Biz gələcəyin dərziləriyik qısametrajlı sənədli filmi rejissor Kamil Mirzəyev tərəfindən 1970-ci ildə çəkilmişdir. "Peşətexfilm" Studiyasında istehsal edilmişdir. Film üst paltarları biçiciləri və dərzilər hazırlayan Bakıdakı 2 saylı peşə-texniki məktəb haqqındadır.
Məzmun Film üst paltarları biçiciləri və dərzilər hazırlayan Bakıdakı 2 saylı peşə-texniki məktəb haqqındadır. Filmdə məktəbin kabinetləri, emalatxanaları göstərilir, şagirdlərin Əli Bayramov və Volodarski adına fabriklərdə bu peşəyə necə yiyələnmələri barədə danışılır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 137
Festival və mükafat 1970-ci ildə Bakıda V.İ.Leninin anadan olmasının 100 illiyinə və Sovet Azərbaycanının 50 illiyinə həsr olunmuş VII Respublika həvəskarlar filmləri festivalıbda film Azərbaycan Kinematoqrafçılar İttifaqının, AHİŞ və Azərbaycan LKGİ MK-nın diplomunu almışdır.
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1970-ci ilin Azərbaycan filmləri 1970-ci illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1970-ci ilin filmləri Kateqoriya:1970-ci ilin Azərbaycan filmləri