Ata qısametrajlı sənədli filmi rejissor Ayaz Salayev tərəfindən 1988-ci ildə çəkilmişdir. Film "Debüt" Yaradıcılıq Birliyində istehsal edilmişdir. Filmdə görkəmli maarifçi və xeyriyyəçi, Bakı milyonçusu, kapitalist Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımın acınacaqlı taleyi fonunda keçmişimizə nəzər salınır, ədalətin qələbəsinə, haqqın zəfər çalacağına inam motivləri əks etdirilir.

Məzmun Publisistik araşdırmalar üzərində qurulmuş film bədii və sənədli kinonun sintezindən ibarət olan, bu günümüzlə səsləşən ekran əsəridir. Filmdə görkəmli maarifçi və xeyriyyəçi, Bakı milyonçusu, kapitalist Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımın acınacaqlı taleyi fonunda keçmişimizə nəzər salınır, ədalətin qələbəsinə, haqqın zəfər çalacağına inam motivləri əks etdirilir.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh. 264

Kinolentdə atasının maarifçilik fəaliyyəti ilə bağlı söhbətlər qızının xatirələri əsasında qurulmuşdur.

Festival və mükafatlar 1991-ci ildə Bakıda Azərbaycan filmlərinin I festival-müsabiqəsində film ən yaxşı debütə görə mükafat və prizə layiq görülmüşdür. 1992-ci ildə film kinorejissor Arif Babayev adına Respublika "Bilik" Maarifçilik Cəmiyyətinin Diplomuna layiq görülmüşdür.

Filmin üzərində işləyənlər Ssenari müəllifi: Ayaz Salayev Rejissor: Ayaz Salayev Operator: Yuri Varnovski

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 320–321.

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1988-ci ilin Azərbaycan filmləri 1980-ci illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:1988-ci ilin filmləri Kateqoriya:1988-ci ilin Azərbaycan filmləri Kateqoriya:Hacı Zeynalabdin Tağıyev haqqında filmlər