Teylor Mişel Momsen (ing. Taylor Momsen; ) — ABŞ aktrisası, rok-müğənni, fotomodeli. "Gossip girls" filmində canlandırdığı Cenni Xamfri rolu ilə məşhurlaşmışdır. "The Pretty Reckless" rok-qrupunun solisti.
Həyatı Teylor Sent-Luisdə, Missuridə anadan olub. Karyerasına 3 yaşından "Shake N' Bake" reklamına çəkilərək başlayıb. İlk rol aldığı film The Prophet's Game olmuşdur. 2000-ci ildə How the Grinch Stole Christmas filmində Cim Keri ilə birlikdə rol almışdır. 2002-ci ildə "Henzel və Qretel" filmində Qretel, "Casusların uşaqları 2"-də və "Biz əsgər idik" dramında rol almışdır.
Sonrakı üç ildə isə heç bir filmə çəkilməmişdir. 2006-cı ildən sonra isə "Panaroid park", "Şerloku xilas edərək" filmlərində rol almışdır. 2008-ci ilin iyununda, 14 yaşında Momsen İMG models ilə müqavilə imzaladı. Hanna Montana roluna özünü sınamışdır. 2007-ci ildə Teylor "Gossip girls" filmində Cenni Xamfri rolu üçün kastinqdən keçmişdir. 2008-ci ildən sonra Teylor vaxtının çoxunu musiqiyə sərf edir. Onun "The Pretty Reckless" adlı rok qrupu var. Bu qrupun solisti və mahnıların müəllifidir. 2009-cu ilin may ayından iyun ayına qədər bu qrupla qastrolda olmuşdur. 2008-ci ildə Teylor İMG models ilə müqəvilə imzalayır və Madonnanın "Material Girl" markasının üzü seçilmişdir. Onun kiçik bacısı, Sloun Momsen də aktrisadır.
16 avqust 2011-ci ildə Teylor aktrisa kimi karyerasına son verdiyini və yalnız musiqi ilə məşğul olacağını bildirmişdir.
Filmoqrafiyası İl Filmin orijinal adı Filmin adı Rolu 1999 The Prophet's Game Ölüm peyğəmbəri Hani Bi Svan 2000 How the Grinch Stole Christmas Qrinç — Yeni ilin oğrusu Sindi Lou Hu 2002 Hansel & Gretel Henzel və Qretel Qretel 2002 Spy Kids 2: The Island of Lost Dreams Casusların uşaqları 2: Çin olmayan ümidlər adası Aleksandra 2002 We Were Soldiers Biz əsgər olmuşuq Culi Mur 2006 Saving Shiloh Şerloku xilas edərkən Samanta Uolleys 2007 Paranoid Park Paranoid-park Cennifer 2007 Underdog Superköpək Molli 2008 Spy School İnancsız Foma Medison Kramer 2007–2011 Gossip girl Qeybətçil qız (teleserial) Cenni Hemfri
İstinadlar
Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Interscope Records artistləri Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:ABŞ musiqiçiləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Uşaq aktyorlar