right|308x308px __NOTOC__ "İstiqlal" ordeni — Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsis edilən "İstiqlal" ordeni 1992–2005-ci illərdə Azərbaycanın ən ali dövlət təltifi hesab olunub. 1995-ci ildən bu günədək 75 nəfər bu ordenlə təltif edilib.

"İstiqlal" ordeni ilə təltif edilən 75 nəfərdən 66-sı Azərbaycan vətəndaşı, 9 nəfəri isə xarici dövlətlərin vətəndaşlarıdır. 2 nəfər — Xəlil Rza Ulutürk və Ziya Bünyadov ölümündən sonra ordenlə təltif edilib.

Ordenlə təltif edilən 75 nəfərdən cəmi 9 nəfəri qadındır — Mirvarid Dilbazi, Leyla Bədirbəyli, Vera Şirye, Əminə Dilbazi, Zeynəb Xanlarova, Fidan Qasımova, Xuraman Qasımova, Fatma Səttarova və Şəfiqə Məmmədova.

"İstiqlal" ordeni ilə təltif edilənlərdən ən gənci Şeyxülislam Hacı Allahşükür Paşazadə (50 yaşında), ən yaşlısı isə Lətif Hüseynzadə (99 yaşında) olub.

"İstiqlal" ordeni ilə təltif edilənlərdən 34 nəfəri Heydər Əliyev tərəfindən, 41 nəfəri isə İlham Əliyev tərəfindən mükafatlandırılıb.

Siyahı