu, Alanlar hüdudu və Cəzirə ərazisinin bir hissəsi; şimaldan – Alanlar və Kəbk (Qafqaz) dağları; cənubdan – İraq hüdudu və Cəzirə hüdudunun (şərq) hissəsidir.İbn Hövqəl öz əsərində Arran, Azərbaycan və Ərməniyyədən həm ayrı-ayrılıqda bəhs edir, həm də bəzən bu bölgələri bildirmək üçün sadəcə "Azərbaycan" adından istifadə edir:
ثمّ تلوتها بصورة اذربيجان وشكّلت ما فيها من الجبال والطرق والأنهار العذبة كالرسّ والكر الى أن رسمت بحيرة خلاط وبحيرة كبوذان وكلتاهما غير متّصلتين بشيء من البحار وأثبتّ فيها جبل القبق
Tərcüməsi:"Sonra Azərbaycanın xəritəsini dərc etdim. Oradakı dağları, yolları, Kür və Araz kimi şirin sulu çayları, həmçinin Xilat (Van) və Kəbuzan (Urmiya) göllərini də təsvir etdim. Bu göllərin hər ikisi heç bir dəniz ilə birləşmir. Elə orada mən Qabq (Qafqaz) dağını göstərdim."Müəllif “Xəzər dənizi” adlı paraqrafda da Arran ərazisini Azərbaycanın tərkibində göstərir:
وكتب موازيا لساحل البحر الأعلى الغزيه ثمّ يلى ذلك موازيا للساحل الخزر ثمّ اذربيجان ثمّ الجيل ثمّ طبرستان
Tərcüməsi:"Dənizin yuxarı hissəsində sahilboyu "əl-Quziyyə" yazılmışdır, onun ardınca isə sahilboyu əl-Xəzər, Azərbaycan, Cil, Təbəristan gəlir."İbn Hövqəl əsərinin bir digər yerində dəqiqlik gətirərək, Arranın Dərbənddən Tiflisədək uzandığını və Azərbaycana tabe olduğunu qeyd edir:
وبنواحى ورثان وبرذعه وجزيرتى باب الأبواب اللتين فى وسط بحيرة الخزر فوّة غزيرة كثيرة فائقة فى الجودة تحمل فى بحيرة الخزر الى جرجان ويقصد بها بلاد الهند على الظهر وهذه الفوّة فى جميع بلد الران من حدّ باب الأبواب الى تفليس وقرب نهر الرسّ الى نواحى خزران وهى مملكة تحت يد صاحب اذربيجان فى جبال تتّصل بجبال الطرم المتّصلة من غربىّ بحر الخزر بجبال الرىّ وطبرستان وجرجان الى نيسابور