Azərbaycan aşıqları filmi rejissor Niyazi Bədəlov tərəfindən 1938-ci ildə çəkilmişdir. Azərfilmdə istehsal edilmişdir. Film Azərbaycan aşıqlarının I qurultayına həsr olunmuşdur.

Məzmun Film Azərbaycan aşıqlarının I qurultayına həsr olunmuşdur. Burada qurulayın açılışı və işi öz əksini tapmışdır. Tanınmış aşıqlardan aşıq Mirzə, aşıq İbrahim, aşıq Əli və Gəncə aşıqlar xorunun çıxışları, bəstəkar Üzeyir Hacıbəyov və müğənni Bülbülün aşıq yaradıcılığı ilə əlaqədar maraqlı söhbətləri lentə alınmışdır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 33

Filmin üzərində işləyənlər Rejissor: Niyazi Bədəlov Operator: Seyfulla Bədəlov

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 55.

Kateqoriya:1938-ci ilin filmləri Kateqoriya:1938-ci ilin Azərbaycan filmləri film