Zöhrabbəyovun evi ― Şuşanın məşhur soylarından biri Zöhrabbəyovların nəslindən olan Abbasqulu bəy Zöhrabbəyovun evi. Ev Şuşa şəhərində Ocaqqulu küçəsində yerləşir və XIX əsrdə tikilib.

Tarixi Evin sahibi Zöhrabbəyovlar soyunun nümayəndəsi II gildiya taciri Abbasqulu bəy Zöhrabbəyovdur. Abbasqulu bəy Kərbəlayı Mirzə Əkbər bəy oğlu 1868-ci ildə Şuşa şəhərində doğulub. İbtidai təhsilini molla yanında aldıqdan sonra təhsilini mədrəsədə davam etdirib. Evin tikintisini Abbasqulu bəyin atası Kərbəlayı Mirzə Əkbər bəy başlayıb. Sonradan Mirzə Əkbər dünyasını dəyişdikdən sonra Abbasqulu bəy evin tikintisini tamamlayıb.

Sovet işğalından sonra Abbasqulu bəyin evi müsadirə edilir özü isə ailəsi birlikdə Bakıya köçür. Sonradan bu ev şəkil qalereyasına çevrilib.

8 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən Şuşa işğal edildikdən sonra bina talan edilib, şəbəkədən pəncərələri və divar rəsmləri yoxa çıxıb. 28 illik işğal dövründə bina baxımsızlıq ucbatından dağıntılara məruz qalıb.

Memarlıq xüsusiyyətləri 3 mərtəbəli evin iri və geniş şüşəbəndi başdan ayağa antik rəsmlərlə bəzədilib. Hər mərtəbədə 200–250 nəfərlik zal, şüşəbənd, yataq otağı, uşaq otağı, buxarılı aşbazxana, ayaqyolu var.

Şəkilləri Erməni işğalından sonra evin vəziyyəti:

Həmçinin bax Fərəməzovların evi Hacı Quluların mülkü Mehmandarovların evi

İstinadlar

Xarici keçidlər Abbasqulu bəyin qızı Məryəm Zöhrabbəyovanın evləri haqqında xatirələri / 1newsTV

Kateqoriya:Şuşa abidələri Kateqoriya:Arran memarlıq məktəbi Kateqoriya:Azərbaycanın tarixi evləri Kateqoriya:Şuşanın görməli yerləri Kateqoriya:Şuşadakı evlər Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri Kateqoriya:XIX əsrdə tamamlanmış evlər Kateqoriya:XIX əsrdə yarananlar Kateqoriya:Şuşadakı dini tikililər Kateqoriya:Şuşadakı yaşayış binaları