Sədərək rayonu — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının tərkibində inzibati – ərazi vahidi. Sərhəd bölgəsinin sosial-iqtisadi inkişafını daha da sürətləndirmək və gücləndirmək, həmçinin ərazinin geostratrji mövqeyi nəzərə alınaraq 1990-cı il avqustun 28-də Azərb. SSR Ali Sovetinin fərmanı əsasında yaradılmışdır. Cənub-qərbdən Türkiyə ilə 11 km, şimal-qərbdən Ermənistanla 24 km məsafədə həmsərhəddir.Naxçıvan ensiklopediyası: 2 cilddə /II cild.- Təkmilləşmiş və yenidən işlənmiş II nəşri.- Naxçıvan: Naxçıvan Ensiklopediyası, 2005.- 380 s. Naxçıvandan məsafəsi — 90 km

İnzibati mərkəzi: — Heydərabad qəsəbəsi

Sahəsi − 220 km²

Əhalisi − 14 016 nəfər (01.01.2011)

Əsas zirvələri: Kömürlüdağ (2065 m), Ardıc dağı (2034 m), Vəlidağ (1242 m), Əjdaha dağı (1239 m), Daşburun dağı (1239 m), Qaraburun dağı (945 m).

Əsas çayları: Araz (1072 km), Qaraçay (14 km), Çapançay (12 km).Azərbaycan Ekoturizm potensialı. Bakı-2012

Toponimik izahı Naxçıvan MR-da iri yaşayış məntəqəsi. Sədərək düzündədir. Bəzi tədqiqatçılara görə toponim ərəb dilindəki sədər (düşərgə) sözü və -ə k sözdüzəldici şəkilçisindən ibarətdir. Ehtimal ki, kənd vaxtı ilə hərbi düşəkgə olan ərazidə salınmışdır.Azərbaycan toponimləri. Bakı-1998

Sədərək rayonu ərazisindən aşkar edilmiş arxeoloji abidələr m.ə. IV minilliyə aid edilir. Burada Eneolit, Tunc, antik və orta əsrlərə aid tapıntılar və tarixi abidələr (Şəhər yeri, Ağoğlan piri, Sədərək qalası və s.) Sədərək rayonunun qədim və uzunmüddətli yaşayış və mədəniyyət mərkəzlərindən biri olduğunu sübut edir. Ağqoyunlu imperiyası dönəmində isə biz Sədərəyin adının Çuxursəd əyalətinin səkkiz hakimliyindən biri kimi çəkildiyini görürük. Ərazi XVIII əsrin əvvəllərində İrəvan əyalətinin Sədərək nahiyəsi şəklində Osmanlı imperiyasının tərkibində olmuşdur. Sədərək rayonu 1990-cı ildə yaradılmışdır. Rayonun inzibati mərkəzi olan Heydərabad Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 75 illik yubileyində onun şərəfinə adlandırılıb. Sədərək sözünün etimologiyası ilə bağlı bir sıra mülahizələr mövcuddur. Bəzi tədqiqatçılara görə Sədərək farsca üç dərə olub buradakı Çanaqçıçay, Cəhənnəmdərə və Bağırsaq dərələrinə işarədir. Digər ehtimala görə bu söz farsca sed rəng yəni yüz rəng sözlərindən yaranıb. Bəzi mütəxəssislər isə bu adın ərəbcə sədər sözündən yaranıb düşərgə mənasını daşıdığını bildirir.

Tarixi 300px|thumb|right|İrəvan qəzası, Sədərək

Sədərək tarixən bölgənin ən mühüm məntəqələrindən biri kimi özünəməxsus inzibati statuslara malik olmuşdur. E. Kəlbizadənin "Naxçıvanın tarixi-coğrafiyası (XII–XVIII əsrin I yarısı) adlı kitabında qeyd edilir ki, bu ərazi XIII–XIV əsrlərdə Naxçıvan tüməninin tərkibində olmuşdur. Qaraqoyunlular və Ağqoyunlular dövlətləri dönəmində isə biz Sədərəyin adının Çuxursəd əyalətinin səkkiz hakimliyindən biri kimi çəkildiyini görürük. Sədərək XVI əsr mənbələrində sultanlıq kimi göstərilir. Fransız səyyahı J. Şarden də təsdiqləyir ki, bu dövrdə Sədərək ayrıca bir hakimlik – sultanlıq olmuşdur. Şarden yazır: Çox düzən və barlı-bəhərli bir ölkə ilə beş lyö getdik. O, dağlarla əhatə olunmuşdu. Sağdakı dağları Nuh dağı adlandırırlar. Biz Qaynar adlı kiçik bir şəhərdə mənzil saldıq. Biz həmin yolla gedib səkkiz lyö qət etdik. Yolun yarısında, sol tərəfdə Sədərək adlı şəhərciyin yanından ötüb keçdik. Mahalın sultanı da bu şəhərcikdə yaşayır. Qeyd edək ki, Səfəvilər dövründə daha kiçik inzibati vahidlərin hakimləri sultan titulunu daşıyır və onlar yerli hakimiyyət orqanlarını müstəqil surətdə yaradırdılar. Sultanlar müvafiq vilayətin qolbəyilərinə və bəzən birbaşa bəylərbəyisinə tabe idilər. XVIII əsrin əvvəllərində də Naxçıvan tüməni, Maku, Zaruzəbil, Şadili, Dünbülü, Mağzaberd hakimlikləri kimi Sədərək hakimliyi də Çuxursəd bəylərbəyliyinin tabeliyində olmuşdur.

1728-ci ilə aid İrəvan əyalətinin icmal dəftəri ndəki məlumatlardan aydın olur ki, bu zaman Sədərək nahiyəsinə 24 yaşayış məntəqəsi daxil idi. Nadir şah Əfşarın dövründə Sədərək Naxçıvan ölkəsinin 11 mahalından biri olmuşdur. Sədərəyin rayon kimi tarixi 28 avqust 1990-cı ildən başlayır. Lakin bu yaxınlarda tədqiqata cəlb etdiyimiz bir sənəd sübut edir ki, Sədərəyin rayon kimi tarixi XX əsrin əvvəllərinə, konkret olaraq desək, hələ 1921-ci ilə təsadüf edir. Naxçıvan Dövlət Arxivində mühafizə olunan və surəti AMEA Naxçıvan Bölməsinin elmi arxivində fond 8, siyahı 4, arxiv 5-də saxlanılan Naxçıvan MSSR-in inzibati-ərazi bölgüsünün sxemi adlı 16 mart 1921-ci il tarixli sənəddə Naxçıvan ərazisində o zaman üçün 3 qəza (Naxçıvan, Şərur və Ordubad) və 9 rayonun adı çəkilir ki, bu rayonlardan biri də məhz Sədərəkdir. Sənəd Baş Ştab Akademiyasının dinləyicisi M. Pereşin tərəfindən Azərbaycan SSR-in fövqəladə komissarına və Naxçıvan SSR-in xalq hərbi komissarına məruzə şəklində hazırlanmışdır. Sənəddə Naxçıvan qəzasının tərkibində Tumbul, Cəhri və Şahbuz rayonlarının, Ordubad qəzasının tərkibində Yaycı, Əbrəqunus və Çənənəb rayonlarının, Şərur rayonunun tərkibində isə Baş Noraşen (Cəlilkənd), Şahtaxtı və Sədərək rayonlarının olduğu göstərilir. Sənəddə verilən məlumatlardan aydın olur ki, o zaman yaradılmış Sədərək rayonu bugünkü Sədərək rayonuna nisbətən daha geniş əraziləri əhatə etmiş və sonralar əsassız olaraq Ermənistan SSR-ə verilmiş bir sıra yaşayış məntəqələri də məhz bu rayonun tərkibinə daxil olmuşdur. Məruzənin Naxçıvan SSR-in şəhər və kəndləri: yerləşdikləri qəza və rayonlar üzrə adlı hissəsində o zamankı Sədərək rayonunun tərkibində 37 yaşayış məntəqəsinin adı çəkilmişdir ki, bu yaşayış məntəqələri aşağıdakılardır: Sədərək, Kürkənd, Qaraburc, Maxta, Ortulu-Təzəkənd, Kərimbəyli, Quşçu-Dəmirli, Saraclu, Volçovarotski (Qurd qapısı) qəsəbəsi, Dəvə-Ölən, Cərarlı-Banut, Günnüt-Cəfərli, Kərki, Arazdəyən stansiyası, Karvansara, Calavan, Kərxmiz, Kiqayu qışlağı, Yanığ, Qaraburun, Yuxarı Başki, Aşağı Başki, Urmiya, İsfahan, Yaycı, Günbəz, Ovçarı (Əfşarı), Asnı, Səfərəli-din, Smo, Şərqi, Məngi, Sərxan, İraq qışlağı və Düdəngə.

Bu kəndlərdən Kürkənd, Qaraburc, Maxta, Kərimbəyli, Düdəngə kəndləri bu gün Şərur rayonunun tərkibindədir. Ovçarı (Əfşarı), Ortulu-Təzəkənd, Arazdəyən stansiyasının isə Ermənistan Respublikası ərazisində olduğunu müəyyənləşdirilib.

Rayonun yaşayış məntəqələrindən biri kimi qeyd edilmiş Günnüt-Cəfərli toponiminin birinci hissəsi Günnüt bu gün də rayon ərazisində qalmaqdadır. Sədərək rayonu ərazisində bu gün də yaşamaqda olan Günnüt (Küngüt) toponimi, ehtimal ki, monqolların tərkibində Azərbaycana gəlmiş konqorat tayfalarının adı ilə bağlıdır. Qeyd edək ki, bu toponimin monqol mənşəli olması fikrini A. Axundov və A. Bağırov da təsdiqləmişlər. A. Axundov küngüt sözünü monqol və monqolların tərkibində Azərbaycana gələn küngüt türkdilli tayfa adı ilə əlaqələndirmişdir.

Sədərək rayonu ərazisində maraq doğuran yer adlarından biri də Karvansara yer adı olmuşdur. Araşdırmalarımız zamanı müəyyən etdik ki, bu ərazi indiki Sədərək kəndinin cənubunda yerləşmişdir. Tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev İpək Yolu üzərindəki Naxçıvan karvansaraylarından bəhs edərkən Sədərək kəndinin cənubunda bir karvansarayın olduğunu və hətta bu karvansarayın XX əsrin əvvəllərinə qədər fəaliyyət göstərdiyini qeyd etmişdir.

1990-cı ilin avqustunda Şərur rayonunun bir neçə kəndi hesabına yaradılmış rayonun məhz Sədərək adlandırılması və ayrıca rayon kimi təşkili heç də təsadüfi olmayıb. Heydər Əliyev 14 avqust 2002-ci il tarixdə Sədərək rayonunun sakinləri ilə görüşdəki çıxışında demişdir:

…Sədərək həmişə bizim, Azərbaycanın ən kənar yerində, sərhəddə yerləşərək Azərbaycan torpaqlarını qorumuş, saxlamış və mərdlik nümunələri göstərmişdir. Mən indi qəsəbəni bu cür görəndə həddindən artıq sevinirəm. Çünki sizin, yəqin ki, xatirinizdədir, vaxtilə, 1977-ci illərdə mən Azərbaycanın başçısı olduğum zaman kənddən aralı bu qəsəbənin salınması haqqında qərar verdim. Nə üçün kənddən aralı? Ona görə ki, o vaxtlar ermənilər yavaş-yavaş bu torpaqlara iddia edir, bu bizimdir, o bizimdir deyirdilər. Mənim yadımdadır, burada bir Həsənqulu bağı vardı… Guya ki, o bağ onlarındır. Sonra mən 1990-cı ildə buraya gələndə bu məsələlərlə məşğul olmuşam. O vaxt mən bunları hiss edirdim. Ona görə mən belə qərara gəldim ki, burada Azərbaycana Naxçıvan tərəfdən giriş yerində müasirtipli evlər tikək ki, Ermənistanın ərazisindən buraya keçənlər, – yadınızdadırsa, o vaxt gediş-gəliş çox idi, turistlər də gedib-gəlirdi, sovet vaxtı başqaları da gedib-gəlirdi, – onlar görsünlər ki, Azərbaycan torpağında indi yaşayış necədir. Ona görə mən burada o vaxt bu qəsəbəni salmaq barədə göstəriş verdim.

thumb|right|Kiçikdağ dağ nanəsi.jpg

Qarabağ müharibəsi Qarabağ müharibəsi dövründə Sədərək 14 dəfə Ermənistan ordusunun hücumuna məruz qalaraq ciddi dağıntılarla üzləşdi. 1989-cu ildən Sədərək rayonunun hissəsi olan Kərkinin başını qara buludlar aldı. Ermənilər Sədərəkdən Kərkiyə gedən avtomobil yolunu kəsdiyindən hər axşam Sədərəkdən Kərkiyə "Qaraağac-Cəhənnəmdərə" yolu ilə yük maşını ilə, bəzən də piyada 30–40 nəfər könüllü müdafiəçi gedir, gecəni səhərə qədər kərkililərlə birlikdə kəndin keşiyini çəkirdilər. 1990-cı il yanvarın 15-də səhər saat 4 radələrindən axşama qədər atışma getsə də, ermənilərlə döyüşən Kərkinin müdafiəçilərinin bütün səylərinə baxmayaraq, Kərki ermənilərin əlinə keçir. Sədərək 1990–1993-cü illərdə 14 dəfə ermənilərin güclü hücumuna məruz qalıb. Sədərəyə 300-ə yaxın top mərmisi atılıb, 500-ə yaxın ev, məktəb, ictimai-inzibati binalar, sosial obyektlər dağıdılıb. 1990-cı il yanvar ayının 15-də erməni-rus birləşmələri Sədərək yaxınlığındakı çox mühüm strateji əhəmiyyətə malik olan Kərki kəndini işğal etməklə, Sədərəyin şimali-şərq istiqamətindən öz hərbi qüvvələrini Sədərəyə tərəf xeyli irəlilədə bilmiş, Ərdəkan, Cintəndiri, Beşbarmaq, Ucubiz və Mil istiqamətlərindən Sədərəyi, bir növ, mühasirə vəziyyətinə salmışdılar.

1990-cı il anvarın 19-da səhər saat 11 radələrində eşidilən atəş səsləri sədərəkliləri səfərbər edir. Naxçıvanın və Şərurun bütün rayon və kəndlərindən bu xəbəri eşidənlər Sədərəyin köməyinə gəlirlər. Naxçıvanın müxtəlif bölgələrindən — Şərurdan, Ordubaddan, Culfadan, Naxçıvan şəhərindən, Nehrəmdən və digər kəndlərdən gələnlər sinələrini düşmənin önündə sipər edirlər. Yanvarın 19-da Sədərək ilk şəhidlərini verir: Məhərrəm Seyidov, Mirhəşim Seyidov, Məmməd Məmmədov, Etibar Əhmədov, İdris Məmmədov, Abbasəli Nəzərəliyev, balaca Malik və Elvin qardaşları].

Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin qərarı ilə 29 avqust 1990-cı ildə Sədərək rayonu yaradılır. Buna qədər Sədərək Şərur rayonunun tərkibində olub. 1992-ci ilin may ayında Laçının işğalından sonra Ermənistan ordusu bütün qüvvələrini cəmləşdirib üç istiqamətdən — Əjdəkan dağı, Beşbarmaq-Ucubiz və Mil dağı-Qaraburun istiqamətlərindən hücuma keçərək Sədərək rayonunu işğal etməyə cəh etdilər. Düşmənin ağır hücum əməliyyatları nəticəsində Sədərək 38 şəhid verir. Mildə şəhid olanlardan 17 nəfərin cəsədini götürmək mümkün olmur. Heydər Əliyevin səyi nəticəsində 10 gün sonra döyüşdükləri səngərdən götürülərək torpağa tapşırılır. Ağır yaralılar Türkiyəyə müalicəyə göndərilir.

Coğrafiyası

Relyefi Səthi şimalda və şərqdə dağlıq, Arazboyu ərazilərdə maili düzənlikdir (Sədərək düzü). thumb|right|Biçimli İlandaş kərtənkələ.jpg

Geoloji quruluşu Dağlıq ərazilərdə Devon, düzənlik ərazilərdə isə Təbaşir çöküntüləri yayılmışdır.

Çayları və su hövzələri Ərazidən Qaraçay, Çapançay və Araz çayı axır.

Landşaftları və bioloji müxtəlifliyi Quru-kontiııental iqlimə malikdir. Yayı isti, qışı soyuq olur. Ərazidə, əsasən, boz torpaqlar yayılmışdır.