Əbu Hənifə əd-Dinəvəri (, ; ) — fars və ya kürdMehrdad Izady, The Kurds: A Concise Handbook, ISBN 9756876409Muhammed Emin Zeki, Kürt ve Kürdistan ÜnlüleriBaba Marduk Ruhani, Kürt Meşhurları Tarihi, Cilt 1 s. 56Nevin Reşan Güngör, Navdarên KurdMüfit Yüksel, İslamsız Kürdistan Hayali ve Ortadoğuİbrahim S. Işık, A'dan Z'ye Kürtler mənşəli ərəbdilli astronom, botanik və tarixçi.
Həyatı "Şeir və şairlər kitabı", "Nəsarət kitabı" və s. ədəbi-filoloji əsərlərin müəllifidir. Çoxcildlik "Bitkilər kitabı"na ərəb şairlərinin bitkilərdən bəhs edən və ya təsvir edən şeirlərini daxil etmişdir. "Uzun xəbərlər kitabı" tarixi əsəri tam formada qorunub-saxlanılmamışdır. Bu, ərəb klassik nəsri nümunələrindən biridir. Kitabda ümumi tarixdən məlumatlar və 637-ci ildən IX əsrin ortalarına qədər İran tarixinə dair əhəmiyyətli materiallar toplanmışdır. Mətn 1888-ci ildə Leydendə rus şərqşünası Vladimir Qirqas tərəfindən nəşr edilmişdi. Mətnə sonrakı ön söz və göstəricilər 1912-ci ildə İqnati Kraçkovski tərəfindən tərtib edilmişdir.Энциклопедический словарь. 2009. Абу Ханифа ад-Динавери.
İstinadlar
Xarici keçidlər The Book of plants of Abu Hanifa ad-Dinawari Translation of the Pre-Islamic Portion of al-Akhbar al-Tiwal by Jackson Bonner
Kateqoriya:Kürd tarixçilər Kateqoriya:İran tarixçiləri Kateqoriya:Kürd alimlər Kateqoriya:Kürd filosoflar Kateqoriya:İran kürdləri Kateqoriya:Ərəb tarixçilər Kateqoriya:Farslar