Manqal ( - portativ) — içində od qalayıb, üstündə şişlik ət, toyuq, balıq və s. bişirmək üçün istifadə edilən xüsusi ocaq növü. right|thumb|Manqal
Hazırlanması
Manqal dəmirdən, misdən və ya gildən düzəldilir. Manqal adətən dördkünc və uzunsov olur. Üstündə şiş qoymaq üçün kəsiklər, kənarlarında daşımaq üçün qulp düzəldilir. Əksər manqallar dörd(4) ayaqlı olur. Manqalın uzunluğu müxtəlif, eni isə şişin üzunluğundan 10-15 sm qısa olur.
İstifadə
Manqalın içində ağac, kömür və ya odun yandırılıb köz salınır. Qızardılan məhsul şişlərə taxılıb manqala eninə düzülür.
Mənbə
Azərbaycan Kulinariyası Ensiklopediyası, səh. 98
İstinadlar
Kateqoriya:Azərbaycan mətbəxi Kateqoriya:Türkiyə mətbəxi Kateqoriya:Ərəb mətbəxi Kateqoriya:İsrail mətbəxi Kateqoriya:Rusiya mətbəxi Kateqoriya:Məişət əşyaları Kateqoriya:Barbekü