Süleyman Stalski (əsl soyadı: Həsənbəyov, , ; ) — ləzgi şairi, XX əsrin ən məşhur Dağıstan şairlərindən biri. O, əsərlərini ləzgi və Azərbaycan dillərində yazmışdır.З. С Кедрина. Живое единство: о взаимовлиянии литератур народов СССР: сборник статей. — Сов. писатель, 1974. — С. 246.
Həyatı Stal Süleyman sovet ləzgi poeziyasının əsasını qoymuş ləzgi xalqının böyük şairidir. O, 1869-cu ildə Dağıstanın Kürə vilayətinin Aşağı Stal kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. Uşaq vaxtı yetim olmuş şair, uzun illər çörək qazanmaq üçün qürbətdə olmuşdur. Bakıda neft mədənlərində, Səmərqənddə dəmir yolunda işləmiş, varlı adamların qapısında nökərlik etmişdir.
S.Süleyman poeziyaya özünəməxsus yenilik gətirmişdir. Şer yazmağa orta yaşlarında başlamışdır. İlk dəfə “Bülbül” şerini 1900-cü ildə yazmışdır. Onun şerləri qəzetlərdə çap olunmuş, 1927-ci ildə Moskvada nəşr olunan “Ləzgi şairlərinin seçilmiş əsərləri” kitabına şerləri daxil edilmişdir. İlk kitabı olan “Seçilmiş əsərləri” 1934-cü ildə çıxmışdır. Bundan sonra o, Dağıstan Xalq şairi adına layiq görülmüşdür. Fəal yaradıcılığına görə şairə lenin ordeni verilmişdir.
Stal Süleyman 1937-ci ildə vəfat etmişdir.
1957-ci ildə Bakı Kinostudiyasında Rza Təhmasib və Mikayıl Mikayılovun çəkdikləri "Mahnı belə yaranır" filmi Süleyman Stalskinin həyat və yaradıcılığından, ictimai fəaliyyətindən bəhs edir.Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
İstinadlar
Xarici keçidlər Süleyman Stalski — BSE-də
Həmçinin bax Mahnı belə yaranır (film, 1957)
Mənbə http://www.juvanbur.net/azj/_1317
Kateqoriya:Dağıstan şairləri Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycan ləzgiləri Kateqoriya:Rusiya imperiyası şairləri Kateqoriya:SSRİ şairləri Kateqoriya:Ləzgi dilində yazan şairlər Kateqoriya:Azərbaycan dilində yazan şairlər