Məzmun Psixoloji-fəlsəfi mövzuda olan bu kino əsərində belə bir fikir irəli sürülür: insan qarşısına çıxan sədləri, divarları aradan götürmək üçün mübarizə aparmalıdır. Əks təqdirdə bu sədlər, bu divarlar insanı sıxacaq, qəddini əyəcək, onu məhv edəcəkdir.

Filmin qəhrəmanı 40-45 yaşlı subay bir kişidir (Tofiq Qarayev). Onun sevdiyi Nazlı (Laləzar Mustafayeva) dul qadındır. Qadının bir oğlu da vardır. Bu uşaq anasının özgə kişiyə ərə getməsinə heç cür razı ola bilmir.

Müəlliflərin fikrincə, uşaq bu iki şəxsin arasında divardır. Bəs nə etməli? Qəhrəman bu suala cavab tapa bilmir.

Film haqqında Film Ramiz Məlikovun quruluşçu rejissor kimi kinoda ilk işidir.

Filmin heyəti

Filmin üzərində işləyənlər Quruluşçu rejissor: Ramiz Məlikov Ssenari müəllifi: Yaşar Əliyev Quruluşçu operator: Rəfael Salamzadə Quruluşçu rəssam: Fikrət Bağırov Bəstəkar: Aydın Əzim Kərimoğlu Səs operatoru: Teymur Abdullayev

Rollarda Tofiq Qarayev — İsmayıl Laləzar Mustafayeva — Nazlı Raziyə Orucova — Səlbi Zərnigar Ağakişiyeva — Şəfqət bacısı Ayaz Bayramov — Muxtar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 320.

Kateqoriya:1991-ci ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Qısametrajlı bədii filmlər Kateqoriya:"Debüt" Studiyası