Dövlət Baxçalı () — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 21, 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. Milliyətçi Hərəkat Partiyası sədri.
Həyatı Dövlət Baxçalı 1 yanvar 1948-ci ildə Osmaniyyə ilinin Bahçe ilçəsində anadan olub. Atası Salih Bahçeli Osmaniyənin tanınmış tacirlərindən olub. Anası Samiyə Bahçeli isə evdan qadın olub. Bahçeli ailədə dörd uşaq olublar. Onlardaın 2-si atasının birinci nigahdan olan uşaqları idi. Solçi bir ailədə böyüyən Bahçelinin atası Cümhuriyyət Xalq Partiyasının tərəfdarı idi.
İbtidai təhsilini doğulduğu Osmaniyə ilində alıb. Orta təhsilini Sərvət adlı qardaşı ilə Adana ilinin Çuxurova ilçəsində alıb. Lisey təhsili üçün İstanbula qohumlarının yanına getmiş və burada Emirgan Ağgün Kollecinə daxil olmuş, daha sonra Etiler məhəlləsində Özəl Ata Kollecinə getmiş və təhsilini burada başa vurmuşdur. 1967-ci ildə AİTİA-ya daxil olub və 1971-ci ildə Xarici Ticarət Bölməsindən məzun olub.
Fəaliyyəti AİTİA-da assistent olaraq çalışıb. Qazi Universitetinin İqtisadiyyat və İnzibati Elmlər Bölməsində müəllim olub. Dünya iqtisadiyyatı, tarix və xarici siyasətlə bağlı araşdırmaları olub.
7 iyul 1997-ci ildən Milliyətçi Hərəkat Partiyasının sədridir. 2000, 2003, 2006, 2009, 2012, 2015, 2018 və 2021-ci illərdə baş tutan MHP qurultaylarında sədr seçilib.
1999, 2007, 2011, iyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə Osmaniyyə ilindən MHP sədri olaraq Türkiyə Böyük Millət Məclisinin 21, 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı seçilib.
İngiliscə bilir. Subaydır.
İstinadlar
Kateqoriya:TBMM XXI çağırış deputatları Kateqoriya:TBMM XXIII çağırış deputatları Kateqoriya:TBMM XXIV çağırış deputatları Kateqoriya:TBMM XXV çağırış deputatları Kateqoriya:TBMM XXVI çağırış deputatları Kateqoriya:TBMM XXVII çağırış deputatları Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:Türkiyə siyasətçiləri Kateqoriya:Türk siyasətçilər Kateqoriya:Erməni soyqırımının inkarçıları Kateqoriya:Türkiyə milliyyətçiləri Kateqoriya:Türkiyə Böyük Millət Məclisinin sədrləri Kateqoriya:Antikommunistlər Kateqoriya:Türkiyə müsəlmanları Kateqoriya:Türkiyə siyasi partiyalarının sədrləri Kateqoriya:Ülkü Ocaqları Kateqoriya:Türkiyə iqtisadçıları Kateqoriya:Türkiyə nazirləri