Stefan Sveyq (almanca Stefan Zweig, ) — alman romançı, bioqrafiya yazarı, araşdırmaçı və publisist.
Həyatı Stefan Zveyq zəngin bir yəhudi tekstil istehsalçısı (fabrikant) olan Moritz Zveyq və yəhudi bankirin qızı olan İda Brettauerin oğlu olaraq Vyanada dünyaya gəldi.Prof. Dr. Klaus Lohrmann "Jüdisches Wien. Kultur-Karte" (2003), Mosse-Berlin Mitte gGmbH (Verlag Jüdische Presse)
Yazıçının uşaqlığı və gəncliyi haqqında o qədər də çox məlumat yoxdur: özü bu haqda hər zaman çox xəsisliklə danışıb. 1900-cu ildə gimnaziyanı bitirdikdən sonra Sveyq Vyana universitetinə daxil olub. Artıq tələbəlik illərində öz vəsaiti hesabına “Gümüş Simlər” (Silberne Saiten) adlı ilk şeirlər kitabını dərc etdirib. Vyana Universitetində elmi dərəcəsini tamamladıqdan sonra Londona, Parisə (1905) yollanıb, daha sonra İtaliyanı və İspaniyanı (1906), Hindistanı, ABŞ-ni, Kubanı, Panamanı (1912) səyahət edib. Birinci Dünya savaşının son illərində (1917-1918) İsveçrədə, 1919-1934-cü illərdəsə Salzburqda yaşayıb. Savaş əleyhinə kəskin çıxışlar edib. Nasistlər hakimiyyətə gələndən sonra Salzburqu tərk etmək məcburiyyətində qalıb. 1938-ci ildə İngiltərəyə, 1939-da isə Nyu-Yorka gedib, bir neçə ay sonra da Braziliyaya yollanıb. Yaradıcılığının ilk illərində Verlendən, Bodlerdən və Emil Verxarndan etdiyi tərcümələrlə tanınıb. Çox sayda esse, hekayə, romanlarla yanaşı, çox böyük ustalıqla qələmə aldığı bioqrafik oçerkləriylə də şöhrət qazanıb. Psixologiyaya və Freyd təliminə böyük marağı Sveyqin əsərlərində insan xarakterlərinin dərindən analiz edilməsində öz ifadəsini tapır. Özəlliklə də tarixi xarakterlər haqqında yazdığı əsərlər psixoloji dərinlik baxımından diqqəti cəlb edir. Sveyq müharibəyə etiraz edərək və Avropanın içərisində olduğu böhrana dözməyərək 1942-ci ildə Braziliyada arvadıyla birlikdə intihar etmişdir. Müxtəlif insan talelərini fərqli süjetdə oxucuya təqdim edən Svayq Birinci Dünya müharibəsi başlayanda müharibəyə etiraz edən bir sıra yazıçıya qoşulub. Fanatizm və dözümsüzlüyü həmişə pisləyib. Yazıçının "Jozef Fuşe - siyasi xadimin portreti", "Bəşəriyyətin ulduzlu saatları", "Dünənin dünyası" və s. əsərləri Azərbaycan türkcəsinə tərcümə olunub.
Dövrünün görkəmli şəxsləri Emil Verxarn, Romen Rollan, Ogüst Roden, Tomas Mann, Ziqmund Freyd, Herman Hesse, Maksim Qorki, Rixard Ştraus, Bertold Brext və b. ilə dostluq etmişdir.
https://www.zellamsee-kaprun.com/en/experience/zell-am-see/guestbook/stefan-zweig===
İntiharı 22 fevral 1942-ci ildə Rio de Janeyroda Petropolisin evində həyat yoldaşı Lotte ilə yatarkən intihar etdi. Bu, Hitlerin dünya quruluşunun davamlı təfsirinin və onun dünyasının heç bir zaman mövcud olmayacağı fikri ilə bağlı pessimizmdən qaynaqlanırdı.
Petropolisdəki bir dövlət cənazəsi ilə dəfn edildi. Petropolisdəki evi muzeyə çevrildi.
Oyunları Tersites, 1907 Das Haus am Meer, 1912 Jeremias, 1917
İntihar Məktubu
Əsərləri
Özləri ilə döyüşənlər Braziliya - gələcəyin ölkəsi Qarışıq duyğular Üç böyük usta Rafel Tanrı ilə hesablaşır Yad qadının məktubu Bir qadının həyatından 24 saat Keşmişə səyahət Şahmat Həyatın möcüzələri Ay işığı küçəsi Mürəbbiyə Bir çöküşün hekayəsi Lionda toy
Azərbaycanca tərcümə edilmiş əsərləri Yad qadının məktubu (novella),1922 Bir qadının həyatından iyirmi dörd saat,1927 Jozef Fuşe - Siyasi xadimin portreti,1930 Bəşəriyyətin ulduzlu saatları Dünənin Dünyası Rotterdamlı Erazmın Zəfər təntənəsi və faciəsi Kazanova İblislə savaşanlar Şahmat,1941 Fantastik gecə Möcüzəvi gecə Məcburiyyət AMOK Dəhşətli sirr
İstinadlar
Kateqoriya:Alman yazıçılar Kateqoriya:İntihar edən yazıçılar Kateqoriya:Narkotiklər ilə bağlı intiharlar Kateqoriya:XX əsrin bioqrafları Kateqoriya:Avstriya şairləri Kateqoriya:XX əsr şairləri Kateqoriya:Pasifistlər Kateqoriya:Zəhər ilə intihar edənlər Kateqoriya:Avstriya yazıçıları Kateqoriya:Avstriya-Macarıstan yazıçıları Kateqoriya:Dramlar Kateqoriya:Avstriyadan ABŞ-yə mühacirət edənlər