Vəli bəy Yadigarov () — Rusiya Çar Ordusunda xidmət etmiş azərbaycanlı hərbçi, polkovnik.
Həyatı Vəli bəy Sadıq bəy oğlu Yadigarov 1898-ci ildə Borçalının Təkəli kəndində zadəgan ailəsində anadan olmuşdur. Bu nəsildən 1918–1920-ci illərdə Milli Orduda səkkiz zabit şərəflə xidmət etmişdir: poruçik Nadir bəy, kornet Rəhim bəy, praporşik Adilbəy, poruçik Abuzər bəy, ikinci Qarabağ süvari alayında üçüncü bölüyün komandiri, ştabs-rotmistri Məmməd bəy, ikinci Qarabağ süvari alayında ikinci bölüyün rotmistri Daniyal bəy, podpolkovnik İsrafil bəy Həsən bəy oğlu və süvari diviziyasının rəis müavini general-mayor Davud bəy Yadigarovlar. Vəli bəy Yadigarov ilk hərbi təhsilini 1909–1916-cı illərdə Tiflis hərbi gimnaziyasında almışdır. 1916-cı ildən Vəli bəy Əlahiddə Qafqaz Korpusunun süvari hissələrində xidmət etməya başlamışdır. I Dünya müharibəsini Qafqaz cəbhəsində qarşılayan gənc kornet cəbhəyə göndərilmiş və məşhur Brusilov hücumunda iştirak etmişdir.
Fəaliyyətləri 1918-ci ilin sentyabrından Milli Orduda korpus komandirinin yanında eskadron komandiri olmuşdur. XI Ordu Bakıya basqın edəndə üçüncü Şəki süvari alayının pərakəndə dəstəsilə vuruşa-vuruşa Gürcüstan ərzisinə çəkilmişdir. 1921-ci ilin martınadək bolşeviklərə qarşı vuruşmuş və həmin il əvvəlcə Türkiyəyə, sonra Polşaya mühacirətə getmişdir. Polşada "Armiya krayova" xalq ordusunda əməliyyat şöbəsində süvari rəisi və 10-cu süvari atıcılar əlahiddə diviziyasının komandiri olmuşdur. Polşada çıxan "Jiçe Varşavı" qəzeti 6 iyul 1990-cı il tarixli nömrəsində polkovnik Vəli bəy Yadigarov haqqında yazır: "Ötən şənbə Varşava qəbirstanlığında Vəli bəy Yadigar müsəlman-tatar qaydası ilə dəfn olunmuşdur. Dəfn fəxri qarovulun müşayiəti və hərbçi şöhrəti qaydaları ilə keçirilmişdir. Mərhumu son mənzilə yaxın qohumları, dostları, keçmiş alaydaşları yola salmışlar.
Yaylım atəşi açılmış, orkestr Şopenin dəfn marşını çalmışdır. Cənazə üzərində müsəlman ayinini Varşava və Belastok yeparxiyasının imamı Aleksandr Əli Şaletski icra etmişdir. Bəs polkovnik Yadigar kimdir? Müsəlmandır, Azərbaycan knyazıdır.
Bu qərib Polşa ordusu heyətində vuruşmuş, K. Soskovski adına yeddinci Ulan alayının zabiti olmuşdur. O,1920-ci ildə tabeliyində olan hissə ilə birlikdə Azərbaycanı tərk etmək məcburiyyətində qalmış, 1921-ci ilin mart ayında Polşada sığınacaq tapmış, müqavilə ilə polyak ordusu sıralarına daxil olmuşdur. Qruzdendə süvari məktəbini və Varşavada Ali Hərbi Məktəbi bitirdikdən sonra yeddinci süvari polkunun komandir müavini təyin edilmişdir. 1934-cü ildə mayor rütbəsinə yüksəlir. Polyak qızına evlənmiş, polyak dilini öyrənmişdir. Keçmiş alaydaşları onu son dərəcə yüksək mədəniyyətə, sağlam həyat tərzinə malik insan, həm də olduqca tələbkar zabit kimi xatırlayırlar. Vəli bəy Polşaya hücum etmiş hitlerçi qəsbkarlara qarşı 1939-cu il 11 sentyabrda təşkil olunmuş müdafiə kompaniyasında iştirak etmiş, Mazovetski süvari briqadasının qərargah rəisi olmuşdur. Polşanın işğalından sonra Armiya Krayovanın (AK) tərkibinə daxil olan "Olen" polkunun komandiri kimi Varşava üsyanında iştirak etmişdir.
Müharibədən sonra Vəli bəy Yadigar Argentinaya mühacirət edib. Argentinada Azərbaycan Türkləri Milli Ocağını qurub. Bu təşkilatın sədri Vəli bəy, katibi Musa Yusifzadə olub. 1960-cı ildə mühacirətdə çap olunan "Mücahid" jurnalın Vəli bəy Yadigarın 27 aprel işğal günü və həmin ərəfədə xidmət etdiyi 3-cü Şəki süvari alayının ruslara qarşı mübarizəsi ilə bağlı "40 illik köləlik nizamı" adlı xatirəsi dərc edilib.
1971-ci il dekabrın 13-də Buenes-Ayresdə vəfat etmişdir. Öz vəsiyyəti ilə Polşada təkrar dəfn edilmişdir. Dəfn mərasimində mərhumun qızı — Züleyxa xanım Yadigar-Kalinovskaya da olmuşdur. O, hazırda milliyyətcə polyak olan əri ilə İspaniyada yaşayır. Onun ölümü ilə bağlı Türkiyədə Nihal Atsızın çap etdiyi "Ötükən" jurnalında nekroloq dərc olunub:
Xatirəsi thumb|200px|Vəli bəy Yadigarovun Varşava şəhərinin Praqa rayonunda ucaldılmış abidəsi. Görkəmli hərbçi Vəlibəy Yadigarov haqqında sənədli film çəkilir. Filmi Tahir Əliyev çəkir.Abdullayeva, S. Görkəmli hərbçi Vəlibəy Yadigarov haqqında sənədli film çəkilir: [Tahir Vəliyevin çəkdiyi sənədli film haqqında] //525-ci qəzet.- 2015.- 14 may.- S. 7. 2017-ci il sentyabrın 7-də Varşava şəhərində general-leytenant Süleyman bəy Sulkeviç və polkovnik Vəli bəy Yadigarovun xatirəsinə ucaldılmış abidənin açılışı olub.
Ədəbiyyat Şəmistan Nəzirli. General Yadigarov qardaşları. Bakı, "Şirvannəşr", 2004
İstinadlar
Həmçinin bax Yadigarovlar Davud bəy Yadigarov İsrafil bəy Yadigarov
Xarici keçidlər Borçalıda doğulan, Buenos-Ayresdə ölən, Varşavada basdırılan azərbaycanlı polkovnik - “Gözü yol çəkən məzarlar” Polşada azərbaycanlı polkovnik Vəli bəy Yadigarın məzarı ziyarət olunub
Kateqoriya:Borçalıda doğulanlar Kateqoriya:Yadigarovlar Kateqoriya:Azərbaycan polkovnikləri Kateqoriya:Birinci Dünya müharibəsində iştirak edən Azərbaycan şəxsləri Kateqoriya:Argentina azərbaycanlıları Kateqoriya:Polşa azərbaycanlıları Kateqoriya:Varşava Müsəlman Tatar qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Birinci Dünya müharibəsində Rusiya hərbçiləri