Bakı bulvarı (rəsmi adı: Dənizkənarı Milli Park) — Azərbaycanın Bakı şəhərində, Xəzər dənizinin sahilində yerləşən bulvar. Bakının simvol və ən görməli yerlərindən biri olaraq qəbul edilir.

Tarixi

İlk işlər left|thumb|Bakı bulvarı XX əsrin əvvəllərində

Bakı bulvarının ərazisində ilk tikinti işlərinə XIX əsrin əvvəllərində başlanılmışdır. Həmin dövrdə esplanadanın tikintisi yenicə başlayırdı və İçərişəhərin sahil zolağı hələ boş idi. XIX əsrin ikinci yarısında bu ərazidə mövcud olan ensiz sahil zolağı əsasən iqtisadi məqsədlər üçün istifadə edilirdi. Burada anbarlar və körpülər yerləşirdi. 1860-cı illərdə "Qafqaz və Merkuri" paraxod şirkəti körpü və digər qurğuların tikintisini həyata keçirmişdir. Bu qurğuların tikilməsi nəticəsində sahil zolağı 2 hissəyə bölündü:

Qərb istiqamətində: Qala boyunca – Aleksandrovski sahili; Şərq istiqamətində: Bolşaya Morskaya prospektinə qədər Petrovski sahili

Lakin belə vəziyyət şəhər strukturuna üzvi şəhərsalma elementi kimi daxil ola biləcək vahid sahil küçəsinin yaranmasına xidmət etmirdi. Sahil küçələrinin təsadüfi təmiri və rekonstruksiyası ümumi şəhərsalma problemini həll etmirdi. Belə ki, qərbdəki neft mədənlərini şərqdə yerləşən emal zavodları ilə birləşdirən mühüm nəqliyyat arteriyası kimi sahil küçəsi, demək olar ki bütün gün ərzində hərəkətdə olan nəqliyyat üçün kifayət qədər buraxılış gücünə malik deyildi. Eyni zamanda şəhər əhəmiyyətli dərəcədə böyümüş, mərkəzi hissəsi genişlənmiş və sahilin tənzimlənməsi artıq şəhər həyatının tələbinə çevrilmişdi. Həm də dəniz sahilində suyun azalması bu məsələnin həllinin zəruri olduğunu göstərirdi.

Sahil küçəsinin salınması thumb|Qasım bəy Hacıbababəyov

Sahildə aparılan işlərlə bağlı ilk addımlar 1868-ci ilədək Bakı şəhərinin memarı olmuş azərbaycanlı memar Qasım bəy Hacıbababəyov tərəfindən atılmışdır. 1860-cı ildə dəniz tərəfdən qala divarının sökülməsindən sonra şəhər memarı Qasım bəy Hacıbabəyov tərəfindən sahil zolağı nizamlanmışdır və o zaman Rusiya imperiyasının imperatoru olan II Aleksandrın adını daşıyan sahil küçəsi — bulvar 1865–1868-ci illərdə salınmışdır.

Memar Qasım bəy Hacıbababəyov sahil boyu ərazinin təxminən 650 metr uzunluğunda tikilməsində əhəmiyyətli mühəndis və planlaşdırma işləri aparmışdır. 1862-ci ildə memar Qasım bəy Hacıbababəyov tərəfindən bütün sahil boyunca anbar qurğularının yerləşdirilməsi haqqında layihə tərtib edilmışdir,

lakin şəhərin sürətli inkişafına 1863-cü ildə icazə verilmiş Avropa-fars tranzitin onun ərazisindən istiqaməti çox təsir etmişdi və bu da sahilin abadlığının təkmilləşdirilməsinə təkan vermişdir. 1874-cü ilə aid "Qafqaz gündəliyi"ndə bu məsələ ilə bağlı belə qeyd olunurdu:"Qafqaz gündəliyi". 1874

"Sahil, şəhəri dənizdən ayıran və havanın sərbəst hərəkətinə mane olan faydasız şəhər divarlarını əvəz etdi."

1865-ci ildə Bakının hərbi qubernatoru və mülki hissə idarəsinin rəisi general-leytenant Mixail Petroviç Kolyubakinin xahişi ilə şəhəri dəniz sahilindən ayıran və özünün faydasızlığı ilə havanın sərbəst hərəkətinə mane olan köhnə şəhər divarının sökülməsinə görə icazə alınmışdı. Daşların tikinti materialı kimi satılmasından 44000 rubl xeyir götürülmüşdür ki, bundan da körpünün və gözəllikdə yaxınlıqdakı şəxsi malikanələrdən heç də geri qalmayan daşla örtülmüş nəfis sahil boyunun tikintisində istifadə olunmuşdur.

1867-ci ildə bu ərazidə su kəməri çəkilmiş, fontan və digər tikililər də inşa edilmişdir. Bundan sonra dəniz sahili bulvar statusu almış və şəhərin incisinə çevrilmişdir. Bu dövrə sahilboyu ərazidə ilk evlərin tikilməsi də aiddir. Buraya sovet dövründə "Tibb işçiləri klubu"nun yerləşdiyi "Qubernator evi" də daxildir. Qalanın şərq hissəsinə və sahil zolağına bitişən məhəllələrin tikintisindən sonra şəhər strukturunda bulvarın rolu artmışdır. Məhz bu zaman sahil küçəsi mərkəzi rayonla daha yaxşı əlaqələndirilərək, 1878-ci ildə şəhər memarı O. Porfilov tərəfindən tərtib edilmiş layihəyə əsasən nəqliyyat magistralına çevrilmişdir.

1882-ci ildə Nikolaevski 32 rayonunda memar A. Koşinski tərəfindən bulvarın yeni layihəsi maraq doğurmuşdu. Layihənin ilkin versiyasına görə qala divarı ilə binalar arasında genişliyi 18 metr olacaq küçə salınması nəzərdə tutulmuşdu. Bu küçələrin bir tərəfində qala divarlarının, digər tərəfində isə binaların arxa tərəflərinin yer alması planlaşdırılmışdı, lakin bu küçənin o qədər də önəmli bir rol oynamayacağı səbəbindən memarlıq planına salınmadı. Ancaq dəniz tərəfdən qala divarları söküldükdən sonra dəniz sahilinin memarlıq baxımından tərtibatına ehtiyac duyulmuşdur.

1897-ci ildə Şəhər İdarəsi Petrovski və Aleksandrovski sahil küçələrinin nizamlanmasına dair təkliflərini Bakı Şəhər Dumasının Plan komissiyasına təqdim etdi. Şəhər İdarəsi Qara şəhərdən Mixaylovski küçəsinə qədər uzun daş sədd çəkilməsini və 30 metr enində müasir sahil zolağının təməlinin qoyulmasını təklif etmişdir. Şəhər İdarəsi, quberniya və şəhər memarlarının iştirakı ilə Plan komissiyası qərara almışdır ki, "Həm estetik olaraq şəhərin gözəlliyi baxımından, həm də hərəkət sərbəstliyini təmin etmək baxımından mövcud və planlaşdırılan sahilin eni 50 metr civarında müəyyən edilsin və Petrovski sahili ərazisində dənizin dayazlaşmasını nəzərə alıb Mixaylovski küçəsinə qədər daş sədd tikilsin." Beləliklə, şəhər çox uzun zaman ərzində dayazlaşmış sahil zolağından qurtula və 50 metr eni olan geniş səkilərə malik sahil küçəsinə qovuşa bilərdi,

lakin "Qafqaz və Merkuri" cəmiyyətinin daşdan hörülmüş anbarları vahid sahil küçəsinin yaradılmasına əngəl törədirdi və buna görə də məsələ öz həllini tapmırdı. Bakının mərkəzi rayonu öz sıx tikililəri, kiçik məhəllələri və iki-üç mərtəbəli binaları ilə İçərişəhərə yaxınlaşaraq esplanadanı bütünlüklə tuturdu. Şəhərin ticarət-sənaye fəaliyyəti çoxsaylı körpülərin, anbarların və başqa tikinti qurğularının yarandığı sahil zolağının mənimsənilməsinə səbəb olmuşdur. Şəhərin əhalisi praktiki olaraq dənizdən ayrılmışdır. 1898-ci ilə kimi Bakının dəniz fasadı praktiki olaraq yaradılmamışdır. Sahil xəttində Bayıl gəmi təmiri doklarından Ağ şəhərin sərhədlərinə kimi 45 körpü yerləşirdi ki, bunların içərisində "Qafqaz və Merkuri", "Lebed" (), "Kaspiy" və başqaları seçilirdi.

Sahil ərazisinin özəl şirkətlərin körpüləri ilə tutulması vahid sahil küçəsinin yaradılmasına mane olurdu və buna görə də bu məsələ həllini tapmırdı. Sonradan, Bakının baş planı tərtib edilərkən Nikolay fon der Nonne, Plan komissiyasının küçənin sahil zolağı boyunca genişləndirilərək Bayılda, Qara Şəhər ərazisində Dadaşovun tərsanələrinə qədər uzadılması barədə təkliflərini nəzərə aldı, lakin tikinti bölməsində bu plana baxılarkən aydın oldu ki, təklif olunanlar sahilin planlaşdırılmasındakı mövcud uyğunsuzluqları aradan qaldırmır, belə ki, bunun üçün anbarların olduğu məhəlləni kəsmək lazım idi. Eyni zamanda, Petrovski sahilində və daha sonra şərq istiqamətində – 400 metrdən çox uzunluqda "yanaşma və digər yolları olmayan, zolaq körpü kimi fəaliyyət göstərən ibtidai şəkildə olan sahildə" işlərə başlamaq tələb olunurdu. Sahildə daş hasarın tikilməsi işləri davam etdirilsə də, ticarət firmaları və paraxod şirkətlərinin çoxsaylı fərdi körpüləri dəniz sahilini o qədər tutmuşdu ki, aparılan abadlaşdırma tədbirləri də nəticə vermirdi.

Sovet hakimiyyəti qurulana qədər yaşayış məhəllələri sərhədində Petrovski sahil küçəsi şəhər ərazisinin ən baxımsız və səliqəsiz hissəsi olaraq qalmaqda idi. Bilavasitə olaraq İçərişəhərə birləşən Aleksandrovski sahil küçəsi Şəhər İdarəsinin xüsusi diqqətində idi. Belə ki, qubernatorun rezidensiyası və mənzili burada yerləşirdi. Sahil zolağı genişləndirildikdən və tökmə qrunt üzərində möhtəşəm bulvar (1909) tikildikdən sonra şəhərin planlaşdırma strukturu və memarlıq görünüşündə Aleksandrovski sahil küçəsinin rolu daha da artdı. Mərkəzi məhəllələr hüdudunda sahil zolağının genişləndirilməsi işinə hələ 1900-cü illərdən – Bağ Komissiyası dekorativ ağaclar şitilliyi yaratmaq qərarına gəldikdən və onların yetişdirilməsi üçün sahildə torpaq tökülmüş yeri seçdikdən sonra başlanılmışdır.

1902-ci ildə Şəhər Duması Bakının dənizkənarı şəhər olduğunu, sahil zolağında çoxsaylı körpülərin olmasını nəzərə alaraq, əhaliyə bulvar şəklində dənizə bir çıxış verməyi qərara alır. Sahil zolağının abadlığı zəruri idi, bunu sahilyanı ərazinin mülki mühəndis K. B. Skureviç tərəfindən tərtib edilmiş layihəsini təqdir edən şəhər Duması və İdarəsi də etiraf edirdi. Bağ Komissiyasının 1902-ci il iclasında təqdim olunmuş layihə müzakirə edilmişdir.

Layihəyə görə, sahilboyu nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan 20 metr enində küçə yaradılmalı idi. Yeni küçə və II Aleksandr sahili arasındakı bütün əraziyə münbit torpaq tökmək lazım idi, çünki dəniz suyu hopmuş və tikinti zibilləri qalanmış torpaq burada yaşıllıqlar salınması üçün yaramırdı. Çiçəkliklərin salınması və ağacların əkilməsi yalnız bulvarın geniş hissəsində nəzərdə tutulurdu. Bağ Komissiyası sahil bulvarının layihəsinə baxış zamanı sahil küçəsinə iki çıxışla kifayətlənməyi tələb etdi: "Qafqaz və Merkuri" şirkətinin binası və daş körpü. Komissiya xiyabanın eninin (14,3 metr) artıq olduğunu hesab edərək, onu ortadan ağaclar əkərək bölməyi məsləhət bildi. Beləliklə, bulvar 7 metr enində iki xiyaban şəklinə düşdü.

Layihənin müzakirəsi zamanı həmçinin əkiləcək bitki növləri və onların bulvarın torpağında bitməsi imkanları haqqında məsələ həll olundu. Qeyd edildi ki, bulvarın planlaşması birinci dərəcəli iş sayılır. Buna görə də müsabiqələr təşkil etmək, şəhər üçün çox xərc tələb edən bulvarın təşkili kimi bu işi bacarıqla və kamil müzakirədən sonra aparmaq lazımdır. Bağçıları-yeni yaşıllıqlar salınması üzrə mütəxəssisləri də dəvət etmək olar. Görünür ki, şəhər ictimaiyyəti mövcud bağ parklarının kifayət qədər olmadığını başa düşərək, belə məsuliyyətli bir ərazidə yaxşı bulvar yaratmağa çalışırdı. Müsabiqəyə ehtiyac qalmadı. K. B. Skureviç və şəhər bağçısı Vasiliev birlikdə ətraflı layihə işləyib hazırladılar. Bulvarın təşkili ilə sahil ərazisi abad şəkil alsa da, şəhər hələ də körpülərin əlində "dustaq" idi. Dənizkənarı bulvarın yaradılması məsələsi Şəhər Upravası tərəfindən dəfələrlə müzakirə edilsə də, yalnız 1909-cu ildə praktiki addımlar atıldı. Əvvəlcə "Qafqaz və Merkuri" cəmiyyətinin körpüsündən Seyid Mirbabayevin evinə (Kukla teatrından Azneft meydanına kimi) qədər olan sahilboyu ərazinin abadlaşdırılması qərara alınmışdı. Aleksandrovski sahil küçəsinin monumental tikintisi, tökmə qrunt və su üzərindəki tikintiyə nisbətən daha az diqqət cəlb edirdi. "Azneft" binasının qarşısındakı meydandan Qafqaz və Merkuri cəmiyyətinin daş anbarlarına qədər olan ərazidə zaman-zaman dar dalanların bir-birindən ayırdığı ikimərtəbəli evlər yerləşirdi. Sahil küçəsinin birtipli evlərlə tikintisi ilə şəhərin ən yaxşı hissəsi tutulmuşdu.

thumb|Məmmədhəsən Hacınski