Culfalar məscidi — XIX əsr-əsrdə Şuşanın Culfalar məhəlləsində tikdirilmişdir. Memarı Kərbəlayı Səfixan Qarabağidir. İki mərtəbəlidir. Qarabağlı Rızvan Memar Kərbalayi Səfixan Qarabaği.

XIX əsrdə Şuşanın Culfalar məhəlləsində tikilmiş eyni adlı məscid də Kərbalayi Səfixanın yaradıcılıq ideyaları əsasında inşa edilmişdir. Məscidin ikinci mərtəbəsində qadınlar üçün nəzərdə tutulmuş zal və həmin zala qalxmaq üçün ayrıca quraşdırılmış pilləkən və giriş qapısı var. Baş fasadın ümumi giriş qapısı üzərinə qoyulmuş pəncərələr qadınlar bölməsini lazımi qədər işıqlandırmağa kifayət edir. Sütunsuz dörd divarla əhatə olunmuş sadə formalı memarlıq və konstruksiya həllinə malik olan ümumi ibadət zalı baş fasad və mehrab tərəfdən qoyulmuş iki pəncərə vasitəsilə işıqlanır. Məscidin dam örtüyü adi yaşayış binalarında olduğu kimi dördbucaqlıdır. Qarşısında çox da geniş olmayan meydan var. Həmin meydan qarşıdan keçən şəhər küçəsi ilə məhdudlaşır.

Xarici keçidlər UNESCO Azərbaycan Tarixi-dini abidələri http://sumgait.mctgov.az Qarabağdakı ibadət evləri Culfalar məscidi Məscid və minarələr

Həmçinin bax Qarabağ Şuşa Məscid Culfa şəhəri

İstinadlar

Kateqoriya:Şuşa məscidləri Kateqoriya:Kərbəlayi Səfixan Qarabağinin əsərləri Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri Kateqoriya:Azərbaycandakı şiə məscidləri Kateqoriya:Şuşadakı dini tikililər