Cəbəllüttariq () — 1704-cü ildən Böyük Britaniyaya məxsus olan və Cəbəllütariq boğazının Pireney yarımadası sahilində yerləşən ərazi.
Tarix Əvvəllər Kalpe adlandırılan ərazi məşhur fateh Tariq İbn Ziyadın 711-ci ildə ərazini ələ keçirib hərbi istinadgah kimi istifadə etməyə başlamasından sonra ərəb qaynaqlarında indiki adı ilə adlandırılmağa başlandı.Əlmohadların Əndəlus ərazisinə keçidindən xeyli əvvəl bölgə hərbi gəmi donanması üçün dairə rolunu oynayırdı. Ərəblərin istilasından sonra buraya təyin olunmuş əmir Əbdülmi yerli xristianlardan böyük bir şəhər inşa etməyi əmr etdi. Bununla da çoxsaylı məscid, mədrəsə, saray və istifadəyə yararlı irriqasiya sistemi ilə təchiz olunmuş bir şəhər ərsəyə gəldi.
Sonralar yarımadanın cənubunda yaranmış Qranada əmirliyi ərazidə hakimiyyəti ələ aldı.1309-cu ildə isə Kastiliya kralının göstərişinə əsasən Alonso Pérez de Guzmán el-Bueno bölgəni zəbt etdi.
Yaxın tarixdə gerçəkləşdirilən referendumların nəticəsi ilə ərazi rəsmi olaraq Böyük Britaniya tabeliyindədir.
Əhalisi İngilislərin "Ağ qitə"də yeganə müstəmləkəsi olan bölgənin əhalisi çoxmillətlidir. Müxtəlif tarixlərdə koloniyalar şəklində yayılan ingilis əhalisi ilə yanaşı portuqal, ispan, italyan və maltalılar da üstünlük təşkil edir.
İqtisadiyyatı Avropanın əksər hissəsinə nisbətən yüksək iqtisadi tərəqqi və işsizliyin aşağı olması diqqəti cəlb edir. Əsas gəlir mənbəyi turizm, ticarət, bank, onlayn qumar, rabitə və dənizçilikdir.
İstinadlar
Həmçinin bax Feliks əməliyyatı
Kateqoriya:Birləşmiş Krallıq
Kateqoriya:İspaniyanın ərazi mübahisələri Kateqoriya:Avropa dövlətlərinin paytaxtları Kateqoriya:Millətlər Birliyinə üzv dövlətlər Kateqoriya:Ərəb dilində sözlər və ifadələr Kateqoriya:Aralıq dənizinin limanları Kateqoriya:Anklavlar Kateqoriya:Şəhər-dövlətlər Kateqoriya:Avropada asılı olan ərazilər Kateqoriya:Böyük Britaniyanın dəniz əraziləri Kateqoriya:Cənub-qərbi Avropa coğrafiyası