Don "Əjdaha" Vilson (, ) – ABŞ idmançısı, aktyoru, prodüseri və ssenaristidir.How the Dragon Gets His Kicks". The Los Angeles Times Yoxlanılıb 2011-03-29. Don Vilson idmanın Qodzyu-ryu Karate, Kikboks və "Ağ əjdaha" kimi tanınan "Pai Lum Kunq-fu" döyüş növləri ilə məşğul olub.Inside Kungfu August 1992
Həyatı Donald Qlen Vilson () 10 sentyabr 1954-cü ildə ABŞ-nin Florida ştatının Koko-Biç şəhərində anadan olmuşdur. Atası avropalı amerikalı, anası isə yapon əsilli olmuşlar. Uşaqlıqda amerikan futbolu, basketbol və yüngül atletika ilə məşğul olurdu. Məktəbdə dərsləri yaxşı oxuyurdu.
Məktəbi bitirdikdən sonra döyüş sənətləri ilə maraqlanırdı. Onun ən çox boksa marağı var idi. Əvvəlcə Karatenin Qodzyu-ryu növü ilə Sensey Çak Merrimanın başçılığı altında iki il məşğul olur. Daha sonra Vilson qardaşı Cim Vilsonun sayəsində "Ağ əjdaha" kimi tanınan "Pai Lum Tao Kunq-Fu" ilə məşğul olmağa başlayır. İlk yarışından sonra "Əjdaha" ləqəbi ilə tanınmağa başladı. Bundan əlavə digər iki ləqəbi ilə də tanınır: Don "Parıltılı" Vilson və Hoşino. "Hoşino" ləqəbi ilə Yaponiyada tanınır. Don Ulson Kikboks üzrə 5-ci dərəcəli Qara kəmərə sahibdir. İdman karyerasını bitirdikdən sonra "Pai Lim Tao Kunq-Fu" üzrə müəllim işləməyə başlamışdır.
Vilson kikboks yarışlarında 1974-2002-ci illərdə iştirak edib. 1991-ci ildə qələbədən sonra idman karyerasına fasilə verir. Bu müddətdə isə filmlərdə iştirak etməyə başlayır. 1999-cu ildə isə kikboksinq tarixində ilk dəfə olaraq 70 min dollar qazanmışdır. 2002-ci ildə isə son yarışmasında qələbə qazanır.
Don Vilson film və televiziyalarda tanınan Ketlin Kerridin adlı aktrisa ilə ailə həyatı qurmuşdur. Onların üç övladı vardır: Conatan, Drayden və Aubrianna.
Filmoqrafiya İl Film Orijinal adı Rol Qeydlər1989 Nəsə de... Say Anything... Sparrinq partnyor1989 Qanlı yumruq BloodFist Cek Rey 1990 Qanlı yumruq 2 BloodFist II Cek Rey 1990 Gələcəkdən gələn zərbə Future Kick 1991 Alovun üzüyü Ring of Fire 1992 Qanlı yumruq 3 BloodFist III: Forced to Fight 1992 Qara kəmər Blackbelt Cek Dillon 1992 Qanlı yumruq 4 BloodFist IV: Die Trying 1993 Alovun üzüyü 2: Qan və polad Ring of Fire II: Blood and Steel 1993 Qan axtarmaq üçün Out for Blood 1994 Qanlı yumruq 5 BloodFist V: Human Target prodüser1994 Qırmızı günəş artımı Red Sun Rising 1994 Kiber casus CyberTracker prodüser1995 Son axın Terminal Rush 1995 Qanlı yumruq 6 BloodFist VI: Ground Zero prodüser1995 Alovun üzüyü 3: Şir zərbəsi Ring of Fire III: Lion Strike 1995 Əbədi Betmen Batman Forever 1995 Qanlı yumruq 7 BloodFist VII: Manhunt prodüser1995 Kiber casus 2 CyberTracker 2 prodüser1995 Virtual döyüş Virtual Combat 1996 Qanlı yumruq 8 Bloodfist VIII: Trained to Kill 1996 Gecə ovçusu Night Hunter 1997 Kağızın izi Papertrail 1997 Hollivud Safarisi Hollywood Safari 1998 İnferno Inferno Filmin digər adı: Operation "Cobra"1999 İstənilən qiymətlə Whatever It Takes 1999 Peyğəmbər The Prophet Filmin digər adı: The Capitol Conspiracy2000 Qaçan hədəf Moving Target 2001 Volker, Texas gözətçisi Walker, Texas Ranger 2002 Oyanış Redemption 2002 Mənim kriminal dayım Stealing Harvard prodüser2002 Kütləvi dağılma Mass Destruction 2003 Necə hərəkət ulduzu olmaq How to Be an Action Star video2004 Fantastik döyüşçü Sci-Fighter 2006 Əyilən Crooked Filmin digər adı: Soft Target2006 Ölümün 18 barmağı! 18 Fingers of Death! video2007 Sonuncu keşikçi The Last Sentinel 2009 Hollivud həyatı Hollywood Lives Don Vilson TV serial
İstinadlar
Xarici keçidlər
Don "The Dragon" Wilson Site Interview with Don "The Dragon Wilson"
Kateqoriya:Yaponəsilli amerikalılar Kateqoriya:ABŞ aktyorları Kateqoriya:ABŞ ssenaristləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:ABŞ prodüserləri