Aydın İbrahimov (tam adı: İbrahimov Aydın Əli oğlu; ) — SSRİ güləşçisi.Ağ-qara film topsport.az, 31.03.2015 ; SSRİ əməkdar idman ustası və əməkdar məşqçisi; "Neftçi" PFK-nın ilk prezidenti (1988–1997).
Fəaliyyəti 1960-cı illərdə idmanın güləş növü ilə peşəkar səviyyədə məşğul olmuşdur.
1988-ci ildə Bakının "Neftçi" komandasının prezidenti vəzifəsinə gətirilmişdir. Onun fəaliyyəti dövründə klub SSRİ çempionatının Güclülər dəstəsinə vəsiqə qazana bilməsə də, müstəqil Azərbaycanın ilk milli çempionatının qalibi oldu, sonra isə daha iki dəfə ölkənin ən güclüsü adını qazanmışdır. 1997-ci ildə bu postu tərk etmişdir.
Bakının "Dinamo" idman cəmiyyətinin üzvü idi.
Görkəmli idmançı 2 sentyabr 2021-ci ildə 82 yaşında Covid-19 xəstəliyindən vəfat etmişdir.
Uğurları Güləş üzrə 1963-cü il Dünya çempionu; Güləş üzrə 1966-cı il Avropa çempionu; Sərbəst güləş üzrə 57 kq çəki dərəcəsində 1964 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı. 1964-cü il güləş üzrə SSRİ çempionu, 1963-cü il SSRİ gümüş mükafatcısı, 1960 və 1957-ci illər SSRİ bürünc mükafatçısı. Klub prezidenti kimi futbol üzrə Azərbaycan çempionu (1992, 1996, 1997) Klub prezidenti kimi futbol üzrə Azərbaycan kubokunun qalibi (1995, 1996)
İstinadlar
Xarici keçidlər Aydın İbrahimovun fotosu və imzası 20px|link=YouTube İmza - Aydın İbrahimov - (16.11.2018) - CBC Sport
Kateqoriya:Neftçi PFK prezidentləri Kateqoriya:COVID-19 pandemiyasından Azərbaycanda vəfat edənlər Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:SSRİ güləşçiləri Kateqoriya:1964 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:Sərbəst güləş üzrə dünya çempionları Kateqoriya:Güləş üzrə Avropa çempionları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Olimpiya medallı güləşçilər Kateqoriya:1964 Yay Olimpiya Oyunlarının medalçıları Kateqoriya:Olimpiya bürünc medalına sahib SSRİ idmançıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri