Bizim Gülbala qısametrajlı sənədli filmi rejissor İsmayıl Xəlilov tərəfindən 1961-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film məşhur fəhlə-neftçi, Azərbaycan neftçilərinin ağsaqqalı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanın neft ustası Gülbala Əliyevə həsr olunmuşdur.
Məzmun Film məşhur fəhlə-neftçi, Azərbaycan neftçilərinin ağsaqqalı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanın neft ustası Gülbala Əliyevə həsr olunmuşdur.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 78
O əmək fəaliyyətinə 1898-ci ildə Bibiheybət neft mədənlərində başlamış, Bibiheybət buxtasının qurudulmasının fəal iştirakçısı olmuş, neft mədənlərində fəhlə, usta, mühəndis işləmişdir. Neft sahəsində mütəxəssislərin hazırlanmasında Gülbala Əliyevin böyük xidmətləri vardır.
Kinooçerkdə neft ustasının həyat və əmək fəaliyyətinin ayrı-ayrı anları canlandırılmışdır.
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170-179.
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1961-ci ilin Azərbaycan filmləri 1960-cı illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1961-ci ilin filmləri Kateqoriya:1961-ci ilin Azərbaycan filmləri