Bakının qonağı-VII Ümumittifaq Kinofestivalı qısametrajlı sənədli filmi rejissor Ruslan Şahmalıyev tərəfindən 1974-cü ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film-reportaj 1974-cü ilin aprel ayında Bakıda keçirilmiş VII Ümumittifaq kinofestivalı haqındadır.

Məzmun Film-reportaj 1974-cü ilin aprel ayında Bakıda keçirilmiş VII Ümumittifaq kinofestivalı haqındadır. Filmdə sovet kino sənəti xadimlərinin Bakıya gəlməsi, kinofestivalın təntənəli açılış və bağlanışı, baxışın qaliblərinə mükafatların təqdim olunması, qonaqların şəhərlə tanışlığı, onların respublikanın şəhər və kəndlərinə səfərləri öz əksini tapmışdır. Bu, festivalın kino gündəliyidir.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 163

Filmin üzərində işləyənlər Ssenari müəllifi: Ruslan Şahmalıyev Rejissor: Ruslan Şahmalıyev Operator: Əlibala Ələkbərov, Tofiq Sultanov, Mehman Dadaşov

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1974-cü ilin Azərbaycan filmləri 1970-ci illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:1974-cü ilin filmləri Kateqoriya:1974-cü ilin Azərbaycan filmləri