İki yoldaş — Rejissor Aleksandr Makovskinin filmi.
Məzmun Film uşaqlara həsr olunmuşdur. Kinoplakatda Petka və Artyuşa adlı iki dost haqqında söhbət gedir. Valideynləri bu uşaqları düşərgəyə buraxmırlar. Onlar günlərini şəhərin küçələrində keçirərək həyatlarını təhlükə altında qoyurlar.
Haqqında Film Rusiya Dövlət Kino Arxiv Fondunda idi. 2011-ci ildə Azərbaycan Film Fonduna göndərilmişdir.“İki yoldaş” Azərbaycan Film Fonduna göndərilib: Adıçəkilən uşaq filmi indiyə kimi Rusiya Dövlət Kino Arxiv Fondunda idi //Azərbaycan.- 2011.- 9 yanvar.- S. 4.
Filmin heyəti
Filmin üzərində işləyənlər Ssenari müəllifi: Anna Yan Quruluşçu rejissor: Aleksandr Makovski Quruluşçu operator: İvan Manakov Quruluşçu rəssam: G.Əliyev Operator assistenti: Leonid Koretski
İstinadlar
Mənbə Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.- səh. 120. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 32.
Kateqoriya:1934-cü ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı bədii filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Macəra filmləri Kateqoriya:Uşaq filmləri Kateqoriya:Səssiz filmlər Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:Azərbaycanfilm Kateqoriya:Dostluq haqqında filmlər