Axtarış həvəsi qısametrajlı sənədli televiziya filmi rejissor Teymur Bəkirzadə tərəfindən 1970-ci ildə çəkilmişdir. Film Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Tahir Salahovun yaradıcılığına həsr olunmuşdur.

Məzmun Film Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Tahir Salahovun yaradıcılığına həsr olunmuşdur. Filmdə onun bəzi əsərlərinin yaranma tarixindən, sənətkarın öz qəhrəmanları ilə görüşməsindən, xarici ölkələrdə olmasından bəhs edilir. Tahir Salahov həyatla sıx bağlı olan sənətkarlarımızdan biridir. O, ölkəmizdə baş verən ictimai hadisələri dərindən təhlil edərək, fəlsəfi fikirləri bədii surətlər vasitəsilə öz əsərlərində əks etdirir. T.Salahov, əsl mənada böyük sənətkar olduğu üçün əsərlərinin mövzusunu xalqımızın qaynar həyatında axtarır, böyük axtarış ehtirasları ilə yaşayır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.125

Filmin üzərində işləyənlər Ssenari müəllifi: Hacı Hacıyev Rejissor: Teymur Bəkirzadə Operator: A. Ohanov Bəstəkar: Aqşin Əlizadə

İstinadlar

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1970-ci ilin Azərbaycan filmləri 1970-ci illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:1970-ci ilin filmləri Kateqoriya:1970-ci ilin Azərbaycan filmləri Kateqoriya:Teymur Bəkirzadənin filmləri